Günü-gündən kriminallaşan məktəb: "Səbəb sosial şəbəkələrdir" - Açıqlama

Günü-gündən kriminallaşan məktəb: "Səbəb sosial şəbəkələrdir" - Açıqlama"Elə bir ay olmur ki, hansısa məktəbin şagirdləri arasında dava düşməsi, kiminsə bıçaqlanması (bəzən bu hadisələr ölümlə nəticələnir) barədə məlumatlar yayılmasın. Hər dəfə də səbəbləri araşdırmaq əvəzinə, nəticəni qabardırıq. Halbuki, sözügedən nəticələr bir çox hallarda təkcə məktəblə deyil, bilavasitə valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlərlə bağlı olur".

Bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov məktəblərdə şagirdlər arasında baş verən münaqişələr haqda danışarkən deyib.

O, qeyd edib ki, bəzi yeniyetmə və gənclərin naqisliklərini məktəbin obrazında ümumiləşdirmək ədalətsizlik olardı:

"Elə götürək, son olaraq Tərtərdə iki məktəbli arasında düşən davada onlardan birinin ölümü ilə nəticələnən hadisəni. Araşdırma aparılmadan konkret fikir bildirmək yanlışlıqlara yol aça bilər. Bunun üçün hüquq-mühafizə orqanları, digər səlahiyyətli qurumlar var. Mübahisə hansı zəmində baş verib, valideyn hara baxıb, sinif rəhbəri bundan niyə vaxtında xəbər tutmayıb?".

Ekspert baş verən neqativ hadisələrə sosial şəbəkələrin səbəb olduğunu bildirib:

"Ümumiyyətlə, bu kimi məsələlərə şəxsi mülahizələr, hansısa ehtimallar əsasında yanaşmağı düzgün hesab etmirəm. Təkcə onu deyə bilərəm ki, məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas və başlıca səbəbkarı sosial şəbəkələrdir. Nə qədər ki, bu istiqamətdə radikal addımlar atılmayacaq belə halların baş verməsi qaçılmaz olacaq. Buna görə də araşdırmanın aparılması, hadisə ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında operativlik və mobillik təmin olunmalıdır. Nəticə ilə bağlı istənilən ləngimələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır, ictimaiyyətin bu mövzuda daha həssas davranmasında ikitirəlik yaranır, müxtəlif yorumlara yol açılır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 971   Tarix: 11 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi. Prezident Sadır Japarovu

31.07.2026 265
.

Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb

Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb. APA xəbər verir ki, bu barədə Küveyt ordusu "X" səhifəsində məlumat yayıb. Bildirilib ki, səhər saatlarında hava məkanını pozan PUA-lar hava hücumundan müdafiə qüvvələri tərəfində

31.07.2026 226
.

BTS "Qremmi"ni boykot etdi

Cənubi Koreyanın məşhur BTS qrupu bu il "Qremmi" mükafatına namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Qremmi"də Koreya, Yaponiya və Çin pop musiqisi üçün ayrıca "Ən yaxşı Asiya pop musiqisi ifası" nominasiyasını

31.07.2026 295
.

Düzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? - 7 mümkün səbəb

Sağlam qidalar qəbul etməyinizə baxmayaraq çəki atmaqda çətinlik çəkə bilərsiniz. Bunun səbəbi qidalanmanın ümumi prosesin yalnız bir hissəsi olmasıdır. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin yazdığına görə, qidalanma vərdişləri və həyat tərzi arıqlama məqsədlərinə çatmağa mane ola bilər

31.07.2026 276
.

Uitkoff və Kuşner Ukraynaya gedir - Trampdan açıqlama

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner avqustun ikinci yarısı Ukraynaya səfər edəcəklər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Trampa istinadla məlumat yayıb. Tramp FT-yə bildirib ki, hazırda Rusiya-Ukrayn

31.07.2026 243
.

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi vəfat etdi

"Milan" klubunun və İtaliya millisinin əfsanəvi keçmiş müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib. xarici mediaya istinadən bildirir ki, bu barədə "Milan" klubunun mətbuat xidməti məlumat yayıb. Ölüm səbəbi açıqlanmayıb. Barezi bütün karyerasını "Milan"da keçirib (1978-c

31.07.2026 255
.

Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb

Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb. Sea Breeze yaşayış kompleksinin 30-cu dalanında, əsas yoldan cəmi 1 kilometr məsafədə yerləşən 12 sot torpaq sahəsi satışa çıxarılıb. xəbər verir ki, torpaq sahəsi "Referans" marketinin qarşısında yerləşir və əraziyə rahat giriş-çıxı

31.07.2026 348
.

Tramp: Vitkoff, Kuşner, Vens və Rubio İran danışıqlarında iştirak edirlər

ABŞ prezidenti Donald Tramp cümə günü Kemp Deviddə jurnalistlərlə söhbətində ABŞ-ın hələ də İranla danışıqlar apardığını və razılığa gəlməyə çalışdığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Tramp danışıqlarda vitse-prezident JD Vance, dövlət katibi Marko Rubio və elçilər Care

10:34 138
.

Ursula von der Leyen: Heç kimin qanunsuz Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik

Heç kimin qaydalarımıza əməl etmədən Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik. APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu barədə İspaniyanın Seuta anklavında yaranmış miqrasiya böhranı ilə bağlı "X" sosial şəbəkəsində paylaşımında açıqlama verib

31.07.2026 292
.

TOP MP3