"Yerli kənd məhsulları xarici məhsullardan daha baha təklif olunur"
Son zamanlarda mövsümü olmayan meyvələr bazarlarda alıcılara təklif olunur. Amma onların zərərli və ya zərərsiz olmasından heç kəs xəbərdar deyil.
Tələbat olduğu üçün satışa çıxarılan bu meyvələr əslində dərman və qatqılarlamı yetişdirilir? Bəs onlar sağlamlıq üçün təhlükəlidir, ya yox?
Mövzu ilə bağlı qida eksperti Ağa Salmanov açıqlama verib.
O bildirib ki, bütün meyvə və tərəvəzlər təbiət tərəfindən mövsümə uyğun kodlaşdırılıb.
"Məsələn heyvanı yayda yeyə bilmərik təbii olaraq, çünki bu qış mövsiminə aid meyvədir. Mövsümi meyvələri fəslində yeməyimiz genetik kodlarla üst-üstə düşür. İnsan əli dəyən meyvələr insana zərər verməsə belə, faydası yoxdur. Mövsümində yetişməyən meyvələrin parniklə satışı bura aiddir. Bunların parnikdə yetişdirilməsi üçün müəyyən maddələrdən istifadə olunur. Bəzən kimyəvi pestisid zəhərlənməsi olur. Yayda yeyilən xiyarla insanın süni kodlaşdırdığı parnik süni xiyar böyük fərq var. Hər bir meyvə, tərəvəzi mövsümində yemək insan orqanizminə faydası böyükdür. Ziyanı odur ki, dərmanlanan məhsullardır. Hansı ki onlar bəzən yuyulmur, bunun nəticəsində də müəyyən xəstəliklərə yol açır. Bu da mədə xorası, allergik xəstəliklərə gətirib çıxarır.
Xaricdən ölkəmizə idxal olunan bəzi meyvələr adətən petsidlərlə yetişdirilir. Bəzi meyvələrə qarşı 17-18 petsid istifadə olunur. Bu petsidlər gəmiricilərdən qorumaq üçün, böcəklərə qarşı, yarpaqları solmaması, meyvənin üstündə ləkələr əmələ gəlməsi üçün istifadə olunur. Ölkəyə idxal olunan hibrid meyvə və tərəvəzlərin də faydası yoxdur. O dərmanlar sayəsində qidaların dadı da qaçıb. Mövsümü olmayan meyvələrin qiyməti də kifayət qədər bahadır".
Bəs kənd məhsullarının bazarda geniş yayılması üçün nə kimi addımlar atmaq olar?
Ekspert qeyd edib ki, gələcək üçün ən yaxşı çıxış yolu kənd təsərrüfatını gücləndirmək və kəndlilərə maliyyə baxımından yardım etmək lazımdır.
"Onlara təqaüd şəklində pul verilə bilər ki, onlar sırf torpaqla məşğul olsunlar. Buna səbəb kəndlilərdə işinə qarşı maraq oyatmaqdır. Onlarda əkib-becərməyə həvəs olmalıdır ki, məhsullarını harda, necə satacaqlarını dərd eləməsinlər. Marketlərə baxdıqca yerli kənd məhsulları yerinə, xarici üstü kağızlı məhsulları görürük. Şərait yaratmaq lazımdır ki, insanlar öz məhsullarını rahat Bakıya gətirib sata bilsinlər. Belə olduğu halda rəqabət də artacaq. Sağlam rəqabət olanda isə qiymətdə endirimlər də olur, müəyyən kompaniyalar da olur.
Belə şəraitdə insanların bəziləri kəndə üz tuta bilərlər. İnsanlar torpağa bağlı olub, işlərini sevərək görməlidirlər. Bu kimi hal olmazsa, yerli məhsullar qıtlaşacaq. Yerli məhsullar azaldığı halda o dərmanlı məhsullar ölkəyə daha da daxil olacaq. Biz ölkəyə xarici məhsulları gətirən insanlardan yox, yerli kəndlilərdən asılı qalmalıyıq, onların təbii məhsullarına üz tutmalıyıq. Biz daha çox yerli kənd təsərrüfatının kəndlilərinin məhsullarına üstünlük verməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1303 Tarix: 14 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qalatasaray" - "Fənərbağça" derbisini idarə edəcək hakim bəlli oldu
Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin hakim təyinatı açıqlanıb. xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək qarşılaşmanın idarə olunması Atilla Karaoğlana həval
22.10.2026 171 Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-
22.10.2026 290 Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ
Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində
22.10.2026 187 Kəndlilər yırtıcılarla üz-üzə qalarsa, nə etməlidir?
Son vaxtlar vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi narahatlıq yaradır. APA TV-yə istinadən xəbər verir ki, Qusarın İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində təsərrüfata ziyan dəyib, üç nəfər xəsarət alıb. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədo
22.10.2026 208 Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22.10.2026 290 Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi
"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub. -ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib. Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionla
22.10.2026 206 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
22.10.2026 235 2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq - TƏHLÜKƏLİ PROQNOZ
2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45%-i subay və uşaqsız olacaq. Bizim.Media xəbər verir ki, bu beynəlxalq investisiya bankı "Morgan Stanley"in proqnozlarında öz əksini tapıb. Məqalədə bildirilib ki, getdikcə daha çox qadın ali təhsil alır, karyera qurur və ailə həyatı qurmağı
22.10.2026 151 Sabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı
22.10.2026 274