"Prezident İlham Əliyevin Sərəncamı ilə 154 məhbusun əfv edilməsi dövlətimizin bəşəri dəyərlərə sədaqətinin ifadəsidir" - Bəhruz Məhərrəmov

"Prezident İlham Əliyevin Sərəncamı ilə 154 məhbusun əfv edilməsi dövlətimizin bəşəri dəyərlərə sədaqətinin ifadəsidir" - Bəhruz MəhərrəmovMayın 26-da Prezident İlham Əliyevin imzaladığı Əfv sərəncamına əsasən 154 məhbus azadlığa buraxılıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, prezident səlahiyyəti dövründə 7500dən çox məhkumu əfv edib. Bu günə qədər imzalanan 37 əfv Sərəncamlarının ümumi qayəsidə göstərir ki, dövlət bir nəfər də olsun vətəndaşın məhrumiyyətlərə məruz qalmasını arzu etmir və hər dəfə də humanist siyasətin mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır:

"Prezident İlham Əliyev Sərəncamı ilə 154 məhbusun əfv edilməsi növbəti humanizm nümunəsi olmaqla həm də dövlətimizin ali məqsədlərinə və bəşəri dəyərlərə sədaqətinin ifadəsidir. Aydındır ki, məhkumlara törətdikləri və məhkəmə qaydasında sübut olunmuş əməllərə görə cəza verilir. Cəzanın isə sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi konseptual məqsədləri var. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər, bir qayda olaraq, o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Bildiyiniz kimi möhtərəm Prezident səlahiyyəti dövründə 7500dən çox məhkumu əfv edib. Bu günə qədər imzalanan 37 əfv Sərəncamlarının ümumi qayəsidə göstərir ki, dövlət bir nəfər də olsun vətəndaşın məhrumiyyətlərə məruz qalmasını arzu etmir və hər dəfə də humanist siyasətin mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır. Lakin, əfvetmə mürəkkəb bir mexanizmdir, bu proses ciddi təhlillərə əsaslanır. Yəni əfv kütləvi xarakter daşıya bilməz və yalnız cəzasının məqsədlərinə nail olunmuş insanlara yönəlməlidir. Cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi üçün bu şərtə riayət olunması çox vacibdir.Prezident İlham Əliyev bu dəfəki əfv Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 63 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, habelə bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış 1 şəxs cəzadan azad edilib, o cümlədən cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib, 3 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azadılıb. İslah işləri cəzasına məhkum edilmiş 2 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 şəxs cəzadan azad edilib. İndi bütün bunların fonunda bu böyük humanizm aktı barədə hər hansı neqativ düşüncə formalaşdırmaq cəhdləri, heç bir əsas olmadan "siyasi məhbus" şousuna alət edilən yaxud özünü bu cqr adlandıran kimlərinsə, prosesdən kənarda qalması barədə bəyanatlar populist qərəz və savadsız mühakimədir. Bu mənada cənab Prezidentin milli birlik və həmrəyliyin tam təmin olunduğu bir vaxtda imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı böyük humanizm aktıdır və antimilli ünsürləri siyasi məqsədlər naminə boşboğazlıqlarının heç bir önəmi yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 791   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı

13:16 186
.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21.10.2026 490
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı

13:14 138
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 142
.

CeyLo tərəf müqabili ilə sevgilidir?

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr

21.10.2026 392
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21.10.2026 370
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 145
.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

13:04 141
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 184
.