Vüsal Süleymanov: "Şagirdlərimə ifa etdikləri əsərlər və onların bəstəkarları haqqında maraqlı faktları danışıram"

Vüsal Süleymanov: "Şagirdlərimə ifa etdikləri əsərlər və onların bəstəkarları haqqında maraqlı faktları danışıram"Bu yaxınlarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, TikTok video platformasının təşəbbüsü ilə keçirilən #TikTokdanÖyrən layihəsinin qaliblərindən biri də Vüsal Süleymanov olub. "Ən kreativ video" kateqoriyasının qalibi olan V. Süleymanovun tələbəsinə Lüdviq Bethovenin "Xəz Elizası" əsərinin yaranma tarixindən bəhs edən videosu müsabiqə müddəti ərzində ümumilikdə ən yüksək baxış sayı toplayıb.

V.Süleymanovla müsahibəni təqdim edirik:

1. Özünüz haqqında bir az məlumat verə bilərsinizmi?

-Mən, Vüsal Süleymanov. Pianist, pedaqoq. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakalavr və Magistr pillələrini bitirmişəm.
Azərbaycan Republikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş idarəsi, 24 nömrəli Onbirillik Musiqi Məktəbində 8 ildən artıqdır ki, fəaliyyət göstərirəm və şagirdlərim arasında Beynəlxalq müsabiqə laureatları da var. Fortepiano dərslərini daha çox insanlara aşılamaq üçün kreativ məzmun yaradıram.

2. Nə vaxtdan TikTok-dasınız? Bu platformanı seçməyə sizi nə vadar etdi? Sizi buna cəlb edən nədir?

-İlk dəfə qardaşım Vüqar bəy mənə TikTok video platformasında hesab açmağı məsləhət görəndə o zaman bu platformaya qarşı bəzi insanlarda olduğu kimi məndə də stereotiplər formalaşmışdı. Lakin profil açıb bir neçə video yüklədim amma baxış sayı çox olmadı deyə həvəsdən düşdüm. Daha sonra isə həyat yoldaşım Leyla xanım ruhdan düşməməyi və yenidən davam etməyi təklif etdi. Bundan sonra mən vizual olaraq daha maraqlı kontent yaratmağa başladım yalnız faktlar, danışıqlar yox, şəkillər və musiqilərlə əyləncəli tərzdə. Çünki TikTok sosial şəbəkə deyil, video platformadır və burda vizual nəyisə gözəl yaratmalısan ki, səni daha çox insanlar izləsin. Bunları etdikdən sonra mən milyonlarla baxış sayı və 5 ay ərzində 35.000 izləyici yığdım. Bu platformada hal-hazırda daha aktivəm və hər gün 1 video post edirəm.
Burda cəlbədici olan düzgün kontent yaradaraq inkişafı tez bir zamanda görə bilməkdir. Mən bura daxil olduqda daha çox klassik musiqilər və dərslərlə bağlı videolar qarşıma çıxır. TikTok alqoritması bizə özümüzü göstərir , sən lazımlı nəsə izləyirsənsə qarşına o tip kontentlər çıxacaq, yox sən pis kontent izləyirsənsə qarşına o çıxacaq və burda TikTok pkatformasını günahlandırmaq məncə, məntiqsizdir çünki, real həyatımızda, cəmiyyətimizdə də yaxşı və pis var, qədim çin fəlsəfəsində olan İn və Yan kimi , ağ və qara kimi.

3. Sizin fortepiano dərslərinizi digərlərindən nə ilə fərqlənir və TikTok-da bu fərqləri necə vurğulayırsız?

-Ümumiyyətlə ilk öncə bunu qeyd edim ki, fortepianoda ifa etmək insan beyninin hər iki yarımkürəsini çalışdırır və müasir dünyada geniş yayılmış alzeymer xəstəliyinin qarşısını alır, bu alimlər tərəfindən sübut olunmuş faktlardan biridir və təsadüfi deyil ki, nobel mükafatçılarının 90% -i klassik musiqi alətlərində ifa edə bilirdilər, nümunə kimi hamının çox yaxşı tanıdığı Albert Enşteyni misal gətirə bilərik. Mən paylaşdığım videolarda da bu məlumatları təbliğ edirəm. Hətta bir video da pianoda ifa edən birinin başına beyində olan hərəkətlənməni izləmək üçün bir aparat qoşulur və ifaya başlayan zaman ekranda beynin hər iki yarımkürələrinin necə aktivləşdiyi aydın görülür. Bu video mənim TikTok səhifəmdə var. Mən dərslərdə şagirdlərimə ifa etdikləri əsərlər və onların bəstəkarları haqqında maraqlı faktlar və bəzən əfsanələri danışıram və bunu TikTokda kreativ məzmunda montaj edərək vizual gözəl bir şəkildə təqdim edirəm.

4. Tamaşaçılarınızın ən çox bəyəndiyi piano ifası hansıdır və onlar bunu niyə sevirlər?

-Təbii ki, zövqlər müxtəlifdir və mən çalışıram bütün janrlara müraciət edim. Bura klassik musiqi, Azərbaycan klassik estradası, müasir musiqi və türk estradası daxildir. Məsələn ən çox sevilənlər içində Frederik Şopen - "Noktürn", "Ay Sonatası adı ilə məşhurlaşan "Beethoven - 14 nömrəli Sonata (1 ci hissə), daha sonra Cahangir Cahangirov - "Füzuli kantatası", Şəfiqə Axundova - "Həsrətindən" və s. aid etmək olar. Bu və digər ifalar insanlarda dərin izlər buraxır. Mən həftədə bir dəfə, bazar günləri canlı yayım edirəm və orada bu ifaları 1 saat ərzində səsləndirirəm. Bunlarla yanaşı izləyicilərin canlı yayım zamanı yazıb istədikləri musiqiləri də ifa edirəm. Bununla da TikTok video platformasının daha bir müsbət cəhəti ortaya çıxır insanlar öz evlərində oturaraq canlı konsertlər dinləyib zövq ala bilirlər. Bu zaman mənimlə izləyicilər arasında canlı körpü yaranır və mən onların daha nələr istədiklərini anlaya bilirəm, məncə buna görə də TikTok səhifəmin yaxşı perspektivi var. Canlı yayımları belə maraqlı məqsədlər üçün istifadə etmək daha gözək olar. Bu dünyaya açılmaq üçün çox yaxşı bir şansdır.

5. #TikTokdanÖyrən layihəsində "Ən Yaradıcı Video" mükafatını qazandınız. Layihəyə qoşulanda videonuzun uğurlu olacağına inanırsınız?

-Mən layihəni ilk dəfə fevral-mart aylarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaydığı məlumata əsasən öyrəndim və ilk öncə inanmadım çünki daha əvəllər #LearnOnTikTok kampaniyasını görmüşdüm və düşünməzdim ki, bu kampaniya nə vaxtsa lokal olaraq Azərbaycanda da keçirilər. Həmin ərəfədən başlayaraq hər gün 1 dərs videosunu #TikTokdanÖyrən heşteqi altında paylaşmağa başladım. Amma düzünü desəm qalib olacağıma inanmırdım. Mən biraz realist insanam və orada populyar TikTok məzmun yaradıcılarının bu heşteqlə olan videolarına baxandan sonra şansımın olmadığını düşündüm amma çox təşəkkür edirəm mənim video-çarxımı bəyənib "Ən kreativ video" nominasiyasına layiq gördükləri üçün. Mükafatların təqdim edilmə mərasiminə qatıldıq və tədbir çox keyfiyyətli təşkil olunmuşdu, müsbət enerji və emosiyalarla dolu idi. Dəyərli Sergey Sokolov məni qalib kimi elan edəndə çox qarışıq hisslər var idi həm həyəcan həm sevinc həm məsuliyyət. Bir daha hər birinə təşəkkür etmək istərdim belə bir fürsət yaratdıqları üçün.

6. Videonuzu digər məzmunlardan fərqləndirən və izləyicilərinizin diqqətini çəkən nədir?

-Məncə fortepianoda ifa və onun tarixini daha kreativ, daha maraqlı və əyləncəli şəkildə publikaya çatdırmağımdır. İzləyicilərin ən çox diqqətini çəkən isə uşaqlarla fərqli və əyləncəli dərs metodikalarımdır. Bundan əlavə insanların qəlblərinə toxuna biləcək əsərləri fortepianoda ifa etməyimdir.

7. TikTok-da böyümək istəyən yaradıcılar üçün hansı tövsiyələriniz var? Onlar haradan başlamalı və nəyi nəzərə almalıdırlar? Faydalı məsləhətlər?

-İlk öncə demək istəyirəm ki, günü bugün öz peşənizə, hobbinizə uyğun məzmunda video çəkin və bunu paylaşın. Ən çətini ilk addımdır və məndə belə başladım amma ən əsası ruhdan düşməyin və davam edin, alqoritmlər sayəsində videonuz zamanla çoxlu insanların qarşısına çıxacaq. Unutmayın ki, TikTok sosial şəbəkə deyil, video platformadır və çalışın çəkdiyiniz video və yaratdığınız məzmun vizual olaraq da gözəl görünsün. Biraz fərqlilik, biraz əyləncə də qatmağı unutmayın və budur uğur sizi özü gəlib tapacaq. Öz üzərinizdə çalışaraq tez-tez videolar paylaşın.

8. Bu qələbə sizin məzmun strategiyanıza və ya TikTok-da irəliləyiş təcrübələrinizə necə təsir edəcək?

-Bu qələbə mənə motivasiya oldu və nə yaxşı ki, bu platformada fəaliyyətə başladım. TikTok daha çox insanların mənim kontentimi görmələrinə şərait yaratdı. Maraqlı videolar paylaşaraq ön plana çıxdım. Fortepiano dərsləri ilə daha çox insan maraqlanmağa və məndən dərs almaq istədiklərini bildirməyə başladılar. Bundan sonra daha həvəslə çalışacağıma daha da yeni və maraqlı məzmunlar yaradacağıma əminəm.

9. TikTok-da daha çox uğur əldə etmək üçün gələcək planlarınız hansılardır?

-İlk növbədə daha çox kreativ videolar paylaşmaq. Canlı yayımları həftədə bir dəfə deyil daha tez-tez etmək. Həm maraqlı fortepiano ifaları həm də fərqli metodikalı dərslər üzərində çalışmaq. TikTok video platformasında öz məzmunum üzrə bütün dünyanın tanıyacağı məzmun yaradıcısı olmaq. Məncə bu tək mənim yox hər bir məzmun yaradıcısının arzusudur.!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1093   Tarix: 24 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pakistanda bina çökdü: Ölən və yaralananlar var

Pakistanın Lahor şəhərində 3 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hələlik müəyyən edilməyən səbəbdən baş verib. Məlumata görə, hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadalar

30.07.2026 178
.

Bəşəriyyətin ekoloji borc günü çatdı: Yer kürəsinin bu il üçün resursları tükəndi

İyulun 30-da bəşəriyyət Yer kürəsinin ekoloji borc gününə (Earth Overshoot Day) çatıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau"un məlumatına görə, bu tarixdən etibarən insanlar planetin bir il ərzində bərpa edə biləcəyindən daha çox təbii resurs istehlak etməyə başlayırlar. Vəziyyəti bank hesabındak

30.07.2026 132
.

İsrail F-35 tipli PUA istehsal etmək istəyir - "Bloomberg"

İsrail Amerikanın F-35 qırıcı təyyarəsi ilə müqayisə edilə bilən döyüş dronu hazırlamağı planlaşdırır. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, İsrail Amerikanın hərbi yardımından asılılığını tədricən azaltmaq, onu silahların hazırlanmas

30.07.2026 155
.

Alanyada yanğın 17 saatdır davam edir

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda başlayan meşə yanğını 17 saatdır davam edir. BİG.AZ Habertürk-ə istinadən xəbər verir ki, güclü külək alovun geniş əraziyə yayılmasına səbəb olduğundan yanğının söndürülməsi istiqamətində işlər çətinləşib. Təhlükənin artması səbəbindən yanğına yaxın ərazilərd

30.07.2026 201
.

Qırğızıstan və Özbəkistan arasında müttəfiq münasibətlərə dair müqavilə bağlanıb

Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki respublika arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıblar. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti iki ölkə liderlərinin Çolpon-Atada keçirdiyi danışıqların yekunlarına dair məlumat yayıb

30.07.2026 153
.

Argentinada helikopter qəzası: 7 nəfər öldü

Argentinanın San Xuan əyalətində meşə yanğınlarına hazırlıq təlimi zamanı "Bell 412" tipli helikopter qəzaya uğrayıb. xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Qəza nəticəsində helikopterdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında San Xuan əyalətinin Mülki Müdafiə Xidmətini

30.07.2026 155
.

Ermənistan hökuməti texniki istefaya gedir

Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb. Ölkə Konstitusiyasına əsasən, Nazirlər Kabineti istef

30.07.2026 221
.

İstanbulda məktəblərdə namaz otaqları yaradıla bilər

İstanbul valisi Davut Gül şəhərin bütün 39 rayonunun rəhbərliklərinə məktub göndərərək dövlət məktəblərində şagirdlər və təhsil işçiləri üçün namaz otaqlarının yaradılmasını təklif edib. "Qafqazinfo" "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, sənəddə ibadət üçün imkanların yaradılmasını

30.07.2026 194
.

BİG.AZ-ın yazısına AQTA-dan REAKSİYA

Bir müddət bundan əvvəl Avropa ölkələrində market vitrinlərində qida məhsullarının "təbii" və "qeyri-təbii" olmaqla iki qrupa ayrılması təcrübəsinin Azərbaycanda da tətbiq olunmasının mümkünlüyü ilə bağlı yazı dərc etmişdik. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini

30.07.2026 224
.

TOP MP3