Aygün Kazımova oğurlanmış səhifəsini niyə geri qaytarmır? - Səbəbi bilindi

Aygün Kazımova oğurlanmış səhifəsini niyə geri qaytarmır? - Səbəbi bilindiXalq artisti Aygün Kazımovanın 8 gün ərzində "İnstagram" səhifəsini qaytara bilməməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bəzi sosial media mütəxəssisləri bu prosedurun o qədər də çətin olmadığını iddia edirlər. Onların sözlərinə görə, oğurlanan səhifəni geri qaytarmaq üçün bir gün vaxt və 2000-4000 manat civarında vəsait tələb olunur.

Bəs görəsən, oğurlanmış səhifələrin geri qaytarılma prosesi deyildiyi qədər asandırmı?

BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, bu proses əvvəlki illərdə daha asan olsa da, indi vəziyyət fərqlidir:

"Məşhurların sosial şəbəkə profillərinin oğurlanması son günlər baş verən hadisə deyil. Bu hal bir neçə ildir ki, yaşanır. Sadəcə, əvvəlki illərdə bu qədər geniş yayılmamışdı, pərakəndə idi. Lakin son illərdə sosial şəbəkələrin daha aktiv istifadə edilməsi, qurumların sosial şəbəkələrdə fəaliyyətini artırması və ya böyük influenserlərin ortaya çıxması, həmçinin sənətçilərin, tanınmış şəxslərin sosial şəbəkələrdə öz fəaliyyətini qurmasından sonra profillərin oğurlanması halları daha da artdı. Əvəllər "mavi tık" (təsdiqlənmiş profil) prosesi var idi, bunun üçün sənədlər təqdim olunurdu və sosial şəbəkələr səni həqiqətən də mühüm şəxs olaraq gördükdən sonra "mavi tık" verirdi. O vaxt bu cür səhifələr oğurlandıqda onun geri qaytarılması çox asan idi. Əvvəl təqdim etdiyin sənədləri təqdim edib özünü təsdiqlədirdin və səhifən rahatlıqla geri qayıdırdı. "Mavi tık" pullu versiyaya keçdikdən sonra isə sənədlərin o qədər də əhəmiyyəti qalmadı, hər pulu ödəyən "mavi tık" alır deyə, belə səhifələrin oğurlanması da artdı. Və indi səhifələrin geri qaytarılması o qədər də rahat deyil, bunun üçün müəyyən proseduralardan keçmək lazımdır, bu isə hər zaman alınmır. Səhifəni oğurlayan şəxslər bu prosedurların qarşısını almaq üçün lazımi tədbirlər görürlər - mail hesabını, əlaqə nömrəsini dəyişirlər və səhifənin geri qaytarılmasını əngəlləyirlər".

Ekspert bu tip hücumların məqsədinin müxtəlif olduğunu deyib:

"Səhifələrin oğurlanması müxtəlif məqsədlərlə baş verir. Bəzən hücum müəyyən seqmentə edilir. Məsələn, hər hansı bank bir xidmət təklif edir, xakkerlər həmin xidmətlə maraqlananların profillərinə hücum edirlər, nailiyyət əldə etdikdə isə konfidensial məlumatları profillərdən oğurlayırlar və digər həmlə kimi bank kartından istifadə etmək üçün növbəti addıma keçirlər.

Hücumlar bəzən bir şəxsə yönəlik, şantaj məqsədilə olur.

Bəzənsə, hücumlar məqsədsiz olur. Bu şəxslər "qara şapkalı xakkerlər", xakkerliyi təzə öyrənənlər arasında daha çox olur. Onlar biliklərini yoxlamaq və ya öz eqolarını tətmin etmək üçün məqsədsiz şəkildə başqalarının profillərini oğurlayırlar.

Bəzi xakkerlər böyük izləyici kütləsi olan səhifələri ələ keçirməyə çalışırlar. Məsələn, Aygün Kazımovanın səhifəsi bu kateqoriyaya aid idi. Onlar bu yolla ya şəxsi şantaj edib pulla səhifəni geri qaytarmaq istəyirlər, ya da həmin səhifələrdə xarici kriptovalyuta yaxud saytların reklamını aparmağa çalışırlar".

E.Abbasov vətəndaşların xakker hücumlarından qorunması üçün tövsiyələrini də verib:

"Bu cür hücumlardan qorumağın ən geniş yayılmış yolu ikili identifikasiyanı aktivləşdirməkdir. Bu yolla 100-də 100 olmasa da, müəyyən qədər qorunmaq mümkündür. Hər bir halda, kibertəhlükəsizlik boşluqları yarana bilir.

Sosial şəbəkələri oğurlanan şəxslər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edərək onlardan dəstək ala bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1777   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql

13:54 182
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

15:06 150
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 119
.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

10:28 261
.

300-400 manat ödəməklə ev almaq mümkündürmü? Ekspertdən açıqlama

TikTok və digər sosial şəbəkələrdə cəmi 300-400 manat ödəməklə, hətta yalnız şəxsiyyət vəsiqəsi ilə ev sahibi olmağın mümkünlüyü barədə elanlara tez-tez rast gəlinir. Lakin bu təkliflərlə maraqlanan vətəndaşlara bəzən daha yüksək qiymətlər və əlavə şərtlər təqdim olunur. Bəs həqiqətən də bu gün elanlard

12:12 208
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

14:49 175
.

Əzizidən xəbərdarlıq: İranın milli təhlükəsizliyinə təhdid cavabsız qalmayacaq

İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, İsraili yaşayış üçün yararsız hala sala biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib

11:02 195
.

Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər

Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə

11:34 202
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 158
.