Nazpəri Dostəliyeva yenidən səhnəyə qayıtmasının səbəbini açıqlayıb
"Nəvələrim üçün Xalq artisti Nazpəri Dostəliyeva, yaxud nənə olmağımın heç bir fərqi yoxdur. Mən onların özləri demiş "böyük mamalarıyam". Onlar məni böyük ana kimi sevib, qiymətləndirirlər. Nəvələrim mənim həyatda ən çox sevdiyim əzizlərim, yaşam səbəblərimdir. Hər zaman məni çox istəyiblər. Bu günlərdə nəvəm Tamerlanın ad günü idi. Bilirsiniz ki, Tamerlan uzaqda yaşayır, Moskvada. Nə yaxşı ki, bu doğum günündə Bakıda oldu. Öz ailəmizdən ibarət Tamerlanın və qardaşlarım Ağəli və Məmmədin ad günlərini qeyd etdik. Təsadüfən üç doğum eyni vaxta düşmüşdü. Bir az sevindim, güldüm, ürəyim açıldı. Çünki Tamerlan mənim Əli balamın yadigarı, əvəzidir".
Bunu "Moderator"a açıqlamasında Xalq artisti, sevilən müğənni Nazpəri Dostəliyeva deyib. Xalq artisti bildirib ki, pedaqoji fəaliyyətindən uzaqlaşıb.
"Məni yenidən səhnəyə qaytaran səbəb tamaşaçılarımın, sevənlərimin və televiziya işçilərinin böyük sevgisi oldu. Sanki həyatda yox idim, özümü axtarıb tapmaq istəyirdim, amma güc toplaya bilmirdim. O illərdə pedaqoji fəaliyyətlə məşğul olduğum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşdım, amma tamaşaçılarımdan uzaqlaşa bilmədim. Qadınlarımızı heç vaxt güclü görmək istəmirəm, xoşbəxt görmək istəyirəm. Güclü qadınların çiləsi çox olur".
Xalq artisti səsinin övladı Əkbərə keçdiyini də bildirib:
"Əkbərin çox gözəl səsi var. Nə qədər ki, uşaq idi, solo konsertlərimdə onu oxudurdum. Böyüyəndən sonra onu məcbur edə bilmədim. Çəkinir, utanır. Öz peşəsini seçdi. Rusiyada və Azərbaycanda bir neçə təhsil alıb".
Xalq artisti bildirib ki, oxuduğu mahnılar sonradan taleyinə sirayət edib:
"Bütün mahnılarımı özümünküləşdirib ifa etmişəm. Onlar mənə hopub, bağlanıb. Ağlıma da gəlməzdi ki, bəzi mahnılarım sonradan öz həyatıma həsr olunacaq. Mən nə bilirdim ki, başıma belə hadisələr gələcək və illər sonra onları ifa edəcəyəm?! Olanları, baş verənləri yaşayıb oxumuşam".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonr
24.10.2026 260 Ərindən sonra qızı da vəfat etdi
2004-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib. Axşam.az xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib. "Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözə
17.10.2026 468 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24.10.2026 252 "Anamla atam ailə qurmağımı istəyir"
"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər
25.10.2026 376 "Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11.10.2026 486 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13.10.2026 594 4 ildən sonra bu seriala çəkiləcək
Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə
18.10.2026 600 Mərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17.10.2026 445 "Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18.10.2026 462