Yasamalda küçəni bölüşə bilməyən qonşular arasında problem

Yasamalda küçəni bölüşə bilməyən qonşular arasında problemYasamal rayonu, R. Tağıyev küçəsində yaşayan sakinlər mülkiyyət hüquqlarının pozulduğunu düşünürlər.

Bu barədə "Qafqazinfo"ya həmin küçədə yaşayan bir qrup sakin müraciət edib.

Onların iddiasına görə, R. Tağıyev 67 ünvanında yaşayan qonşuları küçəni zəbt edib, avtomobillərini onların giriş qapılarının qarşısında park etməklə gediş-gəlişlərini çətinləşdirir: "Qonşularımız Arif Əfəndi və Qorxmaz Əfəndiyev ümumi istifadədə olan torpaq sahəsini və məhəlləarası gediş-gəliş yolunu zəbt ediblər. Öz həyətyanı sahələrinin darvazasını 65 saylı evin qarşısına doğru açıb, faktiki olaraq mülkiyətdə olmayan torpaqdan şəxsi istifadələri üçün istifadə edirlər. Bundan başqa, öz torpaq sahəsində tikinti işlərinin aparılması üçün tikinti materiallarını yolumuzun üstünə boşaldırlar. Öz evimizə rahat gedə bilmirik, mülkiyyətimizdən sərbəst istifadə etmək hüququmuzu məhdudlaşdırıblar".

Şikayətçi Aydın Nağıyev deyir ki, qonşu ilə razılığa gəlməyə çalışsa da, mümkün olmayıb: "Mənim evimin pilləkəni küçəyə idi, amma onu söküb evin içəri hissəsinə keçirmişəm ki, yol geniş olsun, əvəzində həmin hissədə güllər əkmişəm. Amma qonşu imkan vermir ki, yoldan rahat istifadə edək. Həyətinin arxa tərəfindən qapı açıb, avtomobilini gətirib qapımızın ağzında saxlayır. Bu hərəkətlərinə görə məhkəməyə müraciət etmişik. Məhkəmə də bizim xeyrimizə qətnamə çıxarıb, amma icra olunmur. İndi də mən şikayət etmişəm deyə avtomobili mənim qapımın ağzında deyil, digər qonşunun girişində saxlayırlar. Halbuki narazılıq yaradan qonşunun evinin qabaq tərəfində boş yer də, qaraj da var. Mənə deyir ki, mən məhkəmə qətnaməsini ləğv elətdirmişəm, əlimdə sənəd var. Hansı sənəd olduğunu soruşanda isə deyir ki, "sən kimsən ki, sənə sənəd göstərim?" Özü də qonşunun evi qanunsuz tikilidir və su borusunun üzərində tikilib. Hətta bir dəfə boru partlamışdı və ətrafı su basmışdı".
Yasamalda küçəni bölüşə bilməyən qonşular arasında problemA.Nağıyevin sözlərinə görə, dəfələrlə həmin qonşu ilə razılığa gəlməyə çalışsa da, alınmayıb: "Dəfələrlə istəmişəm söhbət edək, problemi qonşu kimi aradan qaldıraq, amma çölə çıxıb bir söz deyəndə məni təhqir edir, söyür. Həyətdə it saxlayır, səhərə qədər hürdüyünə görə yata bilmirik. Bizi göstərib itə deyir ki, "sən bunlardan ağıllısan". Özbaşınalıq edir, deyir ki, istəyirsən, Avropa Məhkəməsinə ver, heç bir xeyri olmayacaq. Bu qonşu məni cinayətə təhrik edir..."

Problemlə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-dən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ünvanda yaşayan A. Nağıyevin Arif Əfəndi və Qorxmaz Əfəndiyevin qanunsuz hərəkətlərinə son qoyulması, həyətə giriş-çıxışına maneə yaradan darvaza və daş hasarın sökülməsi, ümumi istifadədə olan avtomobil yolundan istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətinə baxılıb: "İddiaçı Nağıyev Aydın Elşad oğlu tərəfindən cavabdehlər Əfəndi Arif Cavanşir oğluna və Əfəndiyev Qorxmaz Cavanşir oğlunun qarşı maneələrin aradan qaldırılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunub.

Eyni zamanda bildiririk ki, Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilib, Yasamal rayonu, Rahib Tağıyev küçəsi ev 65 A ünvanında yerləşən yaşayış evinin və onun giriş qapısının iddiaçı A.Nağıyevə maneə yaradacaq şəkildə nəqliyyat vasitəsinin saxlanılması cavabdehlər Əfəndi Arif Cavanşir oğluna Əfəndiyev Qorxmaz Cavanşir oğluna qadağan edilib. Bundan sonra A. Nağıyev tərəfindən Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib, Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Beləliklə A. Nağıyevin qeyd etdiyi mübahisəli məsələlər üzrə məhkəmə tərəfindən qətnamə qəbul olunaraq müvafiq hüquqi qiymət verilib.

Sonda əlavə olaraq bildiririk ki, A.Nağıyev Yasamal Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Ədliyyə Nazirliyinin Yasamal Rayon İcra Şöbəsinə müraciət etməsi məqsədəmüvafiqdir".

Yasamalda küçəni bölüşə bilməyən qonşular arasında problem


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1229   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Avropada ölüm doğumu üstələyir" - İlon Maskdan xəbərdarlıq

İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik böhrana diqqət çəkib və Qərb ölkələri əhalisinin nəsli kəsilməsi riskindən xəbərdarlıq edib. xəbər verir, bu barədə Mask özünün "X" şəbəkəsindəki hesabında yazıb. "Avropa İttifaqına daxil olan 27 dövlətdən 21-də ölüm göstəriciləri doğu

01.08.2026 133
.

Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsi Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşlarının Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin mütəxəssisləri ilə birgə keçirdikləri tədbirlərlə Kür çayında elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlamaqda şübhəli bilinən K.Gülməmmədov saxlanılıb

01.08.2026 175
.

DƏHŞƏT: Bayramın qardaşı analarını öldürdü

Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində yerləşən evlərin birində 1972-ci il təvəllüdlü Sevinc Məmmədova bıçaqla qətlə yetirilib. BİG.AZ APA-ya istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən qadının oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılara

01.08.2026 347
.

İsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ1107" markalı avtomobillər toqquşub

01.08.2026 178
.

Xəzərin dibində nələr var? - Gələn məlumatlar NARAHATLIQ YARATDI

Dünya okeanlarının dibində, əsasən Birinci və İkinci Dünya müharibələri zamanı batmış 8500-dən çox gəmi ekoloji təhlükə mənbəyinə çevrilib. Alimlərin fikrincə, güclü fırtınalar, zəlzələlər və ya metal konstruksiyaların tam sıradan çıxması nəticəsində suyun altındakı bir neçə gəmidən neft sızması ba

00:23 94
.

Azərbaycanda manatla geniş pul kütləsi 18 %-ə yaxın artıb

Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 52 milyard 924,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,8 %, ilin əvvəlinə nisbətən 6,1 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 9,

01.08.2026 162
.

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb. Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqli

00:21 126
.

İki ölkənin vətəndaşları üçün Azərbaycana viza tələbi ləğv edilir

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovinanın, Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbayca

01.08.2026 123
.

Tramp ABŞ-nin Ukraynanın resurslarına iddia etmək hüququnun olduğunu açıqladı

ABŞ Prezidenti Donald Tramp Kiyevlə bağlanan müqavilənin Vaşinqtona istənilən vaxt demək olar ki, istənilən Ukrayna resurslarını əldə etməyə imkan verdiyini bildirdi. xəbər verir ki, bu barədə "RIA Novosti" Trampın "Real America's Voice" telekanalına verdiyi müsahibəsinə əsasə

01.08.2026 155
.

TOP MP3