Azərbaycanda çörək ucuzlaşa bilər? - ARAŞDIRMA

Azərbaycanda çörək ucuzlaşa bilər? - ARAŞDIRMAAzərbaycanın idxal etdiyi buğda ucuzlaşıb.

Bunu Dövlət Gömrük Komitəsinin açıqladığı ticarət statistikasına əsasən demək olar.

2023-cü ildə Azərbaycan xaricdən 304 milyon ABŞ dolları dəyərində 1,175 milyon ton buğda alıb. Son nəticədə buğdanın 1 tonu ölkəyə orta hesabla təxminən 260 ABŞ dollarına və yaxud 440 manata gətirilib. Bu isə 2022-ci illə müqayisədə təxminən 23% azdır. Ucuzlaşma əsasən Rusiya buğdasının ixrac qiymətində dəyişikliklə bağlıdır. Belə ki, ötən ilin əvvəlində Rusiya tonunu 307 ABŞ dollarına satdığı buğdanı ilin sonunda 240 ABŞ dollarına təklif edib. Nəticədə Azərbaycan daha ucuz buğda alıb.

Çörək bazarı idxal buğdasının ucuzlaşmasına reaksiya verib. Məsələn, ötən il Azərbaycanda 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 15 qəpik və yaxud 21,4 % azalaraq 70 qəpikdən 55 qəpiyə düşüb.

İqtisadiyyat Nazirliyində bunun təbii hal olduğunu deyirlər. Nazirlikdən bildirilib ki, çörəyin qiyməti tənzimlənən tarif əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı, o cümlədən əsas idxal bazarları sayılan Rusiya və Qazaxıstandakı qiymətlərinə uyğun formalaşır.

Bununla belə, nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çörəyin strateji məhsul olduğunu nəzərə alaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Eyni zamanda, ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi məhsulun topdansatış qiymətləri Dövlət Xidmətinin internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir. Əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət üçün Dövlət Xidməti istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görür.
Bəs ucuzlaşma tendensiyası davam edə, çörək bu il daha aşağı qiymətə satıla bilərmi? "Report" bu suala cavab tapmağa çalışıb.

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar şimal qonşumuza qarşı bir sıra sanksiyalar tətbiq edilib, bu ölkədə istehsal olunan buğdanın xarici bazarlara çıxışına məhdudiyyət qoyulub: "Odur ki, Rusiya buğdası ucuzlaşıb. Böyük ehtimalla qiymət yaxın vaxtlarda artmayacaq, hətta bir qədər də azala bilər. Əksinə ucuzlaşma tendensiyası davam etsə, bu amil Azərbaycanda çörəyin istehsalında nəzərə alınmalıdır".

Bundan başqa, onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər" haqqında 19 iyul 2022-ci il tarixli fərmana əsasən ölkədə ərzaqlıq buğda istehsalı getdikcə artır. Bu da ölkədə çörəyin ucuzlaşmasını stimullaşdıra bilər.

İqtisadçı-ekspert Xaliq Məmmədov da Rusiyadan idxal olunan buğdanın bir qədər də ucuzlaşacağını istisna etmir: "Amma bu, tezliklə olmayacaq. Hələ ki, yerli un istehsalçılarının anbarlarında buğda var, emal edilən taxıl məhsulları bazarda sabit qiymətə satılır. Rusiyada ucuzlaşma davamlı olarsa və Azərbaycanda anbarlar yeni qiymətlə doldurularsa, bu halda çörək bir qədər də ucuzlaşa bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Moskva "Avro-3" ölkələrinin BAEA-dakı mövqeyini tənqid edib

"Avro-3" ölkələri - Fransa, Böyük Britaniya və Almaniya - Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) gərginliyi artırmaqla ABŞ və İsrailin İrana qarşı təcavüzünə faktiki olaraq yol açıblar. xəbər verir ki, bunu Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixai

10:42 167
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

11:41 144
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25.10.2026 340
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

10:59 289
.

Türkiyədə azərbaycanlı həkim Yeganə Quliyevanın "İçimizdəki Həkim: Homeopatiya" kitabı işıq üzü görüb

Azərbaycan əsilli həkim və tədqiqatçı Yeganə Quliyevanın yeni kitabı insan sağlamlığına kompleks yanaşma, homeopatiyanın tarixi və həkim-xəstə münasibətlərinin əhəmiyyəti kimi mövzuları əhatə edir. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkim Yegane Koulievanın "İçimizdəki Həkim: Homeopatiya"

10:57 186
.

Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi

Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl

11:28 149
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

11:01 179
.

Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər

Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə

11:34 152
.

CNN: Vaşinqton-Kiyev fikir ayrılıqları Moskvanın xeyrinə nəticələnə bilər

Yeni Avrasiya Strategiyaları Mərkəzinin beynəlxalq tərəfdaşlıq rəhbəri Con Lofun sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına davamlı hücumları ABŞ Prezidenti Donald Tramp üçün "öküzə qırmızı parça göstərmək kimidir". xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın analitiklər

10:32 158
.