ABŞ Maliyyə Nazirliyi Avropa banklarına qarşı sanksiyaları sərtləşdirə bilər

ABŞ Maliyyə Nazirliyi Avropa banklarına qarşı sanksiyaları sərtləşdirə bilərABŞ Rusiyada fəaliyyətini davam etdirən Avropa banklarına qarşı sanksiyaları sərtləşdirə bilər.

"Report" xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen İtaliyanın Stresa şəhərində maliyyə nazirləri və "Yeddilik" qrupunun mərkəzi banklarının rəhbərlərinin görüşünün sonunda Reuters agentliyinə müsahibəsində deyib.

"Biz Rusiyada fəaliyyət göstərən banklara qarşı sanksiyaların daha da sərtləşdirilməsi imkanlarını nəzərdən keçiririk", deyən Yellen, söhbət hansı konkret maliyyə qurumlarından getdiyini açıqlamayıb.

"Bunun üçün əsaslar olarsa, sanksiyalar tətbiq olunacaq. Bütün hallarda Rusiyada bankların işinin davam etdirilməsi böyük risklərlə doludur".

"Reuters" adı açıqlanmayan mənbəyə istinadən xəbər verib ki, ABŞ Maliyyə Nazirliyi mayın əvvəlində "RBI"ya məktub göndərərək, onun Rusiyada fəaliyyətinin davam etdirilməsinin şirkətin Amerika maliyyə sisteminə çıxışının məhdudlaşdırılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

"Bloomberg" isə bildirib ki, Aİ-nin aparıcı bankları, əməliyyatlarını məhdudlaşdırmaq barədə ictimaiyyətə verdikləri vədlərə baxmayaraq, Rusiyada iri, getdikcə daha çox gəlir gətirən bölmələrinin fəaliyyətlərini davam etdirirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 26 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21.10.2026 410
.

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla

21.10.2026 472
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

14:47 138
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 171
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 191
.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 118
.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

12:11 211
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21.10.2026 357
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 448
.