Bakının bu ərazilərinə yeni marşrutlar istifadəyə verilib
Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.
Bu barədə BiG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hövsan qəsəbəsini (MİDA) "28 May" metro stansiyası və "Əhmədli" metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.
Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.
Marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.
"28 May" metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək. Qeyd edilən marşrutlar üzrə müasir "Avro 6" standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.
Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.
Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.
Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1358 Tarix: 01 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Çılgın Dondurmacı" Azərbaycanda dövlət qeydiyyatına alındı
"Çılgın Dondurmacı" MMC Azərbaycanda dövlət qeydiyyatına alınıb. xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 55 00 manat, qanuni-təmsilçisi isə Dinç Ramazan Nuridir. MMC-nin hüquqi ünvanı Baki şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə ev.25 m.58-dir. Qeyd edək ki, "Çılgın Dondurmacı"
20.10.2026 509 Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
15:32 126 Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
"World Population Review" təşkilatının 2026-cı il üzrə dərc etdiyi son hesabat qlobal demqrafik mənzərədə ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, təhlillərə əsasən, dünyanın ən sürətlə böyüyən şəhərlərinin mütləq əksəriyyəti Asiya və Afrika qitələrini
20.10.2026 391 İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı
Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər
20.10.2026 381 Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü
10:51 240 Şərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 20,2 faiz artıb
2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcm
20.10.2026 351 Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola
20.10.2026 489 İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad
İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind
12:22 236 Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul
Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd
20.10.2026 450