Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı

Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladıMüğənni Elariz Məmmədoğlunun Kult.az-a müsahibəsi:

- Elariz bəy, necəsiniz? Artıq neçə ildir ki, Amerikadasınız. Yəqin, darıxırsınız...

- Allaha şükür olsun ki, yaxşıyam. Bir balaca səhhətimdə narahatlıq var idi, onu da Amerikanın həkimləri yoluna qoydular. Düz beş il üç aydır ki, Amerikadayam. Əlbəttə ki, darıxıram. Dünyanın harasında yaşasam da, Azərbaycan mənim vətənimdir. Azərbaycanla bağlı yaxşı nə eşidirəmsə, çox sevinirəm.

- Çətin olmadımı? Azərbaycanda sevilirdiniz, toylara gedirdiniz, birdən-birə də hər şeyi qoyub getdiniz.

- Azərbaycanda hər şey qaydasında idi. Sadəcə, mən "Yaşıl kart" (Green Card) qazandım və bir il doqquz ay düşündüm, gedim, ya getməyim? Belə qərara gəldim ki, Amerikaya "Yaşıl kart" qazanmaq şansı həyatda bir dəfə olur. Yalnız vətən üçün darıxmaq məni incidir. Mən rus dilini bildiyim üçün burada çalışmaq bir o qədər də çətin olmadı. Bruklin şəhərinin 90%-i rusdillidir. Burada biz demək olar ki, gün ərzində ingilis dilini eşitmirik. Tanınmış adam olduğuma görə də bəzi işlərim rahat getdi. Məsələn, biləndə ki, gəlmişəm, özləri məni işə dəvət etdilər. Eyni zamanda konsertlərimi təşkil etdilər, toylara dəvət etdilər.

- Adətən, insan öz vətənindən kənarda gedəndə uzun müddət əziyyət çəkir. Yeni dostlar tapmaq, iş qurmaq - bunlar sizinçün rahat oldumu?

- Dost tapmaq mənim üçün heç zaman çətin olmayıb. Burada yeni dostlar, yeni çevrəm var. İş qurmaq, əslində, çətin deyildi, amma koronavirus olmasaydı.

- Maraqlıdır, orada nə işlə məşğul olursunuz? Media restoran biznesi ilə məşğul olduğunuzu yazır. Doğrudurmu?

- Mənim xoşbəxtliyim ondadır ki, Bakıda məşğul olduğum işlə elə Amerikada da məşğulam: axşamlar ya toy, ya banket, arabir də konsertlər, səsyazma studiyası… Restoranda isə oxuyuram. Vaxtım yalnız öz sevimli işimə gedir.

- Elariz bəy, Amerikada azərbaycanlıların toylarına gedirsinizmi?

- Mən yeni gələndə Amerikada yaşayan azərbaycanlılar mediadan mənim burada olduğumu bildilər, xeyirli işlərə dəvət etdilər. Nyu York, Nyu Cersi, Texas, Minnesota, Şimali Karolina, İndiana, Kolorado ştatlarında, Boston şəhərində, eyni zamanda Kanada dövlətinin Toronto şəhərində toylara dəfələrlə dəvət almışam. Unutduğum şəhərlərdə yaşayanlar lütfən məndən inciməsinlər.

- Elariz bəy, ixtisasınız da rejissorluqdur. Nə əcəb bu sahə üzrə çalışmadınız?

- İncəsənət aləmində mənim üç əsas ixtisasım var. Musiqi təhsilim vokal, rejissorluq və aktyorluq. Bunlar mənim professional səviyyədə ixtisaslarımdır. Digər istedadlarımı həvəskar səviyyə sayıram, məsələn, şeir yazmaq, musiqi bəstələmək, mahnı mətni yazmaq, ssenari yazmaq, rəqs etmək. Universtitet illərində düşünürdüm, hansı işlə məşğul olum? Təhsilim mənə aktyor, rejissor və müğənni olmaq imkanı verirdi. Mən müğənniliyi seçdim və şükür Allaha ki, uğurlarım oldu. Amma bir neçə klipimdə aktyor kimi, bəzilərində də rejissor olmuşam. Bir neçə serialda, filmdə aktyor kimi də çalışmışam. "Kişiləri qoruyun" filmində iki obrazda çəkilmişəm.

- Amerikada film çəkmək istəyərsinizmi?

- Mənim rejissorluq istəyim böyükdür. Azərbaycanın xeyrinə Amerikada bədii film çəkə bilərəm, sadəcə, çəkiliş üçün böyük vəsait lazımdır. Olsa, çox maraqlı ola bilərdi.

- 2000-ci ildə daha çox "Devuşka v pesoçnom sarafane" hitiylə məşhurlaşdınız, sonra da "tvist" üslubunda "Tup-tup" mahnısına klip çəkildi, 2001-ci ildə də rok-n-roll üslubunda "Dans-dans" mahnısı və klipiniz məşhurlaşıb. Bəs siz özünüz hansını ən yaxşı mahnınız hesab edirsiniz?

- Mənim repertuarımda sevdiyim mahnı var, əfsuslar olsun ki, Azərbaycan radioları onu kifayət qədər işıqlandırmadılar. Yəqin, mən Amerikaya gəldim, ona görə də mahnı unuduldu. Sözügedən mahnı "Hədiyyə" adlanır. Mahnının musiqisini Parisdə yazmışam, sözlərini isə Bakıda.

- Amerikadan baxanda Azərbaycan musiqisi sizinçün necə görünür?

- Azərbaycan musiqi mədəniyyəti hər vaxt yüksəkdə olub. Düşmənlərimiz bizim mahnıları və rəqsləri öz adlarına çıxardanda mənə pis təsir edir. Bizim musiqiçilərimiz çox inkişaf edib. Xüsusən, fortopiano, qarmon və nağara sənəti inkişafdadır. Fortepianoda Emil Əfrasiyab, Şahin Növrəsli, Nizami Əliyev, qarmonda Ənvər Sadıxov, Orxan Mirnatiqoğlu, nağarada Natiq Şirinov daima inkişafdadırlar. Əfsuslar olsun ki, Azərbaycan musiqisində bas gitaraçılar azdır. Bu hissə zəif görünür. Mən Azərbaycanda toylara gedəndə hər vaxt özümlə zərb və bas gitara aparmışam. Zərbi Azərbaycan toylarında dəbə sala bildim, amma bas gitaranı bacarmadım. Həmişə mənə irad tutub deyirdilər, sən niyə toylara bas gitara aparıb əlavə pul verirsən? Mən isə belə adamlara ürəyimdə gülüb düşünürdüm ki, bu adam nə bilir bas gitara musiqinin fundamentlərindən biridir? Bu barədə Azərbaycan xalq artisti, gözəl sənətkar Yalçın Rzazadə ilə maraqlı söhbətimiz olub. Uzun sözün qısası, bu gün musiqimizdə bas qitaraya böyük ehtiyac var.

- Hazırda yeni albomunuz varmı?

- Mən hər vaxt yeni albom, yeni mahnılar üzərində çalışıram. Sosial şəbəkədə izləsəniz, yeni işlərimi də görə bilərsiniz.

- Birdəfəlik qayıtmaq necə, belə bir fikriniz varmı?

- Əslində, mən vətənim Azərbaycandan getməmişəm, Amerikaya müvəqqəti gəldim. Həmvətənlərimiz Rusiyaya gedir, orada beş-altı il çalışır və sonra qayıdır Azərbaycana. Hər kəs bilir ki, Vətənimiz Azərbaycandır. Mən Rusiyaya deyil, Amerikaya getmişəm. Azərbaycan canımız, Bakı ürəyimizdir!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1361   Tarix: 15 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO

Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar. xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib. Qeyd edilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağı

11:22 301
.

Sülh müqaviləsi olmadan görüş mümkün deyil - Kremldən açıqlama

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş yalnız sülh müqaviləsinin yekunlaşdırılması məqsədilə mümkün ola bilər. xarici mediaya istinadən xəbər verir ki, Putin istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu deyib

11:19 204
.

Qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,79% azalaraq 4,715.4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c

1
.

Kreml Moldovaya təzyiqi artırır - Dnestryanı kartı yenidən aktivləşir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə bildirib ki, Moskva lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək. "Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onları

12:29 192
.

"Hökümətin vəzifəsi odur ki, bazara çoxlu mobil operatorlar buraxsın" - EYYUB HÜSEYNOV

Azərbaycanda mobil rabitə bazarı ilə bağlı narazılıqlar son illərdə daha da artmaqdadır. Xüsusilə 2018-ci ildə iki mobil operatorun birləşdirilməsindən sonra bazarda faktiki olaraq məhdud sayda - cəmi iki mobil operatorun fəaliyyət göstərməsi rəqabətin zəifləməsi və qiymət siyasətinə təsiri ilə bağl

14:33 273
.

Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?

Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı auditin nəticələri ilə bağlı hesabatında diqqətçəkən məqamlardan biri də Gəncə İdman Sarayının tikintisi ilə bağlı xərclərin şişirdilməsidir. Ötən gün bu barədə yayılan məlumatlara görə, hesabatda qeyd olunur ki, Gəncə İdman Sarayının tikintis

12:22 280
.

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyub

Azərbaycan və Latviya dost ölkələr kimi çox yaxın siyasi-iqtisadi, humanitar əlaqələrə malikdir. Keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olan tərəflər arasında möhkəm iqtisadi və mədəni əlaqələr formalaşıb. Sovetlər birliyinin süqutundan sonra isə iki dövlət arasında münasibətlər yeni müstəviy

11:01 252
.

Təbii çayı necə seçək? - İstehlakçılar üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən çay istehlakı ilə bağlı son vaxtlar mühüm bir sual daha çox gündəmə gəlir: bazarda satılan məhsulların nə qədəri həqiqətən təbiidir? Rəng, ətir və dad baxımından cəlbedici görünən bir çox çay növünün tərkibi ilə bağlı şübhələr istehlakçıları daha diqqətl

15:21 181
.

ABŞ-dan sərt addım: 31 gəmi geri qaytarıldı

ABŞ ordusu dəniz blokadası başladıqdan sonra İran limanlarına istiqamətlənən və ya ölkə sahillərini tərk etməyə çalışan 31 gəmini geri qaytarıb. xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında məlumat yayıb. Açıqlamada bildirilib ki, İranın dəniz blokadası çərçivəsind

11:11 221
.

TOP MP3