" Cümhuriyyətin liderlərinin ruhu bu gün şaddır, çünki onların yerinə yetirə bilmədiyi ideallar sürətlə reallaşmaqdadır"

" Cümhuriyyətin liderlərinin ruhu bu gün şaddır, çünki onların yerinə yetirə bilmədiyi ideallar sürətlə reallaşmaqdadır""Ulu Öndər Heydər Əliyev demişdir ki, "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir". Bu mənada, 28 May tariximizin ən şanlı və ən önəmli səhifələrindən biridir. 106 il öncə qurulmuş Cümhuriyyətimiz bütövlükdə İslam dünyasında siyasi hüquqlar başda olmaqla, bir sıra hüquq və azadlıqların təsbit olunması, modern məzmunda müstəqillik anlayışı, parlamentarizm ənənəsi kimi məsələlərin timsalında çoxsaylı ilklərə imza atmışdır".

Bu sözləri BiG.AZ-A deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, həm 1918-ci ildə, həm 1991-ci ildə istiqlaliyyətimiz daha çox tarixi-siyasi proseslərin gedişatı ilə bağlı olub. Yəni 1918-ci ildə Rusiya İmperiyasının dağılması, 1991-ci ildə isə SSRİ-nin süquta uğraması ilə digər dövlətlərlə yanaşı, əsassız gecikmə ilə olsa da, biz də müstəqilliyimizi qazanmışıq. Amma, təəssüf ki, birinci müstəqillik dövründə ciddi səhvlər də buraxılmış, Qərbi Zəngəzur və İrəvan xəyanətin qurbanı olmuş, dövlət özü isə istiqlalını 2 ildən artıq qoruya bilməmişdir. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra isə Qarabağ və Şərqi Zəngəzuru itirdik, eyni zamanda dövlətçiliyimiz vətəndaş müharibəsi və parçalanma ilə üz-üzə qaldı. Heç şübhəsiz ki, Heydər Əliyevin müdaxiləsi olmasaydı, ikinci müstəqilliyimizin aqibəti də Xalq Cümhuriyyətinin taleyinə bənzəyəcəkdi. Bütün bunların fonunda bizə bir şey aydın olmalıdır ki, Qafqaz regionunda müstəqilliyi qoruyub saxlamaq müstəqilliyi əldə etməkdən daha çətindir. Amma bu gün qürurla deyə bilərik, biz artıq öz müstəqilliyimizi qoruyacaq gücük.

"Cümhuriyyətimiz uzunömürlü olmasa da, tarixdə əvəzsiz iz buraxdı və təsadüfi deyil ki, biz 18 oktyabr "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmişik. Lakin, təəssüf ki, müstəqilliyimizi bərpa edərkən o dövr siyasi təfəkkürü 28 mayı Müstəqillik Günü kimi tanımadı. Təsəvvür edin, biz "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında özümüzü Xalq Cümhuriyyətinin varisi sayırıq, amma Cümhuriyyətin siyasi irsinə iddia edənlər Müstəqillik Günü kimi 18 oktyabrı qeyd edirdilər. Baxmayaraq ki, biz müstəqilliyi 28 may 1918-ci ildə əldə etmişik. 1991-ci ilin 18 oktyabrında isə müstəqilliyimiz bərpa olunub. Bildiyiniz kimi, məhz cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis 28 mayı Müstəqillik, 18 oktyabrı isə Müstəqilliyin Bərpası Günü kimi müəyyən edərək tarixi ədalətsizliyə son qoydu və 28 may Müstəqillik Günü kimi təqvimimizdə öz şərəfli yerini aldı. Şübhəsiz ki, Cümhuriyyətin liderlərinin ruhu bu gün şaddır, çünki onların yerinə yetirə bilmədiyi ideallar sürətlə reallaşmaqdadır. Azərbaycan, artıq torpaq itirən yox, işğala, təcavüzə son qoyan, bölgənin gündəmini müəyyən edən müzəffər dövlətə çevrilib. Bu gün artıq ikinci müstəqillik dövrü yox, birinci müstəqillik dövründə itirdiyimiz torpaqlar gündəmimizdir və Cümhuriyyət dövründə itirilən İrəvana, Qərbi Zəngəzura, Göyçəyə qayıdacağımıza heç kim şübhə etmir. Çinə bayraq sancmağı vəd edib öz paytaxtına qədər qovulan iqtidardan fərqli olaraq İlham Əliyev iqtidarı Zəngəzura mənəvi-tarixi öhdəlik kimi yanaşır. Təbii ki, bizim heç kimə qarşı ərazi iddiamız yoxdur, lakin tarixi həqiqətlərin də inkar olunmasına imkan verilməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 28 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı

13:16 186
.

Bakıda evdə soyuducuya görə dava: 65 yaşlı kişi gəlinini döydü

Bakıda 65 yaşlı kişi gəlinini döyüb. -ın məlumatına görə, hadisə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Akif Ramazanovun (ad və soyadlar şərtidir) oğlu Sakit və Aqil ailə qursalar da, bir müddət ata evində yaşayıblar. Bir müddətdən sonra Sakit qonşuluqd

21.10.2026 490
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı

13:14 138
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 142
.

CeyLo tərəf müqabili ilə sevgilidir?

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr

21.10.2026 392
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21.10.2026 370
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 145
.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

13:04 141
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 184
.