Elnarə yeni ifaçıları zibil qutusuna bənzətdi
"Yaşıdlarım arasında ikinci mənim kimi ifaçı yoxdur. Deyəndə ki, Elnarə ailə qurdu, başı uşağa qarışdı, elə bil başımdan qaynar su tökürlər. Hər şeyi qarnımda uşaq etmişəm. "Qan qrupu" mahnısını oxuyanda həkimlər dedilər ki, gəzmək olmaz, uşaq tələf ola bilər. Düşünürdüm ki, uşağın ya qolu, ya ayağı olmayacaq. Diaqnoz qoydular ki, ayağı yuxarıda uzanmalısan. Mən isə boynumda musiqi aləti, aşa-aşa canlı konsert vermişəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova aparıcı Ülvira Qarayevanın "Astar" verilişində deyib. İfaçı yeni mahnıları tənqid edib:
"İndi bazar çox böyükdür, ifaçı, mahnılar çoxdur. Hərdən özümü böyük zibil qutusunun içində hiss edirəm. Açanda baxıram ki, içində 10 ədəd gül var. Sizcə, böyük zibil qutusunun içində gülün iyini ala bilərsiniz? Mümkün deyil. Buna görə yaradıcılıq mərkəzi açdım. Televiziyaların bizim başımıza açdığı oyunla bacarmıram. Məktəb açdım ki, özümdən 50 nəfər yaradım. Musiqimizi televiziyalar nə günə qoyublar".
Övladlarından danışan Elnarə bunları əlavə edib:
"Qızım bu il məktəbi bitirir. Ona şərt qoymamışam ki, 700 bal topla. Böyük oğlum çox nadincdir. Elə bir gün yoxdur ki, məktəb şikayət yazmasın. Çox nadincdirlər. Evdə salamat nəsə yoxdur. Divan, balışlar şokolad, tum, hər şey var. Bütün gün evdə qışqırıram, səsimi atıram başıma. Hər kəsə qadın xoşbəxtliyi, ana olmaq arzulayıram. Balaca övladımın 8 yaşı var, bizim gəlinciyimizdir. Rövşənlə mənim ortamda yatır. Nadinc olsalar da, tərbiyəsiz deyillər. Qonşular uşaqlarımdan necə danışırlar: necə tərbiyəli, qabiliyyətlidirlər. Baxıram ki, dəqiq mənim uşaqlardan danışırsınız?".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 900 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar
Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident
22.10.2026 256 Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA
Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy
22.10.2026 280 Hər gün yerkökü yemək orqanizmdə nəyi dəyişir? - FAYDALARI
Yerkökü təkcə göz sağlamlığı üçün deyil, həzm sisteminin normal fəaliyyəti və orqanizmin vitamin ehtiyacının qarşılanması baxımından da faydalı tərəvəzlərdən biridir. Tərkibindəki beta-karotin orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətinin qorunmasına kömək edir. BİG.AZ xarici mediaya istinadl
22.10.2026 313 "TikTok-a görə mənə gəlir vergisi borcu hesablanıb"
Model Səmra Hüseynova TikTok fəaliyyətinə görə ona gəlir vergisi borcu hesablanmasından narazılığını bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş verg
22.10.2026 236 Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y
22.10.2026 189 Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni
22.10.2026 255 Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
22.10.2026 249 Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti
22.10.2026 213 Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Lissabonda dəyəri 30 milyon avro (təxminən 57 milyon manat) olan nəhəng malikanə tikdirir. Axşam.az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, futbolçunun gələcəkdə yaşamağı planlaşdırdığı malikanə ölkəsinin paytaxtı Lissabonun mərkəzindən 30 kilomet
22.10.2026 212