Azər qızının doğulduğunu açıqladı
Aparıcı Azər Süleymanlının ikinci övladı dünyaya gəlib.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.
Azər bildirib ki, qızı Layla ötən ilin dekabrında doğulub:
"18 dekabr 2023-cü il. Saat 16:08. "Qızınız oldu!". Sənin gəlişinin müjdəsi düzülən dünyanın ən gözəl cümlələrindən birinin ardından çox keçmədi ki, daha bir cümlə quruldu: "Körpəniz çox ağırdır. Hər şeyə hazır olun!".
Yer üzünün bütün səadətinin bir cümləyə sığa biləcəyini bilirdim, iki sözdən ibarət sadə, amma dünyanın ən xoşbəxt cümləsini də az öncə eşitmişdim. Sadəcə o an həm də anladım ki, insan yalnız torpağa deyil, bəzən bir kəlməyə, bir cümləyə də dəfn oluna bilirmiş... Bəzən bir cümlədə bütün ömür gəlib keçirmiş, bir cümlənin deyildiyi o bircə saniyədə illər ötər, əsrlər dəyişirmiş...
Mən o həftələrdə - bir əsrə tən günlərdə sən var ikən ən böyük yoxluğunu yaşadım. Gözümün önündə ola-ola əlinə toxuna bilmədən, qoxunun necə olduğunun həsrətindən yerə çökdüm, göyə çıxdım!
Sən bu sınaqlarla dolu həyata gəldiyin ilk andan etibarən imtahan verməyə, mücadilə etməyə başladın, qızım... Dilərəm ilk savaşı qazandığın kimi, həyatın bütün sınaqlarından da belə məğrur çıxa biləsən - 8 illik həsrətdən sonra gələn payım!
Bizi buraxmadığın üçün, getmədiyin üçün çox sağ ol, qızım!!!
Həm də çox sağ ol ki, həyatımızı, ətrafımızı sahmana saldın. İllərdir əhatəmizdə, köksümüzdə yerləri yanlış olan insanları yerbəyer etdin, hər kəsin kimliyini, ürəyini aşkara çıxardın.
Və həm də gəlişinlə elə bir xeyirə vəsilə oldun ki, Allah savabını öz ömrünə yazsın.
Allah səni və qardaşını layiqincə böyüdüb yerbəyer edə biləcək qədər ömür versin bizə. Allah övlad sevinci yaşatsın - arzusunda olan hər ailəyə, hər kəsə!
Mənə dünyanın ən böyük payını və yaxşılığını edən, mənə bir oğul və bir qız verən qadın - təşəkkür nə ki? Ömrüm fəda sənə".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1778 Tarix: 29 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini
25.10.2026 239 Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25.10.2026 225 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
25.10.2026 239 Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın
25.10.2026 324 Prezident həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca
11:41 56 Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı
10:28 159 Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil
25.10.2026 500 Azərbaycan-Hindistan əlaqələrində yeni dinamika: Tarixi bağlar və iqtisadi maraqlar
"Müəyyən mərhələlərdə siyasi uzlaşmama halları olsa da Hindistan ilə Azərbaycan arasında əlaqələr hər zaman mövcud olub. Lakin hazırda bu münasibətlərin inkişaf etdiyini müşahidə edirik". Bu sözləri BİG.AZ-a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasını
10:42 121 Azərbaycanda bəzi mənzillər bahalaşacaq
Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat
25.10.2026 381