Çimərlik mövsümü yaxınlaşır: Xidmət rəsmisindən sakinlərə ÇAĞIRIŞ

Çimərlik mövsümü yaxınlaşır: Xidmət rəsmisindən sakinlərə ÇAĞIRIŞ"Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə ərazisində ümumilikdə 37 su ərazisində xilasetmə məntəqəsi fəaliyyət göstərir".

Bunu AZƏRTAC-a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib.

İnsanların sulardakı təhlükəsizliyinin daha səmərəli təşkili üçün vakant matros-xilasedici vəzifələrinə müsabiqə elan olunduğunu qeyd edən xidmət rəsmisi müsabiqə üçün lazımi tələblərdən də danışıb:

"Kişilər üçün nəzərdə tutulan müsabiqədə 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər".

O qeyd edib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür:

"Belə ki, aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılır. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsidir. Həmçinin monitorinqlər zamanı çimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində bildirişlər təqdim edilir. Əlavə olaraq, monitorinqlərin nəticəsi ilə bağlı yerli icra hakimiyyətlərində müşavirələr keçirilir və təhlükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılır".

A.Əlilinin sözlərinə görə, sularda fəaliyyət göstərən dalğıc və xilasedicilərə ixtisas kursları ilə yanaşı ilkin yardım vərdişləri də tədris olunur.

"Eyni zamanda, ilkin yardım vərdişləri xüsusi maketlərin üzərindən təcrübi olaraq da izah edilir. Suda boğulmaqdan xilas olunan vətəndaşlara dalğıc və xilasedicilər tərəfindən ilk yardım göstərilərək sahilə çatdırılır və məntəqələrdə bizimlə yanaşı xidmət aparan həkim briqadalarına təhvil verilir", - deyə şöbə rəisi əlavə edib.

Xidmət rəsmisi çimərlik mövsümündə əhalinin daha diqqətli olması üçün xüsusi məsləhətlər də verib:

"FHN-in təqdim etdiyi statistik məlumatlara əsasən hər il çimərliklərdə yüzlərlə insan xilas edilir və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmır. Bu, onu deməyə əsas verir ki, çimərliklərdə və digər su hövzələrində boğulmanın əsas səbəbi çimmək üçün nəzarətsiz su obyektlərinin seçilməsidir. Məntiqlə yanaşsaq, əgər biz çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa bizim köməyimizə xilasedici gəlməlidir və əgər çimərlikdə xilasedici yoxdursa demək ki, orada həyatımız təhlükədədir. Buna görə də çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz çimərliklərdə istifadədən çəkinməliyik.

Suda boğulmanın digər səbəbləri küləkli, dalğalı hava şəraiti, sualtı daş, qaya parçaları, dəmir-beton kimi yad cisimlərin qalıqlarının insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, təşviş və müxtəlif xəstəliklərdir".

A.Əlili çimərlikdə diqqət edilməsi vacib məqamlara toxunub:

"Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə üzmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, küləkli havada dənizə girmək olmaz. Eyni zamanda bilmək lazımdır ki, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq həyatımız üçün ciddi təhlükə yaradır. Bununla yanaşı, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, ev heyvanları gətirmək, balıq tutmaq, müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır. Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, nəzarətsiz qalmamalıdır. Yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir. Eyni zamanda, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməli, xəbərdaredici nişanların və lövhələrinin tələbləri nəzərə alınmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!".

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü adətən iyunun ortasında açıq elan edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 26 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21.10.2026 410
.

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla

21.10.2026 472
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

14:47 138
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 171
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 191
.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 118
.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

12:11 211
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21.10.2026 357
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 448
.