AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMAAzərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi.

Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb.

Modern.az saytı bunun səbəbini aydınlaşdırmaq üçün AzTV ilə əlaqə saxlayıb.

Telekanalın mətbuat katibi Rüfət Seyidov saytımıza açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:

"Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. "Müsahibənin indi verilməsi nə qədər doğrudur?" sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsi ilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın.

Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda assosiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək".

Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:

"Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi, müsahibənin gedəcəyi gün barədə məlumat verəcəyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Avropada müharibə ehtimalı ilə bağlı müzakirələr fonunda süni intellekt sistemləri də öz proqnozlarını açıqlayıb. Təhlillərə görə, Rusiyanın Avropaya hücum ehtimalını tam istisna etmək mümkün deyil, lakin yaxın illərdə genişmiqyaslı müharibə ehtimalı aşağı qiymətləndirilir. xarici mediaya istinadla xəbə

23.04.2026 301
.

Kəlbəcər və Laçına sulu qar yağıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən

11:13 152
.

Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir

Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası basketbol turniri keçirilir. Bu yarışları

10:58 163
.

İsmayıllıda lotereyadan 100 000 manat uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "Super Keno" tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 00 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub. Qalibə 2, 12, 23, 32, 34, 43

23.04.2026 317
.

Ağıl dişləri müdrikliyə necə təsir edir - ARAŞDIRMA

Alimlər ağıl dişlərinin varlığının insanın intellekt səviyyəsinə, yaddaşına və əqli qabiliyyətlərinə təsir edib-etmədiyini araşdırıblar. xarici mediaya istinadla məlumat verir ki, simvolik adına baxmayaraq, ağıl dişlərinin insanın intellekt səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Onların çıxması əqli qabiliyyətləri

23.04.2026 253
.

Bu seriallarla bağlı xəbər var

Türkiyədə yayımlanan bir çox serial mövsüm finalına hazırlaşır. Axşam.az xəbər verir ki, "Taşacak bu deniz"in bu mövsüm üçün sonuncu bölümü iyunun 5-də təqdim olunacaq. İyunun 10-u "Eşref Rüya" izləyiciləri ilə müvəqqəti olaraq sağollaşacaq. 6-cı mövsümü yayımlanan "Teşkilat"

23.04.2026 432
.

Aİ Ukraynaya 90 mlrd. avro kredit və Rusiyaya qarşı yeni sanksiyaları rəsmən təsdiqləyib

Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin verilməsini təsdiq edib və Rusiyaya qarşı yeni - 20-ci sanksiyalar paketini qəbul edib. APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta "X" hesabında bildirib. "Aİ-nin Ukraynada ədalətli və davamlı sülh

23.04.2026 251
.

19-cu əsrdə qadınların özünəqulluq üsulları: Zəhərli kremlərdən rentgen epilyasiyasına...

Qadınlar qədim dövrlərdən bəri gözəllik uğrunda müxtəlif üsullara əl atıblar və 19-cu əsrdə də bu tendensiya davam edib. O dövrün qadınları mövcud imkanlar daxilində dərilərinə qulluq etməyə, makiyaj etməyə və dövrün gözəllik standartlarına uyğun görünməyə çalışırdılar. Qaynarinfo xəbər verir ki, tarixə

23.04.2026 335
.

İsrailin Müstəqillik Günü - qardaşlığın və gücün bayramı - KÖŞƏ YAZISI

Bu gün İsrail üçün xüsusi və qürurverici bir gündür. İsrailin Müstəqillik Günü yalnız bir dövlət bayramı deyil, həm də gücün, inkişafın və milli ruhun təntənəsidir. Bu gün İsrail öz qüdrətini bir daha nümayiş etdirir, bayrağını yüksəkdə dalğalandıraraq dünyaya varlığını və iradəsini göstərir. Bu bayra

09:54 204
.

TOP MP3