"23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı" - Deputat

"23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı" - Deputat"Cəmi 23 ay yaşayan AXC daşnaq- bolşevik quldurlarının və daxilimizdəki xainlərin hərbi təcavüzü nəticəsində süquta uğradı. 23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

Deputat qeyd edib ki, mövcud olduğu qısa zamanda AXC Azərbaycanın ilk parlamentini, hökumətini yaratdı. Dövlət atributları təsis edildi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlamentdə milli müstəqilliyin gücləndirilməsi, ölkədə siyasi, iqtisadi inkişafın təmin edilməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində mühüm qərarlar qəbul edildi:

"Qədim zamanlardan Azərbaycanın böyük dövlətçilik ənənələri olmuşdur. Azərbaycan tarixin müəyyən dövrlərində güclü inkişaf yolu keçərək böyük torpaqlara sahib olub. Zaman keçdikcə işğalçı qüvvələr torpaqlarımızı işğal edib, müstəqilliyimiz əlimizdən alınmışdır. XX əsrin əvvəllərində Çar imperiyasının dağılması nəticəsində, o vaxtki mütəfəkkir ziyalılarımız 1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı və müstəqilliyini elan etdi. Lakin bu müdtəqil dövlətimizin də ömrü uzun sürmədi. Cəmi 23 ay yaşayan AXC daşnaq- bolşevik quldurlarının və daxilimizdəki xainlərin hərbi təcavüzü nəticəsində süquta uğradı. 23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı. Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Mövcud olduğu qısa zamanda AXC Azərbaycanın ilk parlamentini, hökumətini yaratdı. Dövlət atributları təsis edildi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlamentdə milli müstəqilliyin gücləndirilməsi, ölkədə siyasi, iqtisadi inkişafın təmin edilməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində mühüm qərarlar qəbul edildi.
AXC bütün ölkə vətəndaşlarına eyni hüququ verərək dini, irqi bərabərsizliyi aradan qaldırdı. Qısa müddət ərzində Milli Ordu quruldu və Qafqaz İslam Ordusu ilə Bakı və ətraf ərazilər işğaldan azad edildi.
AXC-nin xarici siyasətinin əsası dünya birliyi tərəfindən Azərbaycanın tanıdılması olmuşdur. Bunun üçün Paris Sülh Konfransına Cənubi Qafqazda yeni bir müstəqil dövlətin qurulduğu barədə rəsmi məlumatlar göndərildi.

Şərq xüsusiyyətlərini, xalqın milli mədəniyyətini, Avropanın demokratik dəyərlərini özündə birləşdirən bir dövlət quruldu. AXC xalqın milli şüurunu özünə qaytardı, Azərbaycan xalqının müstəqil, azad yaşamağa layiq bir xalq olduğunu nümayiş etdirdi.
1918-ci ildə qəbul edilmiş qərara əsasən təhsil ana dilində aparılmağa başladı. 1919-cu ilin sentyabrında Parlamentdə Bakı şəhərində universitet açmaq barədə qərar qəbul edildi. Azərbaycan Dövlət Universitetinin Nizamnaməsi təsdiq olundu və fəaliyyətə başlaması ilə milli kadrların hazlrlanması istiqamətində mühüm addım atıldı. Universitetlə yanaşı digər ali və orta təhsil müəssisələrinin yaradılması uçun hazırlıqlar aparıldı.
AXC ədliyyə sahəsinə də xüsusi diqqət ayırırdı. Cümhuriyyətin yarandığı 28 may 1918-cı ildə ədliyyə Nazirliyi təsis edildi.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi "Müstəqilliyi qorumaq, saxlamaq, o müstəqilliyi əldə etməkdən qat qat çətindir". Azərbaycan Xalq Cümhuriyyəti də bu müstəqilliyi qoruyub saxlaya bilmədi.
1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmağı bacardı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmiş və Azərbaycan Respublikası AXC nin varisi olduğunu təsbit etmişdir. Azərbaycan XX əsrin ortalarında yenidən müstəqillik əldə etsə də ölkədə ağır vəziyyət hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz üzə qalmışdı. Hakimiyyətdə olanların səriştəsizliyi, digər tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqilliyimizi itirmək təhlükəsini yaratmışdır. Belə çətin bir vəziyyətdə xalqın haqlı tələbi və təkidi ilə ulu öndər hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycan dövlətçiliyini qorumaq üçün qətiyyətli tədbirlər gördü. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin xilaskarı oldu. Ümummilli lider Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması üçün ümummilli lider dəfələrlə ölümlə üz üzə qaldı, lakin heç vaxt bu yoldan dönmədi, hər zaman bu müqəddəs amal uğrunda çalışdı.
Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən etdi. Ümummilli lider Heydər Əliyev 1993- cü ildə Prezident seçildikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Dünyanın siyasi arenasında Heydər Əliyev şəxsiyyəti, sözü və siyasəti Azərbaycanın nüfuzunu artırdı. Xarici təzyiqlərə baxmayaraq ümummilli lider Heydər Əliyev bir sıra beynəlxalq iqtisadi layihələri reallaşdırdı. Regionda baş verən çətin geosiyasi vəziyyətə baxmayaraq Heydər Əliyevə olan etibar, bu dahi şəxsiyyətin qətiyyətinə inam nəticəsində xarici dövlət başçıları və nəhəng şirkətlər Azərbaycanla "Əsrin müqaviləsi" adlandırılan neft kontraktlarına imza atdılar.
Ümummilli Lider Heydər Əliyev dünya iqtisadiyyatını mükəmməl bilən bir şəxs idi. Heydər Əliyev iqtisadi strategiyasının nəticəsi olaraq xarici şirkətlər Azərbaycana sərmayə yatırmağa başladı. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyev izi olmasın. Sahibkarlığın inkişafına dəstəyin, sərbəst iqtisadi rəqabətin, iqtisadiyyatın modernləşməsinin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev bütün fəaliyyəti dövründə xalqına arxalanmışdır. Azərbaycan xalqı da bu dahi şəxsiyyətə və Azərbaycanı ən ağır vəziyyətdən Heydər Əliyevin çıxara biləcəyinə inanırdı.
Ümummilli Lider Heydər Əliyev dərin biliyə malik polad iradəli, fenomenal yaddaşa sahib, müdrik, qətiyyətli siyasətçi, xorezmatik bir şəxsiyyət idi.
Azərbaycan dövlətinin müstəqilliyinin əsası Naxçıvanda Heydər Əliyev tərəfindən qoyulmuşdur. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də AXC-nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsdiq edilmişdir. Sovet İttifaqının mövcud olduğu bir vaxtda belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bu addımı ilə Heydər Əliyev öz dövlətinə və xalqına nə qədər bağlı olduğunu, bu yoldan dönməz olduğunu bur daha göstərdi.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Ermənistanla atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirildi, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Güclü Azərbaycan Ordusunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycanın üçrəngli bayrağı artıq Şuşada və işğaldan azad olunmuş şəhər və kəndlərimizdə dalğalanır.
Bu gün Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü demokratik dövlətə çevirmişdir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan xalqının rifahı, sosial vəziyyəti durmadan yüksəlir. Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində xarici dövlətlərlə bərabərtərəfli münasibətlər qurulur. Azərbaycan tək region üçün deyil, dünyada önəmli bir dövlətə çevrilmişdir. Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Prezident cənab İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən siyasi kurs həyata keçirir. Bununla yanaşı Prezident cənab İlham Əliyevin müəllifi olduğu tolerant və multikultural dəyərlərə hörmət və qayğı bütün dünyaya bir nümunədir.
Prezident cənab İlham Əliyev hər zaman dövlətçilik ənənələrinə böyük diqqət və qayğı ilə yanaşır, hörmət və ehtiram göstərir. 2007-ci il 25 may tarixində Bakıda dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqbal Bəyannaməsinin rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyev iştirak etmiş və ölkə başçısı tərəfindəm 2018-ci ilin ölkəmizdə "AXC ili" elan edilməsi Azərbaycanın dövlətçilik tarixinə göstərilən ehtiramdan xəbər verir. 2021-ci il 15 oktyabr tarixində "Müstəqillik Günü haqqında " Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən 28 May Müstəqillik Günü, oktyabrın 18 isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 649   Tarix: 28 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Çıxmaq istəyib, lap yaxşı, xoş getdi!" - Anardan reaksiya

Yazıçı, tərcüməçi Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib. Axşam.az xəbər verir ki, 69 yaşlı şair bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlükhaqqı ödəməklə bağlı deyil. O

14:21 87
.

"Qarabağ" indi neçənci yerdədir? - Foto

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Ayntraxt"a 3:2 hesabı ilə qalib gəlməklə turnir cədvəlində yüksəliş əldə edib. "Qafqazinfo" xəbər verir ki, xallarının sayını 10-a çatdıran Ağdam təmsilçisi 18-ci yerə yüksəlib. Qurban Qurbanovun komandası ötən gec

10:20 265
.

Fatimə küsülü olduğu Nazilə Səfərli ilə fotosunu paylaşdı

Fatimə Fətəliyeva sosial media hesabında şairə Nazilə Səfərli ilə fotosunu paylaşıb. "Yeni Sabah" xəbər verir ki, ikilinin fotosu süni intellekt vasitəsiyl düzəldilib. Rəqqasə fotonu "Instagram" hesabının hekayə bölməsində izləyicilərinə təqdim edib. Xatırladaq ki, aralarındakı münaqiş

21.01.2026 532
.

Bekhemlər oğulları ilə boşanana qədər danışmaq istəmir

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin ailədaxili problemləri gündəmdən düşmək bilmir. Axşam.az xəbər verir ki, Bekhemlər ailəsindəki qalmaqalın yeni təfərrüatlarını "The Sun" nəşri paylaşıb. Ailənin yaxın çevrəsinə istinad edən nəşr yazır ki, Devid və həyat yoldaşı modelyer Viktoriy

14:47 29
.

Gündə 60 siqaret keçmişdə qaldı: Mauritsio Sarri siqareti tərgitdiyini AÇIQLADI

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri nəhayət, siqareti tərgitdiyini açıqlayıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, əvvəllər "Latsio"nun baş məşqçisi etiraf etmişdi ki, asılılığının pik həddə çatdığı dövrdə ildə 20.00-dən çox - gündə 60 siqaret çəkirmiş!. "Gündə 60 siqare

21.01.2026 325
.

Bu pensiyalar 53 manat artırılır

Ötən il ölkəmizdə minimum əmək haqqı 16 faiz, pensiyaların minimum məbləği isə 14,3 faiz artıb. Nəticədə 3 milyondan çox vətəndaşımız bu sosial islahatlardan yararlanıb. Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədr

21.01.2026 680
.

Gəlin toy zamanı bəyi hamının qarşısında RƏZİL ETDİ

Avstraliyada bir qadın toy ərəfəsində nişanlısının ona xəyanət etdiyini öyrənib və onu məhz mərasim zamanı ifşa edib. -ın xarici KİV-ə istinadla məlumatına görə, adının açıqlanmasını istəməyən qadın deyib ki, toyu ərəfəsində anonim mesaj alıb və həmin mesajda gələcək ərinin yazışmalarının ekran görüntülər

21.01.2026 663
.

İnfarktın yaxınlaşmasından XƏBƏRDARLIQ edən cihaz hazırlandı

Rusiyanın Cənubi Federal Universitetinin mühəndisləri ürək xəstəliyi olan insanların vəziyyətini real vaxt rejimində təhlil edə və kritik vəziyyətdə SOS siqnalı göndərə bilən cihaz hazırlayıblar. xarici mediaya istinadla bildirir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. Koroner arte

21.01.2026 350
.

Bakıda çoxmərtəbəli binada YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Həsən Bəy Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən mənzildə yanğın baş verməsi barəsində məlumat daxil olub. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib

21.01.2026 473
.

TOP MP3