Hərbçilər kommunal xidmətlərdən azad edilə bilər?

Hərbçilər kommunal xidmətlərdən azad edilə bilər?Bildiyimiz kimi, eçmiş məcburi köçkünlərimiz kommunal xərclərdən azad idilər. Bir zamanlar məcburi köçkünlərə kommunal xidmət ilə bağlı edilən güzəştlər hərbçilərə tətbiq edilməsi təklif olunur. Bununla bağlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə və hərbi ekspert Emin Həsənli Sonxeber.az-a açıqlama verib.

Deputat Cavanşir Paşazadə bildirib ki, 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin antiterror tədbirləri zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 30 işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi:

"Hərbiçilərimiz mərdliyi ilə 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin antiterror tədbirləri zamanı əsil qəhrəmanlıq dastanı yazdılar. Bu gün bütün dünya Azərbaycan əsgərinin igidliyindən və qəhrəmanlığından danışır. 44 günlük Vətən Müharibəsində Azərbaycanın mərd oğulları qanları və canları ilə tarix yazdılar. Xüsusilə də Şuşa döyüşlərində. Ali Baş Komandan İlham Əliyev hər zaman cəmiyyətdə bütün kateqoriyadan olan təbəqələrə, o cümlədən hərbi qulluqçulara diqqət və qayğısını əsirgəmiyib, bu gün də əsirgəmir. Bu gün dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə inkişaf edir və güclənir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər və 2023-cü ilin antiterror tədbirləri, hər il keçirilən hərbi paradlar bu inkişafın, tərəqqinin bariz sübutudur. Bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Cənab prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu islahatların nəticəsidir xalqımız doğma torpaqlarına qovuşdu. Bugünkü möhtəşəm zəfərimizi Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Müzəffər Ordusuna borcluyuq.

Qaldı ki, Qarabağ bölgəsində çalışan hərbiçilərə kommunal xərclərlə bağlı güzəştlərin edilməsinə.Hazırda bu məsələ müzakirə olunmur. Amma tək Qarabağ bölgəsində deyil, bütün hərbiçilərə kommunal xərclərlə bağlı müəyyən güzəştlərin edilməsi məsələsinə baxıla bilər".

Hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, hərbçilərə güzəştlər edilməsi hər zaman dövlətin ən əsas siyasətlərindən biridir. Hərbi sahələrə xüsusi diqqət və qayğı göstərilməsi, onların sağlamlıq məsələsi və mənzil şəraiti, asudə vaxtının təşkili, övladlarının təhsil alması məsələsi hər zaman dövlətin diqqət mərkəzindədir:

"Keçən il cənab prezident ard-arda sərəncamlar verdi. Hərbi ali məktəblərə qəbul olanlar, oxuyanların ailələrinin bəlli miqdarda pul vəsaiti ilə təmin edilməsi də hərbi peşəyə marağı artıracaq. Dövlətimiz hərbçilərə, müharibə veteranlarına, şəhid ailələrinə, müharibə əlillərinə bir sıra güzəştlər nəzərdə tutub. Bu güzəştlərdə ildən ilə artırılır. Bu istiqamətdə sistemli ardıcıl işlər həyata keçirilir. Bu məsələlərdə gündəmdən keçirilir. Ancaq kommunal xərclər ilə bağlı siyasət başqadır. Burada dövlət hərbçilərin əməkhaqqını artırır. Eyni zamanda əməkhaqqını ona görə artırır ki, ailə büdcəsini yaxşı dolandıra bilsin. Kommunal xərclər ilə bağlı müəyyən güzəştlər var idi. Bu güzəştlər şəhid ailələrinə, veteranlara və müharibə əlillərinə tətbiq edilirdi. Sonra o prezident təqaüdü ilə əvəzləndi ki, həmin pulla kommunal xərclər ödənilsin".

Ekspertin sözlərinə görə, bu gün müxtəlif fikir var ki, bir veteranın tək özünə verilən pul kommunal xərclərə ödənilir. İşıq, qaz, internet xərcləri, hətta nəqliyyat vasitələrinin pulu da hesablanırdı:

"Nəqliyyat vasitələri ilə bağlı müəyyən güzəştlər var idi. Sonradan nəzərə alındı ki, burada pul kompensasiyası olsun. Kompensasiyanın artırılmasına hər zaman dövlət hər zaman üstünlük verir. Belə də davam etmək lazımdır. Kommunal xərclərdən azad edilməkdənsə ona verilən pul vəsaitinin artırılması diqqətdə tutula bilər. Bir bölgədə xidmət edən hərbçini kommunal xərclərdən azad edib, digər bölgədə xidmət edən hərbçinin bu xərclərdən azad edilməməsi doğru deyil. Zamanla döyüş bölgəsində xidmət edən hərbçilərə əməkhaqqısı iki qat idi. Dağ və yüksək relyefli ərazilərdə xidmət edənlərə bəlli bir faiz üzərinə gəlir. Bunlar zəruridir və artırılması da lazımdır. Ancaq kommunal xərclər ilə bağlı məsələ fərqli yanaşmadır. Hesab edirəm ki, bu tip məsələlərdə hərbçilərə verilən vəsaitin artırılma məsələlərinə daha çox diqqət edilsə daha yaxşı olar. Bu istiqamətdə də zaman-zaman addımlar atılır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1499   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi

Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl

11:28 196
.

CNN: Vaşinqton-Kiyev fikir ayrılıqları Moskvanın xeyrinə nəticələnə bilər

Yeni Avrasiya Strategiyaları Mərkəzinin beynəlxalq tərəfdaşlıq rəhbəri Con Lofun sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına davamlı hücumları ABŞ Prezidenti Donald Tramp üçün "öküzə qırmızı parça göstərmək kimidir". xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın analitiklər

10:32 177
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

13:52 168
.

"Sülh sazişi tək kağız üzərində olmamalıdır"

"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"

16:18 104
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas

10:00 187
.

300-400 manat ödəməklə ev almaq mümkündürmü? Ekspertdən açıqlama

TikTok və digər sosial şəbəkələrdə cəmi 300-400 manat ödəməklə, hətta yalnız şəxsiyyət vəsiqəsi ilə ev sahibi olmağın mümkünlüyü barədə elanlara tez-tez rast gəlinir. Lakin bu təkliflərlə maraqlanan vətəndaşlara bəzən daha yüksək qiymətlər və əlavə şərtlər təqdim olunur. Bəs həqiqətən də bu gün elanlard

12:12 208
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

14:49 175
.

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl

25.10.2026 388
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

12:46 219
.