YENİLİK: Azərbaycanda böyrək daşlarını kəsiksiz xaric edəcəklər

YENİLİK: Azərbaycanda böyrək daşlarını kəsiksiz xaric edəcəklərBöyrək və sidik axarı daşlarının cərrahi müdaxiləsiz parçalanmasına imkan verən üsullardan biri də ekstrakorporal zərbə-dalğa litotripsiyası adlanır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən bu üsulla daşların müalicəsinə imkan verən litotripter avadanlığı alınıb.

Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İsveçrənin Storz Medical şirkətinin istehsalı olan tibbi avadanlıq zərbə dalğasının köməyi ilə böyrəklər, sidik axarı və sidik kisəsindəki daşların parçalanmasını təmin edir. Cihazda rentgen və ultrasəs müayinə funksiyalarının mövcud olması daşın dəqiq yerini və zərbə dalğalarının istiqamətini nəzarətdə saxlamağa imkan verir. Dalğalar ətraf toxumaları zədələmədən yalnız daşlara təsir göstərir. Kiçik fraqmentlərə və quma çevrilən daşlar əksər hallarda sidik yolları ilə sərbəst xaric olur.

Ekstrakorporal zərbə-dalğa litotripsiyasının üstünlüklərindən biri də odur ki, prosedur ambulator şəraitdə kəsiksiz və ağrısız aparılır, xəstə həmin gün evə buraxılır. Cihazın çox funksional olması sidik-ifrazat sisteminə aid üzvlərin endoskopik müayinə və müalicəsinin həyata keçirilməsini də mümkün edir.

Ekstrakorporal litotripsiya ilə çıxarılması mümkün olmayan daşların xaric olunması üçün tətbiq edilən üsullardan biri də kontakt litotripsiya adlanır. Bu üsulla icra edilən əməliyyatdan sonra xəstə tez bir zamanda ayağa qalxıb öz gündəlik həyatına geri dönə bilir. Kontakt litotripsiya üsulu ilə uroloji əməliyyatların icrası üçün Agentlik tərəfindən alətlərlə bir yerdə pnevmatik və ultrasəs litotripsiya cihazları alınıb.

Ultrasəs litotripsiya böyrək, sidik axarı və sidik kisəsindəki daşların parçalanması üçün effektiv üsul hesab olunur. Yüksək tezlikli vibrasiya nəticəsində daşlar endoskop nəzarəti altında parçalanaraq kiçik hissəciklərə və ya qum halına gətirilir. Bundan sonra onlar əməliyyat sahəsindən aspiratorla kənarlaşdırılır. Çıxarılan fraqmentlərin laborator analiz üçün toplanması üçün cihaz xüsusi hazırlanmış steril konteynerlə təchiz olunub.

Sidik axarı daşlarının cərrahi müalicəsində tətbiq edilən effektiv minimal invaziv üsullardan biri pnevmatik litotripsiyadır. Bu növ əməliyyatlarda daşların parçalanması sıxılmış hava təsiri altında baş verir. Sidik kanalından və ya dəridən əməliyyat sahəsinə yeridilən titan zond döyəcləmə effekti ilə daşları parçalayır. Sadəliyi və mobilliyi ilə seçilən bu üsul sidik-ifrazat sisteminin bütün hissələrindəki daşların (böyrəklər, sidik axarları, sidik kisəsi) fraqmentasiyası üçün uyğun olub, istənilən sıxlıqlı daşların parçalanması üçün istifadə oluna bilər.

Yeni Klinikaya təhvil verilən tibbi avadanlıqlar artıq istifadəyə verilib.

Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində sidik ifrazat sistemi daşlarının qeyd olunan müasir metodlarla müayinə və müalicəsi ödənişsizdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 952   Tarix: 29 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini

25.10.2026 239
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25.10.2026 225
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

25.10.2026 239
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

25.10.2026 324
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

11:41 56
.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

10:28 159
.

Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil

25.10.2026 500
.

Azərbaycan-Hindistan əlaqələrində yeni dinamika: Tarixi bağlar və iqtisadi maraqlar

"Müəyyən mərhələlərdə siyasi uzlaşmama halları olsa da Hindistan ilə Azərbaycan arasında əlaqələr hər zaman mövcud olub. Lakin hazırda bu münasibətlərin inkişaf etdiyini müşahidə edirik". Bu sözləri BİG.AZ-a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasını

10:42 121
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25.10.2026 381
.