Kosmetoloq bu paylaşıma görə cəzalandırıldı
Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub.
Onlar Elnarə Rzayevanın instaqram səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər. Qeyd edilib ki, Elnarə Rzayeva sosial şəbəkədə "Laser Beauty Clinic" barəsində "Fikirlərinizi əsirgəməyin, bumeranq... Hər kəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan. Bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi, bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim. Etmədikləri pislik qalmamışdı, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim. Sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuç. Əminəm ki, pulla hamını həmişəki kimi satın ala bilmiyəcəklər, ən azı bu dəfə..." sözlərini yazıb.
Xüsusi ittiham qaydasında şikayət edən MMC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar Elnarə Rzayevanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (Təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını tələb ediblər.
Elnarə Rzayeva bildirib ki, onun status paylaşmasından əvvəl xalq artistinin gəlininin "LBC" estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunması barədə mediada xəbərlər yayılıb. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil:
"Xəbər səhifələrində paylaşımların altında klinika və onun həkimləri barədə təhqir xarakterli neqativ yazılmış rəylər hələ də qalmaqdadır. Nədənsə klinikanın həkimləri mənim barəmdə məhkəməyə müraciət edib. Çünki mən işimdə uğur qazanmışam, onların əsas rəqibiyəm. Belə etməklə məni sarsıtmaq, psixoloji təzyiq edərək nüfuzdan salmağa çalışırlar. Bildirmək istəyirəm ki, həmin xəbər saytları daha geniş kütləyə malikdir və yayılmış məlumat əgər yanlışdırsa, bu xəbərin ictimaiyyətləşdiriməsi klinikanın nüfuzuna daha çox xələl gətirə bilər".
Nərimanov Rayon Məhkəməsi kosmetoloq Elnarə Rzayevaya Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verib. Lakin ona 148-ci, yəni təhqir maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1899 Tarix: 16 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRayonlara ayrılan milyonlar dayanır - SƏBƏB
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını
15:02 175 KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar verə bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək növbəti sessiyada Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Katib bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiy
10:59 191 "Əsas müttəfiqiniz Mehriban xanımdır"
"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə
17:15 45 Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı
Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların
15:50 143 Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"
13:24 237 Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
16:01 144 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
15:34 158 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
16:53 88 Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı necə aparılır?
Azərbaycan Respublikasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüququnun müdafiəsi, mülki dövriyyənin təhlükəsizliyinin təmin edilməsi, hüquqi müəyyənliyin yaradılması və daşınmaz əmlak bazarında şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qeydiyyat daşınma
12:06 206