"Zirə"nin haqqını kim yeyir? - Rəşad Sadıqovdan AÇIQLAMA + VİDEO
"Hakim səhvlərinə artıq alışmışıq. Heç nəyə təəccüblənmirəm".
Bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyuna münasibət bildirərkən deyib.
Onun bu matçda, eləcə də digər oyunlarda hakimlərin qərarları ilə bağlı fikirləri son günlər ən çox müzakirə olunan mövzulardandır.
Çalışdırıcının narazılığına səbəb olan epizodlardan biri "Sabah"la görüşün 1-ci hissəsində baş verib. Belə ki, "Zirə"nin futbolçusu Eldar Quliyevin qolu VAR-ın müdaxiləsindən sonra ləğv edilib. Qapıya paralel gedən topda Eldar Quliyevin oyundan kənar vəziyyətdə olmadığı görünsə də, hakimlər burada da şübhəli qərar qəbul edib.
Bundan başqa, Rəşad Sadıqov oyunun sonlarında komandasının künc zərbəsi yerinə yetirməsinə icazə verilməməsindən də gileylənib. Mütəxəssis bu cür halların "Zirə"nin qarşılaşmalarında daimi hal aldığını bildirib.
Maraqlıdır ki, qalmaqallı epizodun davamında "Sabah" futbolçuları əks-hücum təşkil edərək penalti qazanıblar. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sofian Çakla isə qonaqlara yekunda 1:0 hesablı qalibiyyət gətirib.
Qəribə hakim qərarlarından biri 19-cu turda "Səbail"lə görüşdə də qeydə alınıb. 78-ci dəqiqədə qartalların üzvü Rüstəm Əhmədzadə rəqibin cərimə meydançasında yerdə qalsa da, VAR-a baxan baş hakim Fərid Hacıyev "Səbail"in kapitanı Adil Nağıyevə nə sarı vərəqə göstərib, nə də 11 metrlik nöqtəyə işarə edib.
Bu tipli hadisələr 18-ci turun mərkəzi oyunu olan "Qarabağ" - "Zirə" görüşündə də diqqəti cəlb edib. 26-cı dəqiqədə köhlən atların üzvü Julio Romao və İsmayıl İbrahimli arasında mübarizədə braziliyalı futbolçunun kobud oyunu referi tərəfindən sarı vərəqə ilə qiymətləndirilib. Elə həmin görüşün 75-ci dəqiqəsində isə Elvin Cəfərquliyevin sərt müdaxiləsindən sonra Məqsəd İsayev yerdə qalsa da, baş hakim Cavid Cəlilov Ağdam təmsilçisinin oyunçusunu bağışlayaraq ona 2-ci sarı vərəqə göstərməyib.
41 yaşlı çalışdırıcı Premyer Liqanın digər turlarında da "Zirə"yə qarşı qərəzli qərarların qəbul olunduğunu və bunun komandadaxili ab-havaya mənfi təsir etdiyini bildirib.
"Zirə" komandasının görüşlərində hakim qərarlarının ön plana çıxdığı epizodlardan biri də 5-ci turda "Qəbələ" ilə oyunda qeydə alınıb. Qarşılaşmanın 79-cu dəqiqəsində əyalət təmsilçisinin qapısı yaxınlığında yaranan qol vəziyyətindən sonra "Zirə" futbolçuları penalti tələb etsələr də, referi Cavid Cəlilov VAR hakimləri ilə məsləhətləşmələrdən sonra oyunu davam etdirib.
Elə bu oyundan sonrakı turda "Sumqayıt"la qarşılaşmada da qartalları qəzəbləndirən hal yaşanıb. Matçın 10-cu dəqiqəsində top uğrunda mübarizədə Pyer Zeblinin müdaxiləsini sərt kobudluq kimi qiymətləndirən Kamranbəy Rəhimov kotdivuarlı futbolçuya birbaşa qırmızı vərəqə göstərib. Bununla belə, çətin vəziyyətdə olmalarına baxmayaraq, Rəşad Sadıqovun yetirmələri ruhdan düşməyərək bu oyunda 1:0 hesablı qələbə qazanıblar.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 652 Tarix: 30 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDeputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə
25.10.2026 587 Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı
Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar
25.10.2026 323 Atasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25.10.2026 276 Moskva "Avro-3" ölkələrinin BAEA-dakı mövqeyini tənqid edib
"Avro-3" ölkələri - Fransa, Böyük Britaniya və Almaniya - Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) gərginliyi artırmaqla ABŞ və İsrailin İrana qarşı təcavüzünə faktiki olaraq yol açıblar. xəbər verir ki, bunu Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixai
10:42 128 İran ordusu ABŞ-ın PUA-sını Bəndər Abbas üzərində məhv etdiyini bildirib
İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. xəbər verir ki, bu barədə TASS İran ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ ordusuna məxsus LUCAS tipli pilotsuz uçuş aparat
11:07 102 Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25.10.2026 439 Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı
10:28 159 Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi
Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl
11:28 80 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
25.10.2026 322