Elektron qolbaq daşıyan qardaş atasının ilində bacısını güllələdi - Zaqataladakı qətlin TƏFƏRRÜATLARI
Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Lent.az xəbər verir ki, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədova özündən 9 yaş balaca qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov tərəfindən güllələnərək öldürülüb.
Əldə etdiyimiz məlumata görə, N.Əhmədova ailəlidir və orta məktəbdə müəllim işləyib. Məlum hadisə isə N.Əhmədovanın ata evində baş verib.
Belə ki, ailə üzvləri dünyasını dəyişən atalarının il mərasiminə toplaşıbmış. Nurlan Əsgərov ailə üzvlərinin gözü qarşısında bacısını ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Hadisəni törədən Nurlan Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. Hazırda da onun üzərində məhkumluq var imiş və elektron qolbaq daşıyırmış.
Nurlan Əsgərov ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirsə də, Nətəvan Əhmədovanı tanıyanlar onun ziyalı və tərbiyəli bir qadın olduğunu bildirir, qardaşının dediklərini rədd edirlər.
Qeyd olunur ki, Nurlan Əsgərov əvvəllər psixoloji xəstəlikdən də müalicə alıb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1426 Tarix: 28 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı
13:16 186 Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü
Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd
21.10.2026 490 Sabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı
13:14 138 Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə
13:19 142 CeyLo tərəf müqabili ilə sevgilidir?
Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr
21.10.2026 392 Süni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21.10.2026 370 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
12:45 145 Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
13:04 141 Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas
11:06 184