İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi sayılan Astara terminalında əsas inşa işlərinin 2024-cü ilin sonuna qədər yekunlaşması gözlənilir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib.
O bildirib ki, 2017-ci ildə Astara terminalının inşasına başlanılıb və bu terminal Rusiya, Belarus və İran üzərindən tranzit yük həcmlərinin cəlbinə imkan yaradır.
E. Məmmədov qeyd edib ki, terminalın tikintisi bu il intensiv templə aparılacaq: "2023-cü ildə Astara terminalına 800 min tona qədər yük cəlb edilib. Tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 4 milyon tona çatdırılması nəzərdə tutulur".
Xatırladaq ki, terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan "Astara Terminal" MMC tərəfindən aparılır. Aşırılan yüklər taxta və taxta məmulatları, tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel), kimyəvi məhsullar, dənli bitkilər (arpa, taxıl, buğda və mərci), meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, qida məhsulları və alkoqolsuz içkilərdir.
Astara çayı üzərindəki körpüdən terminal ərazisinə qədər 1,4 km uzunluğunda dəmir yolu xəttinin və dəmir yolu xəttinin mühafizə zolağının hasarlanmasının, terminal daxilində 8,7 km uzunluğunda dəmir yolu xəttinin, ikiaşırımlı Bağçasaray körpüsünün, 5 suötürücü qanovun tikintisi tamamlanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 579 Tarix: 11 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi. Prezident Sadır Japarovu
31.07.2026 265 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb
Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb. APA xəbər verir ki, bu barədə Küveyt ordusu "X" səhifəsində məlumat yayıb. Bildirilib ki, səhər saatlarında hava məkanını pozan PUA-lar hava hücumundan müdafiə qüvvələri tərəfində
31.07.2026 226 BTS "Qremmi"ni boykot etdi
Cənubi Koreyanın məşhur BTS qrupu bu il "Qremmi" mükafatına namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Qremmi"də Koreya, Yaponiya və Çin pop musiqisi üçün ayrıca "Ən yaxşı Asiya pop musiqisi ifası" nominasiyasını
31.07.2026 295 Düzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? - 7 mümkün səbəb
Sağlam qidalar qəbul etməyinizə baxmayaraq çəki atmaqda çətinlik çəkə bilərsiniz. Bunun səbəbi qidalanmanın ümumi prosesin yalnız bir hissəsi olmasıdır. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin yazdığına görə, qidalanma vərdişləri və həyat tərzi arıqlama məqsədlərinə çatmağa mane ola bilər
31.07.2026 276 Uitkoff və Kuşner Ukraynaya gedir - Trampdan açıqlama
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner avqustun ikinci yarısı Ukraynaya səfər edəcəklər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Trampa istinadla məlumat yayıb. Tramp FT-yə bildirib ki, hazırda Rusiya-Ukrayn
31.07.2026 243 "Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi vəfat etdi
"Milan" klubunun və İtaliya millisinin əfsanəvi keçmiş müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib. xarici mediaya istinadən bildirir ki, bu barədə "Milan" klubunun mətbuat xidməti məlumat yayıb. Ölüm səbəbi açıqlanmayıb. Barezi bütün karyerasını "Milan"da keçirib (1978-c
31.07.2026 255 Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb. Sea Breeze yaşayış kompleksinin 30-cu dalanında, əsas yoldan cəmi 1 kilometr məsafədə yerləşən 12 sot torpaq sahəsi satışa çıxarılıb. xəbər verir ki, torpaq sahəsi "Referans" marketinin qarşısında yerləşir və əraziyə rahat giriş-çıxı
31.07.2026 348 Tramp: Vitkoff, Kuşner, Vens və Rubio İran danışıqlarında iştirak edirlər
ABŞ prezidenti Donald Tramp cümə günü Kemp Deviddə jurnalistlərlə söhbətində ABŞ-ın hələ də İranla danışıqlar apardığını və razılığa gəlməyə çalışdığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Tramp danışıqlarda vitse-prezident JD Vance, dövlət katibi Marko Rubio və elçilər Care
10:34 138 Ursula von der Leyen: Heç kimin qanunsuz Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik
Heç kimin qaydalarımıza əməl etmədən Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik. APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu barədə İspaniyanın Seuta anklavında yaranmış miqrasiya böhranı ilə bağlı "X" sosial şəbəkəsində paylaşımında açıqlama verib
31.07.2026 292