Ərinin "Ağ şəhər"də aldığı lüks mənzilini ilk dəfə NÜMAYİŞ ETDİRDİ - VİDEO
Müğənni Vəfa Şərifova həyat yoldaşı iş adamı Famil Xəlilovun "Ağ şəhər" ərazisində qiyməti 350-450 min manat civarında aldığı çoxmərtəbəli premium yaşayış binasındakı evini nümayiş edib.
BiG.AZ bizim.media-ya istinadən bildirir ki, neoklassik tərzdə dizayn edilmiş lüks mənzilinin qapılarını ilk dəfə sənətçi "Evdəkilərə salam" verilişi üçün açıb.
Dördmərtəbəli villadan yeni dəbdəbəli mənzilə köçən Vəfa hələ də bina evinə öyrəşə bilmədiyini söyləyib.
İki övlad anası olan Şərifova ondan bir neçə yaş böyük bacı və qardaşından da söz açıb. Müğənni bildirib ki, mütəmadi onlara maddi dəstək olur. Həm qardaşının həm də bacısının evli və ikisinin də iki övlad sahibi olduğunu vurğulayan Vəfa deyib ki, onların yaxşı şəraitdə yaşamaları üçün ev və avtomobil alıb. Şərifova bacı və qardaşının gözəl ailə başçısı olduğunu söyləyib.
Əslən Ağsudan olan, lakin Kürdəmirdə böyüyən ifaçı həyat yoldaşı F.Xəlilovdan da bəhs edib:
"Ailəmin bütün yükü mənim yox, ərimin üzərindədir. Uşaqlarımın gündəlik xərcləri və bu evin alınması, təmiri və s. heç birini mən etmirəm. Hamısını həyat yoldaşım edir.
Allah məni həyat yoldaşımla mükafatlandırıb. O, mənim arxam, dayağım, hər dərdimi bölüşdüyüm, problemim olanda yanımda olan insandır. Bunu hamı da çox gözəl bilir.
Artıq 10 ildir ki, biz bir yerdəyik. O, mənim övladlarımın atasıdır. Bu cəhətdən də çox xoşbəxt və şanslıyam. Bir neçə dəfə olub ki, efirdə demişəm ki, xoşbəxt deyiləm.
Buna görə insanlar mənə irad bildiriblər. Ağıllı insan heç zaman deyə bilməz ki, mən tam xoşbəxtəm. Çünki bir gün olur ki, çox sevincli və xoşbəxt oluruq, növbəti gün isə deyirik ki, dünyanın ən bədbəxt insanıyıq. Yəni kiçik şeyləri böyüdə bilirik. Ona görə də tam xoşbəxtlik anlayışı yoxdur".
Qeyd edək ki, F.Xəlilovla dini nikahda olan V.Şərifovanın bu evliliyindən Məryəm adlı bir qızı və Məhəmməd adlı bir oğlan övladı var.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
04.10.2026 759 "Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi"
Klarnet ifaçısı Hüseyn Məmmədoğlu Xalq artisti Alim Qasımovla bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, musiqiçi bu barədə "Sevilən səhər" proqramında danışıb. O, oğlunun bir yaş mərasiminə Alim Qasımovu dəvət etdiyini, lakin sənətkarın məclisə gəlmədiyini bildirib:. "Oğlumun bi
10.10.2026 348 "Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14.10.2026 677 Ana olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20.10.2026 665 Ərindən sonra qızı da vəfat etdi
2004-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib. Axşam.az xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib. "Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözə
17.10.2026 394 "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
04.10.2026 438 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13.10.2026 531 "Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
04.10.2026 530 Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10.10.2026 404