Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİLErmənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digər bölgələrdə yolları kəsməklə məşğul olur. Bununla da Koçaryan ölkədəki qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti devirmək üçün növbəti dəfə şansını sınamaq qərarına gəlib.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kilsə ilə ittifaq

Tavuş rayonunun kəndlərində davam edən etiraz aksiyalarının rəhbərinin Baqrat olması diqqətdən yayınmayıb. Uzun müddətdir baş nazirə qarşı kəskin çıxışlar edən din xadiminin Robertlə də əlaqəsi üzə çıxıb. Bir neçə il əvvəl Paşinyanın təqiblərindən qurtulmaq üçün kilsəyə sığınan və bu vasitə ilə ölkəni tərk etməyə çalışan eks-prezident 2021-ci il 17 fevral tarixində keçirilən mətbuat konfransında bəyan etdi ki, prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı variant Erməni Apostol Kilsəsinin ruhani liderlərindən biri ola bilər, çünki o, qərəzsiz və ümumbəşəri hörmətə malik olacaq. Bu açıqlama bəzi ruhaniləri həvəsləndirmişdi. Bir sıra siyasətçi və şərhçinin də bu məsələdə Barqat Srbazanın adını hallandırması, sonuncunun iştahasını əməlli-başlı artırmışdı. 2021-ci ildə Robert Koçaryan tərəfdarları da ölkədəki xaosdan istifadə edərək, hakimiyyətə qayıdacaqlarına ümid edirdilər. Bu səbəbdən də tərəflər arasında gizli görüş keçirilir və razılaşdırılır ki, əgər Koçaryan hakimiyyətə qayıtsa, Baqrat katalikos postuna yiyələnəcək. Amma tərəflərin planı suya düşdü. Görünür, gizli ittifaq bu dəfə də vəzifə və mövqe uğrunda "döyüşə atılıb".

Srbazanın iç üzü

Srbazanın ən böyük arzusu isə katolikos olmaqdır. Bu səbəbdən din xadimi baş nazirə və siyasi elitaya qarşı hücumlarını daha da kəskinləşdirir, lider olmaq, özünü xalqın atası kimi aparmaq üçün dəridən-qabıqdan çıxır. Tavuş hadisələri isə məsələnin duz-istiotu olub. İş o həddə çatıb ki, Baqrat artıq terrora da əl atacağının işarəsini verib və "Yerkrap"ın rəhbəri Sasun Mikaelyana səslənib. Bu isə güc strukturları ilə könüllü dəstələri arasında ciddi qarşıdurma yaratma həvəsindən xəbər verir. Tavuş yeparxiyasının rəhbəri artıq yaxın çevrəsinə bəyan edib ki, bu aksiya uğursuz olsa, nəticə əldə edilməsə də, özünü yaxşı reklam edə bilib.

Koçaryanın dəstəsi iş başında
Koçaryan texnoloqları hakimiyyəti devirmək üçün "dahiyanə" üsula əl atmaq qərarına gəliblər. "Ermənistan" bloku və Daşnaksütyun fəalları ilə gizli razılaşmadan sonra kiçik qruplarla yolları bağlamaq, ölkədə xaos yaratmaq ideyası ortaya atılıb. Maraqlıdır ki, hər qruplaşmaya müxalifətin iki deputatı rəhbərlik edib və sayı 10-20 nəfər arası olan şəxslər müxtəlif üsullarla yolları bağlamağa cəhd göstəriblər. Hədəf İrəvanın mərkəzi küçələri və dövlətlərarası şose yolları olub. Bununla da şəbəkə və təşkilatlanmış etiraz aksiyası görüntüsü yaradılmağa çalışılıb. Maraqlıdır ki, bütün xəbərlər əsasən müxalifətin KİV-lərində yayımlanıb və küçələrə cəmi 10-20 nəfər çıxsa da, sayı izdiham kimi qələmə vermək siyasəti yürüdülüb. Təşkilatçılar bununla evlərində oturan sadə erməni vətəndaşını təxribatlara cəlb etmək, aksiyanın miqyasını böyütmək niyyəti güdüblər. Amma plan əks-effekt verib.

Koçaryan "komandası"nın ifşası

Fraksiyanın təşkil etdiyi aksiyalarda Karen Koçaryan da gözə dəyib. Bu şəxs 2021-ci il parlament seçkilərində Robert tərəfindən işə götürülüb və seçkiöncəsi kampaniyanı idarə edib. Onun yanında isə David Saakyants olub. Bu şəxs isə Koçaryan komandası üçün hökumət əleyhinə kampaniyaya rəhbərlik edir və bu işdən külli miqdarda pul qazanır. Noyemberyan-Baqratşen yolunda təxribata cəhd edən və polis tərəfindən saxlanılan şəxsin axtarışda olan cinayətkar olduğu üzə çıxıb. İki istiqamətdə aksiyaçılara qoşulan, özünü general kimi təqdim edən şəxsin hərbçi olmadığı da məlum olub. Başqa bir fakt: İrəvan küçələrinin birində yolu bloklamağa çalışan kiçik qrupun fotoları növbəti gün başqa rakursdan başqa bir aksiya kimi müxalif KİV-də təqdim edilib.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin qarşısında baş verən kiçik aksiya isə elə erməni KİV tərəfindən ifşa edilib və lağa qoyulub. Məlum olub ki, etiraza rəhbərlik edən Ovanes Şaqinyan İrəvanın Ərəbkir rayonunun keçmiş icra başçısı, eyni rayonun keçmiş polis rəisi və Milli Olimpiya Komitəsinin keçmiş üzvüdür. Bu şəxs bu vəzifələrdə Koçaryanın hakimiyyəti illərində çalışıb.

Paşinyan hərəkətə keçdi

Təbii ki, bu hadisələrin Koçaryan tərəfindən idarə olunması hakimiyyət tərəfindən cavabsız qala bilməzdi. Elə bu səbəbdən də Ermənistanın baş prokuroru Anna Vardapetyan bəyan edib ki, ikinci prezident Robert Koçaryan və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın onlarla daşınmaz əmlakı və yüz milyonlarla dollar vəsaiti qanunsuz olduğu üçün müsadirə ediləcək. Təkcə Koçaryan və onun ailəsinin yeddi üzvünün 25 daşınmaz əmlakı, beş nəqliyyat vasitəsi, dörd milyon dollarlıq səhmi əlindən alınmalıdır. Prokurorluq Koçaryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsin fəaliyyətində iştirakına xitam verməyə çalışır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1314   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam

22.10.2026 327
.

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ

Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində

22.10.2026 211
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

22.10.2026 252
.

Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır

Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu

22.10.2026 261
.

Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı

Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular

22.10.2026 183
.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

22.10.2026 247
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

22.10.2026 303
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

22.10.2026 237
.

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub. -ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib. Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionla

22.10.2026 232
.