İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildi

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildiİran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb, ancaq qəzadan sağ çıxan olmayıb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib.

"Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb", - Kolivand IRIB-ə bildirib.

06:05

İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı açıqlanıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.

04:39

İran Prezidenti İbrahim Rəisinin helikopterinin göyərtəsində olan Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl Haşimi iki dəfə telefonla əlaqə saxlayıb və səhhətindən şikayətlənib.

Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri bildirib.

"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterin qalıqları olduğu ehtimal edilən yer müəyyən edilib. Bir neçə dəqiqə əvvəl hadisə yerində olan heyət üzvünün helikopterindən və mobil telefonundan bir siqnal alındı. Hazırda biz bütün hərbi qüvvələrlə sözügedən bölgəyə yola düşürük və ümid edirəm ki, insanlara müjdə verəcəyik", - "Tasnim" agentliyi ondan sitat gətirib.

Xatırladaq ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

00:38

İranın "Fars" agentliyi Rəisinin helikopterinin axtarışı üzrə əməliyyatın yeni görüntülərini paylaşıb.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisinin olduğu helikopter 19.05.2024 tarixində Şərqi Azərbaycan əyalətində qəza enişi edib. Helikopterin axtarışı davam edir.

Sözügedən görüntüləri təqdim edirik:


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 1809   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Poz-Qazan" tarixində bənzərsiz uduşlu yeni "Prestij" lotereyası satışda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ən böyük uduşlu oyunu olan "Prestij"i təqdim edir. 500 00 manat böyük uduşla yepyeni "Poz-Qazan" oyunu "Prestij" artıq satışdadır. Qiyməti 10 manat olan lotereya biletlərinin ümum

13.05.2024 1879
.

Sumqayıtda gənc oğlan qəzada xəsarət alıb

Sumqayıt şəhərində 24 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb. "Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 200-ci il təvəllüdlü Ramin Arif oğlu Musayev xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırm

10.08.2024 732
.

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - YENİLƏNİB

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19.04.2024 2938
.

Laçında mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab tədbirləri gördü

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəli

09.04.2024 1909
.

Sabiq deputat Hadı Rəcəblinin harada dəfn olunacağı BİLİNDİ - YENİLƏNİB

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bunu -a açıqlamasında mərhum deputat Hadi Rəcəblinin qardaşı İqbal Rəcəbli deyib. O, qeyd edib ki, vida mərasimi Təzəpir məscidində saat 13:00-da olacaq. 08:58. "Sabi

17.04.2024 2782
.

"Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi" adlı Forum keçirilib

13 May 2024-cü il tarixində Dreamland Kompleksində "Cəza Cəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" və Gənclər İnkişaf Naminə İctimai Birliklərinin birgə təşkilatçılığı ilə "Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi"

14.05.2024 1324
.

Elçin Yusubov: Xocalı sakinlərinin yurdlarına köçürülməsi istiqamətində lazımi işlər görülür

Hazırda Xocalı sakinlərinin doğma yurdlarına qayıtması istiqamətində mühüm addımlar atılır. "Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Onun sözlərin

31.03.2024 1384
.

Mingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTO

"Ölkə.Az" xəbər verir ki, Mingəçevir, 23 oktyabr 2025-ci il - "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regionlarda Peşə Günləri" adlı layihə çərçivəsind

27.10.2025 730
.

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycanda süd məhsulları istehsalçısı kimi tanınan "Milk Pro" MMC ləğv olunub. Qafqazinfo-ya istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər. Qeyd edək ki, "Milk Pro"

14.06.2025 1137
.

Son Xəbərlər