İlham Əliyev və Mehriban Əliyeva "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda "Crescent Bay" layihəsinin təqdimatı və "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, "Pasha Property Management" şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "Crescent Bay" layihəsi barədə məlumat verib.

Sonra dövlətimizin başçısı və birinci xanım "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər. "Pasha Malls Group" şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat verib.

"Crescent Mall" ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb.

Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. "Crescent Mall"da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur.

Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.

Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli sütunda ölkəmizin mədəni irsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açan güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn "Həyat Ağacı" isə sürətlə inkişaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə təcəssüm etdirən Azərbaycan xalqını ifadə edir.

Bundan başqa "Crescent Mall"da SPA, gözəllik və fitnes mərkəzləri də qonaqların xidmətində olacaq.

Qeyd olunub ki, ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, İngilis və Rus dillərində isə şifahi məlumatlar verə bilir.

Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot "Leyli" adlandırılıb. Süni intellekt məlumat bələdçisi "Leyli" dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından müdriklik və gözəllik rəmzi olan "Leyli"ni simvolizə edir.

"Crescent Mall" ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

13:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda "Crescent Bay" layihəsinin təqdimatı və "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər.

Bu barədə AZƏRTAC xəbər verir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1760   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı

13:16 186
.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21.10.2026 490
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı

13:14 138
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 142
.

CeyLo tərəf müqabili ilə sevgilidir?

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr

21.10.2026 392
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21.10.2026 370
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 145
.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

13:04 141
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 184
.