Ceyhunu ermənilər qətlə yetirib?
Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.
"Qafqazinfo" xəbər verir ki, C.Hüseynovun qətlə yetirilməsinin dəqiqləşməsi ilə bağlı açılan cinayət işinin maddəsi onun erməni silahlı birləşmələri tərəfindən öldürülməsi ilə bağlı şübhələr yaradır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsinin tətbiq edilməsi bunu deməyə əsas verir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan istintaq tədbirlərinin yekununda məlum olacaq. Hazırda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Elə Ceyhunun itkin düşməsi ilə bağlı ilkin xəbər yayılandan bir neçə saat sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyi ilə bağlı məlumat yaymışdı. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi keçmə ehtimalı ilə bağlı məlumata sahib olmadığını bildirmişdi.
Ermənistan silahlı birləşmələrinin bu ilin fevral ayında Zəngilanda atəş açaraq sərhədçimizi yaraladığı, hərbçilərimizin minaya düşərək şəhid olduğu, erməni diversantın gizli şəkildə Kəlbəcərə keçərək diversiya cəhdi göstərdiyi və digər hadisələrdə, eləcə də separatçıların lideri olmuş Arayik Arutyunyana da qeyd edilən maddə üzrə cinayət işləri açılıb.
Qeyd edək ki, Ceyhun Hüseynovun meyiti itkin düşdükdən 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
Onu da əlavə edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.
Xatırladaq ki, Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1509 Tarix: 14 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTorpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar
Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir
21.10.2026 224 Çox yaşamaq istəyirsiniz? - İt saxlayın
Gündəlik gəzintilər, daha az stress və daha çox ünsiyyət - evdə it saxlamaq təkcə əhval-ruhiyyəyə deyil, həm də insan sağlamlığına müsbət təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər it saxlayan insanların daha aktiv həyat tərzi keçirdiyini və bunun uzunömürlülüklə əlaqəl
21.10.2026 189 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
21.10.2026 344 "AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin
21.10.2026 245 Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro
21.10.2026 232 "Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21.10.2026 223 Süni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21.10.2026 144 Həmkarı İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu
21.10.2026 222 Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?
"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük
21.10.2026 252