Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT
Ölkəmizdə qanunsuz şans oyunları qadağan olunsa da, müxtəlif yollarla belə qeyri-rəsmi provayderlər vətəndaşları aldatmağa davam edir. Dəfələrlə qanunsuz şans oyunları ilə bağlı çağırışlar edilsə də, bəzi oyunçular buna məhəl qoymur, bir gün aldadılma riskinin olduğunu, pullarını itirəcəyini və geri qaytara bilməyəcəyini unudurlar. Amma tez-tez belə qanunsuz şans oyunlarında başlarına gələn dələduzluq hallarını paylaşan oyunçular da var.
Bu yaxınlarda qanunsuz şans oyunu təşkil edən Pin-UP saytı vətəndaşın içində 3500 manat olan hesabını bağlayıb. Bu barədə "Jude Bellingham" adlı istifadəçi sosial şəbəkədə paylaşım edim:
"Pin-UP saytı hesabımı bağlayıb, içində 3500 AZN pul var idi, səbəbsiz yerə yazıblar ki, guya bonsuzdan xeyir güdürəm. Hesabda 1500 AZN var idi Arsenal-Bortnum oyununda 1500 Arsenalın 3 topu qoyulub, ondan sonra Bayern Shutgart taym üst oynanılıb və hesabı səbəbsiz yerə bağlayıblar. 5 gündür oradan pul çıxara bilmirdim.
Yalandan deyirdilər sistemdə problemlər var, çatda yazıram ki, bəs bonusdan oynamamışam, əsas hesabdan Avropanın əsas linqlərinə qoyulu pul.
Yazırlar ki, hesabınızı birdəfəlik bağlanılıb. Heç bir səbəb gətirilmədən, hesabımı bağlamamışdan öncə çatda yazdım, təzədən üz tanıma linki atdılar, oradan da keçirildi, uğurlu oldu. 10 dəqiqə sonra hesab bağlandı, oynamayın bu saytda".
Sözügedən statusa şərh yazan çox sayda istifadəçi də oxşar hadisənin onların da başlarına gəldiyini və belə qanunsuz şans oyunlarına inanmadıqlarını bildiriblər.
Həsən Qafarzadə adlı vətəndaş yazır: "Mənim də orada 1200 AZN var idi. Çıxarış etmək istədim, vermədiler. 100 dənə səbəb gətirib sonra hesabı bağladılar".
Elman Bayramov adlı istifadəçi yazır: "Mənim uduşum 7200 manat idi, ondan cəmi 100 manat çıxara bildim. Nə etdimsə, qalanını çıxara bilmədim".
İctimaiyyətdə narazılıq yaradan məsələnin ciddiyyətini nəzərə alan tanınmış jurnalistlər və bloqerlər də bir daha vətəndaşları bu cür qanunsuz şans oyunlarından uzaq durmağa səsləyiblər.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev də jurnalistin statusuna şərh yazaraq belə reaksiya verib:
"Hər gün bununla və digər onlayn dələduzluq halları ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olur. Elə vətəndaşlar var ki, dəfələrlə xaricdən idarə olunan resurslarda dələduzluğa məruz qalıb, ancaq yenə də bu kimi saxta oyunlarda iştirakdan çəkinmir. Təbliğat belə şəxsləri öyrətməkdə, inandırmaqda aciz qalıb".
Bu hal nə birinci, nə də axırıncıdır. Mütəmadi olaraq qanunsuz şans oyunlarında yaşanan belə fırıldaqçılıq faktlarının şahidi olmuşuq. Heç bir mənbəyi bilinməyən belə qanunsuz şans oyunlarının saxtakarlıqlarına məruz qalmamaq üçün bu faktları gözardı etməyin. Çünki həm qoyduğunuz pulu itirə, həm də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə görə qanunsuz şans oyununda iştiraka görə 3 000 manat məbləğində cərimə edilə bilərsiniz. Belə hallarla üzləşməmək üçün bəxtinizi və pulunuzu yalnız qanuni şans oyunlarına etibar edin.
Demokrat.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 742 Tarix: 11 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi
"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub. -ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib. Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionla
22.10.2026 232 Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y
22.10.2026 189 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı
22.10.2026 303 Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,
22.10.2026 338 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
22.10.2026 237 2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq - TƏHLÜKƏLİ PROQNOZ
2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45%-i subay və uşaqsız olacaq. Bizim.Media xəbər verir ki, bu beynəlxalq investisiya bankı "Morgan Stanley"in proqnozlarında öz əksini tapıb. Məqalədə bildirilib ki, getdikcə daha çox qadın ali təhsil alır, karyera qurur və ailə həyatı qurmağı
22.10.2026 198 Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar
Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında
22.10.2026 251 Hər gün yerkökü yemək orqanizmdə nəyi dəyişir? - FAYDALARI
Yerkökü təkcə göz sağlamlığı üçün deyil, həzm sisteminin normal fəaliyyəti və orqanizmin vitamin ehtiyacının qarşılanması baxımından da faydalı tərəvəzlərdən biridir. Tərkibindəki beta-karotin orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətinin qorunmasına kömək edir. BİG.AZ xarici mediaya istinadl
22.10.2026 313 Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
22.10.2026 249