Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"
Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır.
İllərdir, efirlərdən və mətbuatdan uzaq düşən aktrisa bu gün doğum gününü qeyd edir. Nadir hallarda müsahibəyə razı olan sənətkar əlamətdar günündə Moderator.az-a açıqlama verib.
"Hər il ilk təbriki əzizlərimdən, doğmalarımdan, ürəklərində hər zaman olduğum insanlardan alıram. Özü də gecə saat birə bir dəqiqə işləmiş. Ailə üzvlərimin ünvanıma söylədiyi xoş sözlər məni fərəhləndirir. Dostlarım, hətta mənim gənclik illərimdən rəfiqəlik etdiyim şəxslər, xarici ölkədə yaşayan tanışlarım bu gün mənə zəng edib. Müharibədən və pandemiyadan sonra doğum günlərimi elə də təntənəli qeyd etmirəm. Bir o qədər də həvəsli deyiləm. Bu gün mən Allahlayam. Bu günü özümə həsr edirəm", - deyə sənətkar bildirib.
Xalq artisti filmlərdə çəkilməməyinin səbəblərindən də danışıb.
"Əgər mən unudulmuramsa demək ki, həyatda nəyəsə nail olmuşam. Heç vaxt özümü sənətdə sevməmişəm, sənətimi özümdə sevmişəm. Hətta tələbələrimə də bunu deyirdim ki, sənəti sevin. Sənəti sevsəniz onun bəhrəsini görəcəksiniz. Ümumiyyətlə həyatda nə edirsənsə sevə-sevə etməlisən. Allaha qurban olum. İndiyə kimi tanınıram. Hara gedirəmsə tanıyırlar, sevdiklərini söyləyirlər, şəkil çəkdirirlər. Əvvəl avtoqraf yazırdın, idni artıq telefonlar var. Şəkil çəkdirirlər. Hardasa yaxşı çıxırsan, hardasa pis (gülür). Artıq gənclik illəri deyil. Yenə də təkrar edirəm ki, işimi sevirəm. Amma əfsuslar olsun ki, maraqlı ssenari yoxdur. Məni maraqlandıran nəsə olsa böyük məmnuniyyətlə çəkilərəm də, efirlərə də çıxaram. Yetər ki, mənə maraqlı olsun. O material məni inandırsın, özünə cəlb etsin. Əgər belə olsa mən də sevə-sevə bu işi görərəm. Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm. İndiyə qədər oynadığım obrazlarımın hamısı yadda qalıb. Hətta bəzən bu gün mənə görüntülər yollayırlar. Düşünürəm ki, bu obrazın adı nə idi? Yadımdan çıxıb. Maşallah olsun, o qədər çox rollar oynamışam ki, məni sevənlərin yaddaşında qalıb, amma mən unutmuşam. Bütün rollarım mənim üçün əziz olub, doğma olub", - deyə aktrisa qeyd edib.
Sənətkar bildirib ki, Akademik Milli Dram Teatrının səhnəsində Xalq artisti Hökümə Qurbanovadan sonra "Kleopatra" obrazını məhz özü oynayıb.
"Hökümə xanım çox böyük sənətkar idi. Amma qızı, rəhmətlik Vəfa Fətullayevaya görə məni bir az qısqanırdı. "Kleopatra" tamaşasından sonra mənə yaxınlaşıb demişdi ki, "səhnəni sənə tapşıra bilərəm". Mən onun böyüklüyünü bu zaman anladım. Təbii ki, bu sözlər mənim üçün çox böyük alqış idi", - deyə Xalq artisti bildirib.
Onu da qeyd edək ki, sənətkar teatr fəaliyyəti ilə yanaşı uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
04.10.2026 393 Ərindən sonra qızı da vəfat etdi
2004-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib. Axşam.az xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib. "Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözə
17.10.2026 382 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13.10.2026 522 Mələkxanım Eyubovanın ailəsində ağır itki
Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!
18.10.2026 979 Aygün Kazımova evindən VİDEO PAYLAŞDI
Xalq artisti Aygün Kazımova evindən görüntü paylaşıb. xəbər verir ki, Pop kraliça itlərinin videosunu yayımlayıb. Görüntülərdə sənətçinin evində saxladığı 3 it də yer alıb. Kazımovanın yataq otağından yayımladığı videonu təqdim edirik
17.10.2026 694 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb
Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn
18.10.2026 360 Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni sosial mediada yeni fotolarını paylaşıb. Görüntülərdə Gülay zərif, fit görünüşü və gözəlliyi ilə maraq doğurub. Onun dəyişini gözdən qaçmayıb. Həmin fotoları təqdim edirik:
11.10.2026 594 4 ildən sonra bu seriala çəkiləcək
Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə
18.10.2026 489 "Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14.10.2026 668