İnkişafda geriləmə, erkən yaşda xəstəliklər: Ölümü yaxınlaşdıran idxal - ARAŞDIRMA

İnkişafda geriləmə, erkən yaşda xəstəliklər: Ölümü yaxınlaşdıran idxal - ARAŞDIRMABu ilin birinci rübündə Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 11 min 880 ton palma yağı gətirilib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq - iki dəfə çoxdur. Hesabat dövründə Azərbaycan İndoneziyadan 12,4 milyon ABŞ dolları dəyərində 10 min 914 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 1,1 milyon ABŞ dolları dəyərində 899 ton (bir il əvvəlki göstəricidən 84,6 faiz az), Rusiyadan 59 min ABŞ dolları dəyərində 42,6 ton və Türkiyədən 31,9 min ABŞ dolları dəyərində 23,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb. Mütəxəssislərdən də davamlı eşidirik ki, bu məhsul insan orqanizmi üçün çox təhlükəlidir.

Bəs o zaman niyə hər il idxalı daha da artır?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Bir bitkidən alınan iki fərqli məhsul

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, palma yağı dedikdə eyni ad altında iki fərqli struktura malik yağ nəzərdə tutulur:

"Birincisi, palma meyvəsinin lətindən alınır, ikincisi isə palma meyvəsinin toxumlarından hazırlanır. Palma meyvəsinin lətindən alınan yüksək keyfiyyətli bitki yağıdır. İnsan orqanizmi üçün müstəsna əhəmiyyətə malikdir. Amma palma toxumlarından alınan yağ insan orqanizmi üçün zərərlidir, qida sənayesi üçün yararsızdır".

A.Nəsirli bu zərərli yağın ölkəmizə gətirilməsi səbəblərini də açıqlayıb:

"Rəqəmlərdə ölkəmizə gətirilən məhsulların palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir. Ümumiyyətlə, belə bir təsnifat aparılmır. Palma meyvəsinin toxumundan alınan yağ dünyada ən ucuz hesab olunur. Bahalı yağlar ölkəmizə külçə şəklində gətirilir və burada qablaşdırılır. Həmin yağlara ən az 20 faiz palma yağı qatılır. Beləliklə, bahalı və keyfiyyətli yağ kimi insanlara təqdim olunur. İşbazlar 10 dəfə daha çox qazanc əldə etmiş olurlar".

Sənaye adı ilə gətirilib, mətbəximizə daxil olur

İqtisadçı qeyd edib ki, işbazlar külli miqdarda qazanc əldə etdiyi üçün müxtəlif adlarla bu məhsulu ölkəmizə gətirməyi bacarırlar:

"İdxal edərkən də təyinatını dəyişirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər, lakin ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır. Araşdırmaq lazımdır ki, bu yağ sənayedə hansı məqsədlərlə istifadə olunur ki, bu qədər idxal edilir. Doğrudan da ondan sabun, sürtgü materialları hazırlanır, texniki məsələlər üçün istifadə olunur? Bununla bağlı müşahidələr aparılmalıdır".

Qidaların ömrünü uzadır

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu yağ ucuz olması ilə bərabər, məhsulların ömrünü də uzatdığı üçün idxalı artır:

"Qida çeşidliliyi artdıqca qidaların daha ucuz xammaldan əldə olunması və rəf ömrünün uzadılmasına hesablanmış istehsalın artımı meydana gəlir. Palma yağının istifadəsi də bu səbəbdəndir. Palma yağından istifadə olunduqda həmin məhsulların xarab olma vaxtı gecikir, rəf ömrü daha da uzun olur. Həmçinin daha ucuz başa gəlir. Palma yağı sənaye üsulu ilə hazırlandıqda qidada istifadəyə yararlı deyil".

Bitki yağı yediyimizi zənn edib zəhərlənirik

M.Hüseynovanın fikrincə, palma yağından bir çox məhsullarda istifadə edilsə də, tərkibləri gizlədilir:

"Xüsusən də paketlənmiş qidaların əksəriyyətində, eyni zamanda restoran və iaşə obyektlərində qızartma yeməklərdə, bir çox şirniyyatlarda palma yağından istifadə olunur. Lakin bu, əksər hallarda göstərilmir. Bəzən bitki yağı adı altında yazılır, hətta bir neçə bitkinin adı qeyd edilir və konkret olaraq hansı mənşəli yağdan istifadə olunduğu bilinmir. Yaxud müxtəlif kodlarla qeyd olunur. Belə olan halda istehlakçılar da aldıqları məhsullar haqqında tam məlumatlı olmurlar. Bəzi ölkələrdə məhsulların tərkibində palma yağından istifadəyə icazə verilsə də, əksəriyyətində bu, qadağandır. Xüsusən də uşaq qidalarında bu qadağalar daha çox tətbiq edilir. Amma palma yağı təbii haldadırsa, tərkibində A və E vitaminləri, doymamış yağ turşuları varsa, ondan az miqdarda, gec-gec istifadə olunsa, o qədər də zərərli deyil".

İnkişafda geriləmə, erkən yaşda xəstəliklər...

Mütəxəssisin sözlərinə görə, yeniyetmə və gəncləri bu tip məhsullardan maksimum dərəcədə uzaq tutmalıyıq:

"Araşdırmaların nəticələrində də görünür ki, gündəlik, davamlı olaraq palma yağından istifadə edən insanların sağlamlığında müəyyən təhlükələr yarana bilir. Xüsusilə də 20 yaşa qədər olan insan orqanizmində hər gün inkişaf getdiyinə görə, keyfiyyətsiz yağdan istifadə məsləhət deyil. İstifadə edildikdə bu, uşaq və yeniyetmələri inkişafdan geri salır, müəyyən xəstəliklərə erkən yaşda tutulmağa səbəb olur. Sağlamlığına diqqət edən insanlar bu tip məhsullardan istifadə etməməlidirlər. Palma yağından həddən artıq istifadə insan orqanizmində pis xolesterin kimi tanınan LDL səviyyəsini yüksəldir. Həmçinin yaxşı xolesterin kimi tanıdığımız HDL-i aşağı salır ki, bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. İmmun sistemi güclü olan insanlar bu tip qidalardan gec-gec istifadə etsələr, zərərini o qədər də hiss etməyə bilərlər. Amma daima paketlənmiş qidalar, mənşəyi kimyəvi qatqı maddələri, keyfiyyətsiz yağlar olan məhsullardan istifadə edən insanlarda inkişafdan geri qalma, xəstəliklərə tutulma özünü açıq aydın göstərir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1052   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pakistanda bina çökdü: Ölən və yaralananlar var

Pakistanın Lahor şəhərində 3 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hələlik müəyyən edilməyən səbəbdən baş verib. Məlumata görə, hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadalar

30.07.2026 178
.

Bəşəriyyətin ekoloji borc günü çatdı: Yer kürəsinin bu il üçün resursları tükəndi

İyulun 30-da bəşəriyyət Yer kürəsinin ekoloji borc gününə (Earth Overshoot Day) çatıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau"un məlumatına görə, bu tarixdən etibarən insanlar planetin bir il ərzində bərpa edə biləcəyindən daha çox təbii resurs istehlak etməyə başlayırlar. Vəziyyəti bank hesabındak

30.07.2026 132
.

İsrail F-35 tipli PUA istehsal etmək istəyir - "Bloomberg"

İsrail Amerikanın F-35 qırıcı təyyarəsi ilə müqayisə edilə bilən döyüş dronu hazırlamağı planlaşdırır. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, İsrail Amerikanın hərbi yardımından asılılığını tədricən azaltmaq, onu silahların hazırlanmas

30.07.2026 155
.

Alanyada yanğın 17 saatdır davam edir

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda başlayan meşə yanğını 17 saatdır davam edir. BİG.AZ Habertürk-ə istinadən xəbər verir ki, güclü külək alovun geniş əraziyə yayılmasına səbəb olduğundan yanğının söndürülməsi istiqamətində işlər çətinləşib. Təhlükənin artması səbəbindən yanğına yaxın ərazilərd

30.07.2026 201
.

Qırğızıstan və Özbəkistan arasında müttəfiq münasibətlərə dair müqavilə bağlanıb

Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki respublika arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıblar. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti iki ölkə liderlərinin Çolpon-Atada keçirdiyi danışıqların yekunlarına dair məlumat yayıb

30.07.2026 153
.

Argentinada helikopter qəzası: 7 nəfər öldü

Argentinanın San Xuan əyalətində meşə yanğınlarına hazırlıq təlimi zamanı "Bell 412" tipli helikopter qəzaya uğrayıb. xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Qəza nəticəsində helikopterdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında San Xuan əyalətinin Mülki Müdafiə Xidmətini

30.07.2026 155
.

Ermənistan hökuməti texniki istefaya gedir

Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb. Ölkə Konstitusiyasına əsasən, Nazirlər Kabineti istef

30.07.2026 221
.

İstanbulda məktəblərdə namaz otaqları yaradıla bilər

İstanbul valisi Davut Gül şəhərin bütün 39 rayonunun rəhbərliklərinə məktub göndərərək dövlət məktəblərində şagirdlər və təhsil işçiləri üçün namaz otaqlarının yaradılmasını təklif edib. "Qafqazinfo" "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, sənəddə ibadət üçün imkanların yaradılmasını

30.07.2026 194
.

BİG.AZ-ın yazısına AQTA-dan REAKSİYA

Bir müddət bundan əvvəl Avropa ölkələrində market vitrinlərində qida məhsullarının "təbii" və "qeyri-təbii" olmaqla iki qrupa ayrılması təcrübəsinin Azərbaycanda da tətbiq olunmasının mümkünlüyü ilə bağlı yazı dərc etmişdik. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini

30.07.2026 224
.

TOP MP3