Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY
Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir.
Bunu "Report"a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, hərb müstəvisində möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini bərpa edən Azərbaycan diplomatik arenada zəfərin fundamental əsaslarını möhkəmləndirir: "Ölkəmiz regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edən ardıcıl nailiyyətlərə imza atır".
Komitə sədri bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir.
"Hazırkı dönəmdə Ermənistanın ölkəmizin ilkin şərtlərinə uyğun olaraq qeyri-anklav kəndlərimizi hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan - bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi Prezident İlham Əliyevin "O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır" fikrinin əyani təsdiqi və real təzahürüdür. Bu, heç şübhəsiz, tarixi hərbi qələbənin fonunda böyük diplomatik uğurdur. Bununla, eyni zamanda, sərhəddə gərginliyə səbəb olacaq faktorlar aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir", - S.Novruzov söyləyib.
Parlamentari qeyd edib ki, bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycan postmüharibə reallıqlarını qəbul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır:
"Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil. Belə prinsipial mövqeyin fonunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş isə ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Bütövlükdə isə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 20 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
16:01 128 Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF
"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn
14:34 277 Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib
"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı
22.10.2026 373 Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Lissabonda dəyəri 30 milyon avro (təxminən 57 milyon manat) olan nəhəng malikanə tikdirir. Axşam.az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, futbolçunun gələcəkdə yaşamağı planlaşdırdığı malikanə ölkəsinin paytaxtı Lissabonun mərkəzindən 30 kilomet
22.10.2026 460 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
16:53 45 Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır
Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri
22.10.2026 389 Prezident Hindistan XİN rəhbərini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycan Prezident
11:25 203 Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağl
11:34 220 Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı
Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların
15:50 121