Azərbaycanda qəbul imtahanları ləğv edilə bilər? - AÇIQLAMA

Azərbaycanda qəbul imtahanları ləğv edilə bilər? - AÇIQLAMABu gün aktual olan mövuzlardan biri universitetlərə tələbə qəbulunun həyata keçirilməsini asanlaşdırmaqdır. Bu məsələ ölkəmizdə tez-tez gündəmə gələn mövzudur. Universitetə əlçatanlığını həyata keçirilməsi məqsədilə, Azərbaycanda qəbul imtahanlarını ləğv edib, məktəb göstəricilərinə əsasən tələbə qəbulu həyata keçirilə bilər?

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert İlqar Orucov Sonxeber.az-a bildirib ki, qəbul imtahanlarının ləğv edilməsi və məktəb göstəricilərinə əsasən universitetlərə qəbulun həyata keçirilməsi təbii ki, bəzi ölkələrdə və təcrübələrdə yanaşmalar mövcuddur:

"Amma Azərbaycanda bütünlüklə universitetlərə tələbə qəbulu vahid sistem üzərindən həyata keçirilir. Bütövlükdə bu prosesi tənzimləyəcək normalar mövcuddur. Əlbəttə ki, bu normalarda dövlət tərəfindən tənzimlənir. Ona görə də, əgər bu ancaq istək olaraq qala bilər. Açığı mən belə bir normanın tərəfdarı deyiləm. Azərbaycanda tələbə qəbulunun həyata keçirilməsi istiqamətində hər hansı bir problem görmürəm. Hərçənd ki, mənim də bəzi təkliflərim var".

Ekspertin sözlərinə görə, bütövlükdə məktəb göstəricilərinə görə, tələbə qəbulunun həyata keçirilməsi nə vaxtsa mümkün olacaq:

"Bu günə olan mövcud reallıqlar, DİM-in üzərinə düşən vəzifələr hazırkı dövr üçün məqbuldur. İş prinsipi müəyyən normalar çərçivəsində tənzimlənir. Mən tələbələrin universitetə qəbulunu çətinləşləşdirmək tərəfdarı deyiləm. Bİz də universitetə qəbul nə asan nə də çətindir. Asan deyil ona görə ki, 1 tələbə 6-7 fəndən məcburdur ki, hazırlaşsın və imtahan versin. Ona görə asandır ki, biz o qəbul planında nəzərdə olan yerlərin tutulması üçün 200 balla qəbul keçiririk. Amma 700 ballıq şkala ilə 200 bal 2 deməkdir. Yəni bu baxımdan hesab edirəm ki, yanaşmalarda dəyişiklik olmalıdır. Bu gün üçün düşünmürəm ki, bu tətbiq olunacaq. Bu baxımdan elə bir təklifin reallaşacağını inanmıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 12177   Tarix: 30 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

TOP MP3