DİM Elm və Təhsil Nazirliyinə BİRLƏŞDİRİLƏCƏK

DİM Elm və Təhsil Nazirliyinə BİRLƏŞDİRİLƏCƏKBu gün Dövlət İmtahan Mərkəzi (DİM) ölkə də əhəmiyyətli imtahanların keçirilməsində və kadrların seçilməsində fəal iştirak edir. Azərbaycanda ali təhsil müəssisələrinə əlçatanlığın olması və qəbul prosesinin şəffaf olması istiqamətində nailiyyətlər əldə edilib. Amma əlbəttə ki, bunu imtahanlar üçün deyə bilmirik. İmtahanlar kifayət qədər çətindir. İmtahanların çətinliyi abituriyentlər ilə yanaşı, valideynlərin narazılığını da artırır. Valideynlər imtahanların çətinliyi baxımından DİMin fəaliyyəti ilə bağlı narazılıq edirlər. Belə olan halda DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi mümkündür?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, DİM ölkədə ən böyük imtahanları həyata keçirir. 30 ildən çoxdur ki, ölkədə ən şəffaf, əlçatan imtahanları təşkil edən bir qurumdur:

"Etiraf edək ki, həm əlçatanlıq, həm də keyfiyyətin ölçülməsi baxımından insanların razılığı var. Burada bir məsələ var ki, DİM və Elm və Təhsil Nazirliyinin fəaliyyəti bir-birindən ayrıdır. Amma Azərbaycan 90-cı illərdə deyil. Artıq biz də təhsilin idarəolunmasında, qiymətləndirilməsində kifayət qədər şəffaflığı görə bilirik. Xüsusən 2013-cü ildən sonra Mikayıl Cabbarov təhsil naziri təyin olduqdan sonra, təhsil sistemində, sağlamlaşdırılması istiqamətində ciddi işlər görülüb. Mən hesab edirəm ki, DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi ehtimalı var. Bu o demək deyil ki, imtahanları yenə də DİM həyata keçirməyəcək. Bu birmənalı şəkildə belə deyil".

Ekspertin sözlərinə görə, DİM hal-hazırda orta ümumtəhsil məktəblərinin buraxılış və qəbul imtahanları, dövlət qulluğu və qabiliyyət imtahanlarını keçirir. Ali təhsil müəssisələri, magistratura və doktorantura pilləsində qəbul prosesi DİM-in üzərindədir. Hal-hazırda DİM ən böyük onlayn imtahanlarını keçirmək imtahanına malikdir:

"Eyni zamanda bu qurum tam şəffaf olaraq beynəlxalq imtahanları həyata keçirir. Ümumiyyətlə DİM-in keçirdiyi imtahanların beynəlxalq etibarlılığı var. Təbii ki, proses tam şəffafdır və kənar müdaxilələr yoxdur. Amma hesab edirəm ki, ayrıca bir qurum olaraq fəaliyyət göstərməsi müəyyən qədər çətinliklər yaradır. Mən hesab edirəm ki, burada vahid platformadan proseslərin təşkili vacibdir. Xüsusilə qəbul imtahanları ilə bağlı biz o məsələni görə bilərik. Qiymətləndirmədə şəffaflıq var. Amma bu keyfiyyət mənasına gəlməməlidir. Dünən keçirilən qəbul imtahanlarında tarix fənnindən Amerikanın siyasi-iqtisadiyyat tarixi soruşulur. 11-ci sinif dərsliklərində bu məlumat ola bilər. Amma qəbul imtahanlarında yoxlanılan və ölçülən bacarıqlar tamam fərqli olmalıdır. Biz o informasiyaları yoxlamalı və ölçməliyik ki, həmin məlumatlar uşaqlara lazım olsun".

Kamran Əsədov bildirib ki, Bütün bunlar onu deməyə əsas verir ki, DİM-in, Elm və Təhsil Nazirliyinin fəaliyyətindən, orta ümumtəhsil məktəblərində olan tədrisin təşkilindən xəbəri yoxdur. Bu da istər buraxılış, istərsə də qəbul imtahanlarında problem yaranır:

"Mənim proqnozuma görə, DİM Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməlidir. Bu imtahanların məzmununda dəyişiklik edəcək. O cümlədən ölkədə repetitorluğun qarşısının alınması istiqamətində də addım atılacaqdır. Bu gün DİM-in imtahanları şəffaf və əlçatandır. Amma burada keyfiyyət məsələsi deyil. Sovet dönəmində qəbul imtahanlarında əlçatanlıq yox idi. Kənar müdaxilələr var idi. Pul və tapşırıq ilə ali təhsil müəssisələrinə qəbul olurdular. İndi isə yalnız əldə edilən biliklərin vasitəsilə ali məktəblərə qəbul olmaq mümkündür. Bu proses birmənalı şəkildə şəffafdır. Düzgün idarəetmənin təkmilləşdirilməsi ilə bu prosesi daha da düzəltmək olar. Artıq Elm və Təhsil Nazirliyidə kifayət qədər imtahanlar keçirə bilir. Nazirlik direktorlar, onların müavinləri, liseylərə qəbulu və strateji əhəmiyyət daşıyan imtahanları həyata keçirir. Məhz bu amil onların imtahan keçirmək təcrübəsinə malik olduğunu göstərir. Ölkə də monitorinq imtahanlarına hər bir şey Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Hesab edirəm ki, bu qurumun imtahanları keçirmək və idarə etmək bacarığı var. Bütün bunlar DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirməyə imkan verən bir haldır və bunun vaxtı gəlib çatıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6005   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...

Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd

21.10.2026 410
.

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla

21.10.2026 472
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

14:47 138
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 171
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 191
.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 118
.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

12:11 211
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21.10.2026 357
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 448
.