Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?
Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.
Qeyd edək ki, bu tələb iyulun 1-dən qüvvəyə minəcək.
Taksi fəaliyyəti ilə məşğul olan, avtomobili qırmızı və ya ağ olmayan minlərlə insanı düşündürən sual yaranır. Onlar bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobillərini dəyişdirməli olacaqlar?
Mövzu ilə bağlı BiG.AZ-A nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev açıqlama verib.
O bildirib ki, taksilərlə bağlı qərar bu il yanvarın 1-dən elan olunmalı idi. Amma dövlətimiz taksi sürücülərini düşünərək onlara bir az daha zaman verib.
"Bu gün şəhərdə taksi kimi işləyən çox insan var. Onlardan bəziləri bunu əyləncə üçün edir. Ölkəmizdə taksi fəaliyyəti yenidən baxılmalıdır. "Şirkətlərin tətbiqləri vasitəsilə kilometrə görə qiymət hesablanır. Eyni şey daha geniş bazar iştirakçılarına tətbiq olunacaq. Yəni, tətbiqsiz sifariş etmək mümkün olmacaq. Bu, sadəcə mövcud vəziyyəti nizama gətirmək üçün bir qərardır. Bazarda son illər, qeyri-qanuni sərnişin daşıma ilə məşğul olanların sayı çoxdur, uçota alınmayanların da sayı çox idi və bunu düzəltmək üçün müəyyən qaydalar qoyulub. Bu qaydalarla məlumatların dövlətə ötürülməsi, həmçinin uçota alınması, vergi ödənişlərinin səhmana salınması, iş və istirahət məsələlərinin yaxşılaşdırılması yönündə qərarlar özünü müsbət yöndə göstərəcək. Həmçinin burada maraqlı bir məqam da var ki, yeni qərara əsasən, həm yük, həm də sərnişin daşıyan hüquqi şəxslərlə 7 illik müqavilə bağlanacaq. Uzunmüddətli müqavilələrin olması investisiyaların cəlb edilməsi üçün stimul olacaq. Buna qədər birillik müqavilələr idi, bu isə dayanıqlı deyildi. Yəni, kredit alıb hansısa investisiyaya yatırmaq riskli görünürdü. Amma indi uzunmüddətli müqavilələrlə bu məsələ də öz həllini tapmış oldu".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 559 Tarix: 29 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən AÇIQLAMALAR VERDİ
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 99" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində haki
17:18 325 Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub
Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ
11:57 168 Çində leysan həyatı iflic etdi: 65 min nəfər təxliyə edildi
Çin hakimiyyəti ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışları və daşqın təhlükəsi ilə əlaqədar təxminən 65 min nəfəri təxliyə edib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, avqustun 1-də leysan yağışları əyalətin inzibati mərkəzi olan Çend
22:45 90 Britaniyada xəstəxanalarda qan analizləri dayandırıldı
Böyük Britaniyada davam edən istilər səbəbindən bəzi xəstəxanalar qan analizlərinin götürülməsini müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb. Məlumata görə, yüksək temperatur qan nümunələrinin saxlanmasına və analizlərin düzgün nəticə verməsin
19:20 154 "Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb. "Report" xəbər verir ki, bunu "Tasnim" agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib. O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini "dəlilik" adlandırıb və xəbərdarlı
18:10 157 Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb
Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib. "Report"un yerli bürosu məlumat verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasını
21:30 136 Nəhəng piton 44 yaşlı qadını uddu, əri ilanın başını kəsdi
İndoneziyada nəhəng piton 44 yaşlı Elizabet Yamalauya hücum edərək onu udub. Qadının həyat yoldaşı onu ilanın ağzında tapsa da, artıq gec olub. xarici KİV-ə istinadla bildirir ki, hadisə qadının günorta saatlarında ailəsinə məxsus bağa getməsindən sonra baş verib. Təxminən üç saat keçməsinə baxmayaraq
15:20 283 NYT: FES rəhbəri faiz dərəcəsi üzrə iclasların sayını azaltmaq istəyir
ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Kevin Uorş baza faiz dərəcəsinin müzakirə olunduğu iclasların sayını azaltmaq imkanını araşdırır. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu, son illərdə FES-ni
19:00 151 Xocavənddə mina partladı: Minatəmizləmə əməkdaşı yaralandı
Xocavənd rayonunda mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, hadisə avqustun 2-də işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində qeydə alınıb. Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəl
15:21 183