İranın İsrailə müəmmalı hücumu: Böyük savaşda kimlər maraqlıdır?

İranın İsrailə müəmmalı hücumu: Böyük savaşda kimlər maraqlıdır?İranın İsrailə dron və qanadlı raketlərlə hücumu bir daha göstərir ki, Yaxın Şərq regionu hələ uzun illər dünya siyasətində mühüm geosiyasi nöqtə olaraq qalacaq.

Hələ 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı yenidən münaqişənin mərkəzinə gətirib. Çünki İraq, Suriya və Əfqanıstan münaqişəsi zamanı Tehranın adı bu və ya digər formada proseslərdə hallanırdı. Belə ki, İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) bu ölkələrdə "müqavimət hərəkatı" adı altında "Həşdi-Şəbi", "Zeynəbiyyun", "Fatimiyyun", husilərin "Ənsarullah" kimi qruplarını yaradıb. Bununla da o, regionu bu qruplar vasitəsilə qarışdırır, hərbi münaqişələrdə iştirak edirdi. Ancaq İsrailə hücumda İran hakimiyyəti özünü gizlədə bilmədi. Dəməşqdə Tehranın diiplomatik missiyasının binası saydığı yerin bombalanması və SEPAH-ın iki generalı da daxil olmaqla yüksək rütbəli yeddi zabitinin ölməsi gərginliyi artırdı. İranın iddiasına görə İsrail Suriyadakı diplomatik missiyanın binasını vurmaqla İslam Respublikasına hücum edib. Bu səbəbdən də beynəlxalq normalara görə İsraili günahkar sayır.

İran İslam Respublikası qurulduğu gündən İsrailə qənim kəsilib. Bu 45 ildə Tehran hakimiyyətinin birbaşa iştirak etdiyi ikinci savaşdır. Yenicə qurulan İslam Respublikası ötən əsrin 80-ci illərində Səddam Hüseyn rejimi ilə müharibə aparıb. Müharibə heç bir tərəfə uğur gətirməyib. Çünki İran Kərbəla və Nəcəfi ələ keçirməyi, oradan Qüds və Məkkəyə irəliləməyi hədəfləyirdi. Səddam Hüseyn isə İranın ərəblər yaşayan bölgəsini ələ keçirmək və Ərəb çayına tam nəzarət etmək istəyirdi. 1988-ci ildə müharibə atəşkəslə dayansa da, bu günə qədər tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Müharibədən sonrakı siyasətin hədəfi isə birbaşa İsrail idi. İran hakimiyyəti bu dövləti öz təhlükəsizliyinə təhdid kimi görməyə başladı və dini, siyasi və hərbi cəhətdən İsraili hədələdi: "Yanlış addım atacaqları halda İran Təl-Əviv və Hayfanı Yer üzündən siləcək". HƏMAS-ın İsrailə hücumu isə İrana 44 ildən sonra özünü göstərmək, güclü dövlət olduğunu təsdiqləmək üçün yenə şərait yaratdı.

Regiondakı hadisələr beynəlxalq aləmdə qütbləşməni aydın şəkildə göstərdi. İranın dünənki hücumu həm də dünya güclərinin Tehranın əli ilə ABŞ, İsrail və müttəfiqlərinə qarşı müharibə kimi də qiymətləndirilə bilər. Ehtimal etmək olar ki, Tehran hakimiyyətinə arxa olanlar Dəməşqdə baş verən hadisələrə görə İsrailin və ABŞ-nin İran tərəfindən "cəzalandırılmasını" istəyiblər. Çünki son günlər ABŞ-nin Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron İranı İsrailə hücumdan çəkindirmək üçün cəhdlər göstərib. Belə görünür ki, HƏMAS-ın İsrailə hücumunda maraqlı olan tərəflər bu dəfə aksiyanın daha da böyüməsini istəyiblər. Odur ki, İsrail istiqamətində Yəməndən husilər, Livandan "Hizbullah", Suriyadan Bəşşar Əsəd qoşunu, İraqdan isə "Həşdi-Şəbi" fəaliyyət göstərməklə İrana dəstək verirlər. Başqa sözlə, Tehran regiondakı bütün komandası ilə birlikdə İsrail dövləti ilə müharibəyə başlayıb.

Yeri gəlmişkən, bu, 1941-ci il dekabrın 7-də Yaponiyanın ABŞ-nin Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına gözlənilməz hücumu yada salır. Yaponlar həmin hücumun acı nəticəsini təəssüf ki, günümüzədək yaşayır. İsrail hökuməti də İrana cavabın ağır olacağını bildirir.
Dünyanın aparıcı gücləri hazırda Yaxın Şərqdə və Ukraynada elan olunmamış dünya müharibəsi aparır. İranın 5 saatlıq hücumu regiona sabitlik deyil, gərginliyin artması üçün yeni əsas verib. Azərbaycan dövləti bütün mürəkkəb vəziyyətlərdə tənzimləyici rol oynayıb. Uzun illər qaynar bölgə sayılan Cənubi Qafqaz regionunda sabitliyi də məhz Azərbaycan bərpa edib. 2020-ci ildə 44 günlük müharibə bölgənin təhlükəsizliyi üçün güclü stimula çevrilib. İndi bölgədə sülh və əməkdaşlıq kimi həyati vacib məsələlər müzakirə olunur. Rəsmi Bakının yürütdüyü siyasət Azərbaycanı təhlükəsiz və iqtisadi baxımdan səmərəli ölkəyə çevirib. Azərbaycan bu baxımdan bölgənin sabitləşdirici faktoru olaraq çıxış edir. Həm Rusiya, həm də İran hazırda Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyir.

Buna baxmayaraq, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə keçirilən məlum toplantıdan sonra Azərbaycanın narahatlığı əbəs deyil. Bu toplantıya beynəlxalq səviyyədə sərt münasibət göstərilməməsi gələcəkdə Cənubi Qafqazda yeni eskalasiyaya səbəb ola bilər. Yaxın Şərqdə baş verən son hadisələrin də bizim regionda fərqli şəkildə təkrarlanması riski artır. Odur ki, Azərbaycanın təhlükəsizlik və sabitlik modeli bütün beynəlxalq aktorlar üçün nümunə olmalıdır.

"Report" İnformasiya Agentliyi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1028   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı

Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların

15:50 143
.

Almaniyadan onlara SƏRT XƏBƏRDARLIQ: Dünya ticarəti təhlükədədir

Almaniyanın xarici işlər naziri İohan Vadeful İranı və Yəməndə fəaliyyət göstərən husiləri qlobal ticarəti girov saxlamaqda ittiham edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, nazir ABŞ-İran qarşıdurması, Yəməndəki münaqişə və Rusiyanın Qara dənizdə taxıl daşımalarına hücumlarının yalnız beynəlxal

11:41 209
.

Avropadan Putinə iki təklif

"Financial Times" (FT) qəzetinin köşə yazarı Gideon Raxmanın sözlərinə görə, Avropada Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə təklif edilə biləcək iki variant ətrafında müzakirələr aparılır. xəbər verir ki, Raxmanın fikrincə, birinci variant mövcud cəbh

10:44 214
.

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo

19:45 1
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"

13:24 237
.

Mirzoyan: TRIPP marşrutu ilə silah daşınması qadağan ediləcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Tramp Marşrutu" (TRIPP) boyunca silah və sursat daşınmasının qadağan ediləcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Novosti-Armenia" məlumat yayıb. Diplomatın sözlərinə görə, TRIPP marşrutu ilə silahların, sursatın və bəzi digə

11:17 213
.

Dünya yeni müharibəyə hazırlaşır? - Mütəxəssisdən AÇIQLAMA

Böyük Britaniya hökuməti əhalini ehtimal olunan müharibə və fövqəladə hallara hazırlamaq məqsədilə "Be Ready" ("Hazır ol") adlı genişmiqyaslı məlumatlandırma kampaniyasına başlayıb. . 
Britaniya hakimiyyəti sakinlərə fors-major hallar üçün evlərində ən azı üçgünlük ərzaq və su ehtiyat

11:35 309
.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

15:34 158
.

Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları

Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl

16:01 144
.