İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.
Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.
Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Həmçinin, Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:
"Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.
Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.
İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.
Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 28 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi
12:44 188 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar
Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. BİG.AZ -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiy
10:26 222 "Həzi Aslanov"dakı təmir yekunlaşdı
Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu
14:47 92 Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu
21.10.2026 361 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21.10.2026 392 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam
12:48 176 Gürcüstanın Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi bəlli oldu
Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabişvili Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Kanalın Baş nazir İrakli Kobaxidzenin açıqlamasına istinadən yaydığı məlumata görə, Rusiya ilə münaqişəni
10:44 174 Ərdoğan İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi
21.10.2026 412 Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə
13:19 142