Məhkəmə Ruben Vardanyanla bağlı qərar verib
Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Ruben Vardanyanın şikayəti təmin edilməyib.
Xatırladaq ki, bir müddət əvvəl cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb və onun barəsində həbs qətimkan müddəti daha beş ay uzadılıb.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.
Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 887 Tarix: 27 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda çoxmərtəbəli binada YANĞIN
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Həsən Bəy Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən mənzildə yanğın baş verməsi barəsində məlumat daxil olub. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib
21.01.2026 485 21 yaşlı oğlan küçədə infarktdan öldü
Bakıda gənc oğlan infarktdan ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Nizami rayonu Bəhruz Nuriyev küçəsində baş verib. Dünən saat 13 radələrində Lənkəran rayon sakini 2005-ci il təvəllüdlü Yaqub Yaqubov küçədəki 79 saylı binanın qarşısında qəfil vəfat edib. Onun infarktdan dünyasını dəyişdiy
14:36 240 Dünyada 3-4%, Azərbaycanda 13-14%: Bank faizlərinin ağırlığı - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda bank faizləri uzun illərdir ki, həm vətəndaşlar, həm də sahibkarlar üçün ciddi problem olaraq qalır. Dünyanın bir çox ölkəsində illik faizlər təxminən 3-4% civarında olsa da, bizdə bu göstərici 13-14%-dir. Nəticədə kreditlər həm baha, həm də çətin əlçatandır, bu da iqtisadi aktivliyi ləngidir
14:48 137 Kral III Çarlz Şahzadə Harri ilə görüşdən imtina etdi
Böyük Britaniya Kralı II Çarlz kiçik oğlu Şahzadə Harri ilə görüşməkdən imtina edib. xarici mediaya istinadən xəbər verir ki, Harri şəxsi həyatını pozmaqda və qanunsuz məlumat toplamaqda ittiham etdiyi Daily Mail və Mail on Sunday qəzetlərinə qarşı keçiriləcək məhkəmə iclasında iştirak etmək üçün ABŞ-da
12:06 192 Prezident Qəzza ilə bağlı həmin sənədi imzaladı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimində iştirak edir. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları sözügedə
15:07 122 Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər - Video
Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən "Qarabağ"Ayntraxt" (3:2) oyununu izləyənlər arasında Azərbaycanın rəsmi şəxsləri də olub. "Qafqazinfo" -a istinadən xəbər verir ki, həmin şəxslər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasını
12:23 362 Hotellərdə risk qalmayıb: Azərbaycanda təhlükəsizlik yüksək səviyyədədir
"Son beynəlxalq təhlükəsizlik indekslərinə əsasən, Azərbaycan hotellərdə təhlükəsizlik göstəricilərinə görə ön sıralarda yer alır. Bu faktı ölkəyə səfər edən turistlər də təsdiqləyir. Azərbaycan bu gün regionun ən təhlükəsiz ölkələrindən biri kimi tanınır və bu amil ölkəyə turist axınında əsas ro
16:03 89 İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Səbəb nədir?
Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus "Lerik Broyler" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb. Qaynarinfo-nun məlumatına görə, İqbal Məmmədov deputat mandatını itirdikdən sonra onun digər biznes layihələri ilə yanaşı, "Lerik Broyler" MMC-d
13:32 199 Rusiya Ukrayna şəhərlərini bombalayıb
Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşıdurmalar səngimir. Tərəflər müxtəlif istiqamətlərdə aktiv döyüş əməliyyatlarını davam etdirir. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, son sutka ərzində bir neçə cəbhə xəttində intensiv atışmalar və artilleriya zərbələri qeydə alınıb. Xüsusil
16:32 31