"Həmin radio aparıcısı bacımla məni düşmən etdi"
"O üz" verilişinin növbəti buraxılışı Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyevaya həsr edilib.
Axşam.az xəbər verir ki, ifaçı mərhum bacısından, onunla münasibətlərindən danışıb. O bildirib ki, bacısı ilə arasını radio işçisi vurub:
"Bacım mənə deyirdi ki, sən anamıza oxşayırsan. Səbrlisən… Sən haqqında xoşagəlməz nəsə eşidəndə belə susmağı bilirsən. Amma mən susa bilmirəm. Bacım Zeynəb çılğın idi. Ona bir söz deyəndə həmin dəqiqə inanırdı. Amma mən ona deyəndə ki, başqalarının sözünə inanma, deyirdi, yox. Onda belə bir fikir yaranmışdı ki, mən icazə vermirəm efirə çıxsın. O hətta efirə çıxanda belə bu sözləri dedi. Sonra da biz bu məsələlərə öz aramızda aydınlıq gətirdik.
Bacımla elə bir ünsiyyət yaratdım ki… Ona dedim, sən niyə başqasının sözü ilə oturub-durursan. Bir şəxs biz bacıların arasına elə bir hədd çəkdi ki, ürəyim sındı. Amma hər zaman susdum. Çünki o məndən böyük idi. Ona heç zaman cavab qaytarmazdım. Radioda çalışan bir populyar aparıcı mənə zəng edib deyirdi ki, Zeynəb sizin haqqınızda belə dedi… Ona deyirdim ki, siz mənim bacımı tanıyırsınız. Siz nə deyirsinizsə, o da inanır. Özünüzü yığışdırın. Siz münaqişəni iki bacı arasında yaratmayın.
İndi həmin o aparıcı məni görəndə qaçır. Bacım mənə bunları deyəndə dəli oldum, başıma hava gəldi. Heç düşmənçilik də belə olmaz".
N.Doztəliyeva bacısının efirə çıxmamasının səbəbini açıqlayıb:
"Bacım Zeynəb Dostəliyeva o illərdə fəaliyyətdə və səhnədə olsaydı, məndən də uca zirvələrə yüksələrdi. Zeynəbin sənətinin qarşısını alan ailə həyatı oldu. Onun həyat yoldaşı istəmədi və icazə vermədi. Sonra son zamanlar efirlərdə göründü. Çünki həyat yoldaşı dünyasını dəyişdi"
Qeyd edək ki, Z.Dostəliyeva ötən ilin fevralında dünyasını dəyişib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704