"Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir" - Ekspert

"Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir" - Ekspertİctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir. Çünki daşıyıcı şirkətlər kifayət qədər zərərdədirlər və borc içindədirlər. Bir avtobus təxminən 600min manat dəyərindədir. 600 min manat dəyəri ödəmək asan deyil. Vaxtilə 600 min manata iki-üç avtobus almaq mümkün idi. Məsələn, snc sıxılmış qazla işləyən avtobusdan söhbət gedirsə, 300 min manat civarında idi və indiki avtobusların qiyməti ilə ikisini almaq olurdu.Xərclər artdıqca gediş haqqı da ona uyğun tənzimlənir:

"Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir. Çünki daşıyıcı şirkətlər kifayət qədər zərərdədirlər və borc içindədirlər. Xüsusən pandemiyadan sonra bu proses daha qabarıq şəkildə özünü göstərdi. Nəticə etibarilə o şirkətlərin bir çoxu borcdan inkişaf edə bilmir və dövlət tərəfindən onların üzərinə vəzifə qoyulub. Bu vəzifənin də tələbləri budur ki, həmin şirkətlər müasir, komfortlu avtomobillər gətirməli, insanlara daha keyfiyyətli xidmət göstərməlidir və belə bir formatda daşıyıcı şirkətlər çətin vəziyyətdə qalırlar. Səbəb odur ki, son illər avtomobil sektorunda kifayət qədər qiymət artımı baş verib. Ən çox ehtiyat hissələri, sürtkü yağları, yanacağın bahalaşmasına baxmayaraq, ictimai nəqliyyatda gediş haqqı təxminən eyni qalıb. Bu daşıyıcı şirkətlər özəldir və özəl şirkət olaraq onların inkişaf etmək imkanları məhdudlaşır.Əvvəl ictmai nəqliyyatda vəziyyət başqa idi. Gündəlik plana verilən avobuslar artıq iki sürücü tərəfindən istfadə olunur. Sürücülərin iş və istirahət rejimi nəzarət altında aparılır. Düzdür, hələ də neqativlər var. Amma inkişaf artıq baş verir və bu proses mərhələli şəkildə davam edir. Daşıyıcı şirkətlər qarşısına tələblər irəli sürülür ki, yeni və komfortlu avtobuslar alsınlar. Daha çox elektrikli avtobuslardan söhbət gedir. Elektrikli avtobusların qiyməti kifayət qədər bahadır. Bir avtobus təxminən 600min manat dəyərindədir. 600 min manat dəyəri ödəmək asan deyil. Vaxtilə 600 min manata iki-üç avtobus almaq mümkün idi. Məsələn, snc sıxılmış qazla işləyən avtobusdan söhbət gedirsə, 300 min manat civarında idi və indiki avtobusların qiyməti ilə ikisini almaq olurdu. Ona görə qiymət daşıyıcı şirkətlər irəli sürülən təkliflər əsasında oldu. Daşıyıcı şirkətlər arqument ortaya qoydular ki, qiymət artımı təxminən 60 -70 qəpik civarında omalıdır. Çünki mövcud şərtlər və tələblər onu deməyə əsas verir. Onlar hesablayır ki, Bakı şəhərində bir sərnişinin daşınma xərci təxminən o qiymətə gəlib çıxır. Ancaq qiymət dövlət tərəfindən tənzimləndiyi üçün o qədər artım olmadı. Bakı-Sumqayıtda artıma gəldikdə düzünü desək, Bakı-Sumqayıt arasında indiyə kimi normal ictimai nəqliyyat olmayıb. Son dövrlərə qədər cəmi 5 avtobus var idi, onun da bir çoxu günün müəyyən hissələri xətdə olmurdu. Sərnişinlərin 70 faizi manatlıq taksi və özəl maşınlarla hərkət edir. Onların da daşınmasının xərci 1 manat 50 qəpik -2 manat civarındadır.İndi Bakı-Sumqayıt arasında sərnişin daşıma 70 qəpik müəyyənləşib. Bakı mərkəzində bir çox istiqamətdə məsafəyə görə 40 qəpik-50 qəpik müəyyənləşdirilmişdi. Çox az hissəsi 40 qəpik qalmışdı. Onun da hamısını 50 qəpik etmək daşıyıcı şırkətlərə dəstəkdir. Metro isə illərdir zərələ işlədiyini açıqlayır. Yeni vaqonlar alınmalı, yeni stansiyalar tikilməlidir. 20-27 stansiyamız var, 60-a yaxın stansiya tikilməlidir. Xərclər artdıqca gediş haqqı da ona uyğun tənzimlənir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1189   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Çılgın Dondurmacı" Azərbaycanda dövlət qeydiyyatına alındı

"Çılgın Dondurmacı" MMC Azərbaycanda dövlət qeydiyyatına alınıb. xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 55 00 manat, qanuni-təmsilçisi isə Dinç Ramazan Nuridir. MMC-nin hüquqi ünvanı Baki şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə ev.25 m.58-dir. Qeyd edək ki, "Çılgın Dondurmacı"

20.10.2026 509
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

15:32 126
.

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

"World Population Review" təşkilatının 2026-cı il üzrə dərc etdiyi son hesabat qlobal demqrafik mənzərədə ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, təhlillərə əsasən, dünyanın ən sürətlə böyüyən şəhərlərinin mütləq əksəriyyəti Asiya və Afrika qitələrini

20.10.2026 391
.

İldə 7 milyon ton metan: Alimlər Antarktidada gözlənilməz mənbə tapdı

Antarktidadakı pinqvin koloniyaları planetin istiləşməsinə səbəb olan istixana qazlarından biri - metanın mənbəyidir. İspaniyalı alimlərin hesablamalarına görə, pinqvinlərin həyat fəaliyyəti nəticəsində ildə təxminən 490 min ton metan əmələ gəlir. Bu quşların yaşadığı Antarktidanın bütün əraziləri nəzər

20.10.2026 381
.

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva "X" hesabında paylaşıb. Onun sözlərinə görə, nahar formatında təşkil edilən görü

10:51 240
.

Şərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 20,2 faiz artıb

2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcm

20.10.2026 351
.

Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar

İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola

20.10.2026 489
.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

12:22 236
.

Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul

Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd

20.10.2026 450
.