Baydenin etirafı: ABŞ prezidentinin təbrik məktubu nəyi göstərir?

Baydenin etirafı: ABŞ prezidentinin təbrik məktubu nəyi göstərir?28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Bu təbriklərin sırasında ABŞ dövlət başçısı Cozef Bayden tərəfindən yazılan məktub isə ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məktubda Baydenin timsalında ABŞ-nin "Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq" etməsi sənəddəki önəmli məqamlardan biridir. Belə ki, mayın əvvəllərində ABŞ səfiri Mark Libbinin Şuşaya səfərindən sonra artıq Vaşinqtonun bu bəyanatı daha inandırıcı səslənir. Əgər bu yaxınlaradək Ağ Ev administrasiyası və Dövlət Departamenti rəsmiləri Qarabağın Azərbaycana məxsusluğunu açıq şəkildə bəyan etməkdən çəkinirdilərsə, ölkənin Bakıdakı baş diplomatının bu səfəri ABŞ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı rəsmi yanaşmasını ortaya qoydu.

Təbrik məktubundakı digər mühüm məqam "enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq"dan bəhs edilməsi, Əfqanıstan və Cənub Qaz Dəhlizi təcrübəsini yada salaraq "çağırışlara birlikdə sinə gərilməsinin" xatırladılmasıdır.

Bütün bunlar 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni reallığın digər dünya ölkələri kimi, ABŞ tərəfindən də qəbul olunması, Azərbaycanın önəminin etiraf edilməsi və yeni reallıqlar çərçivəsində Bakı ilə əməkdaşlığın davam etdirilməsi əzminin ifadəsidir.

Eyni zamanda, Baydenin etirafları Azərbaycan Prezidentinin məqsədyönlü və prinsipial siyasətinin nəticəsidir. Məhz dövlət başçımızın uğurlu xarici siyasət xətti sayəsində ölkəmizin bütün dünyada nüfuzu daha da yüksəlir. Bu həqiqət müxtəlif ölkə liderlərinin, o cümlədən də ABŞ rəhbərinin cənab Prezidentə ünvanladığı təbrik məktubunda özünü aydın şəkildə büruzə verir.

Onu da qeyd edək ki, ölkələr arasındakı ikitərəfli əlaqələrin enişli-yoxuşlu olması əslində adi haldır. Bu baxımdan Azərbaycanla ABŞ arasındakı münasibətlər də istisna deyil. Son bir neçə il ərzində rəsmi Vaşinqton Cənubi Qafqazda baş verən hadisə və proseslərə birtərəfli baxış nümayiş etdirsə də, Bakının ədalətə söykənən və ardıcıl addımları bu ölkə rəhbərliyini öz fikrindən daşınmağa, bölgəmizə münasibətdə daha konstruktiv mövqe tutmağa sövq etdi. ABŞ rəhbərliyi anladı ki, Azərbaycanın haqlı tələb və gözləntilərini inkar etmək, ilk növbədə elə Vaşinqtonun öz maraqlarına ziddir.

Beləliklə də, Baydenin təbrik məktubu bundan sonra da ABŞ və Azərbaycan münasibətlərinin ən azı "business as usual" prinsipi çərçivəsində davam edəcəyini söyləməyə imkan verir. Əgər qlobal və regional hadisələrin axarı, formalaşan geosiyasi və geoiqtisadi mühit əlverişli olarsa, Bakı - Vaşinqton münasibətlərinin strateji səviyyəyə yüksəlmək şansı var ki, bunun da nə dərəcədə mümkünlüyünü artıq zaman göstərəcək.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 575   Tarix: 26 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21.10.2026 410
.

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla

21.10.2026 472
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

14:47 138
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 171
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 191
.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 118
.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

12:11 211
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21.10.2026 357
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 448
.