Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: "Qandalı açıb polisə verdim ki..." - VİDEO

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: "Qandalı açıb polisə verdim ki..." - VİDEOBaku TV-də yayımlanan "Damdakılar" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd, tamah məqsədilə adam öldürməyə cəhd, dələduzluq, külli miqdarda ziyan vurma, əmlakı qəsdən məhv etmə, qanunsuz olaraq odlu silah əldə etmə, başqasına satma maddələri ilə 17 il bir ay müddətinə azadlıqdan məhrum edilən Günel Süleymanova öz həyat hekayəsini danışıb.

35 yaşlı məhbus deyir ki, əslində, atasının cinayətlərini üzərinə götürüb:

"Mən həbs olunanda övladım bir yaş yeddi aylıq idi. Həmin vaxt həyat yoldaşıma da əsəbi idim. Atam isə qara dünyanın adamı olub. O, "bəlkə, cinayəti sən üstünə götürəsən, səni xilas edərəm" dedi, mən də cavab vermədən gedib hər şeyi öz üstümə götürdüm. Bakıdan Naxçıvana təyyarə ilə həbsxanaya gətiriləndə qandalı açıb polisə verdim ki, mən istədiyim zaman bunu aça bilərəm".

G.Süleymanova qeyd edib ki, atası da onunla birlikdə həbs olunub:
"Atama ilk olaraq 10 il həbs cəzası verilmişdi. Məhkəmələrdə hər şeyi öz üstümə götürəndən sonra həbs müddəti azaldıldı. Daha sonra xəstəliyinə görə azadlığa buraxıldı. Gəlib mənlə görüşdü, halallıq istədi, üç gün sonra da vəfat etdi".

Həbsxanadakı ən çarəsiz anından danışan Günelin sözlərinə görə, ilk gecə onun üçün o qədər ağır keçib ki, heç yata bilməyib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 21 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri

13:14 171
.

Yarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco

11:51 202
.

"7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"

Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş

14:27 152
.

Rəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?

Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş

15:08 107
.

Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağl

11:34 205
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22.10.2026 371
.

Mirzoyan: TRIPP marşrutu ilə silah daşınması qadağan ediləcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Tramp Marşrutu" (TRIPP) boyunca silah və sursat daşınmasının qadağan ediləcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Novosti-Armenia" məlumat yayıb. Diplomatın sözlərinə görə, TRIPP marşrutu ilə silahların, sursatın və bəzi digə

11:17 199
.

Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı

Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular

22.10.2026 367
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"

13:24 196
.