Bu sürücülər buzlu yola çıxmasın - Hava 10 dərəcə enəcək

Bu sürücülər buzlu yola çıxmasın - Hava 10 dərəcə enəcək"Sürücülərin əksəriyyətində buzlu yollarda avtomobil idarə etməklə bağlı təcrübə yoxdur. "Nə olar, olar" deyib yola çıxırlar və nəticədə qəzaya səbəb olurlar".

Bu sözləri Lent.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Qış mövsümü ilə əlaqədar hər bir sahədə insanlar müəyyən tədarük görürlər. Qarlı və şaxtalı havanın təsirsiz ötüşmədiyi şəxslər sırasında avtomobil sürücüləri də var. Qarın nəticəsində meydana gələn buz və palçıqlı yollarda təhlükəsiz hərəkəti təmin etmək üçün sürücülər nələrə diqqət etməlidir?
Elməddin Muradlının mövzu ilə bağlı fikirlərini sizə təqdim edirik:

"Hava haqqında məlumat əvvəlcədən həm sürücülər, həm də piyadalar üçün bir xəbərdarlıqdır. Bu baxımdan hər bir hərəkət iştirakçısı qaydalara əməl etməyə borcludur. Sürücülərin bəzilərində bu prosesə yanaşma fərqlidir".

Onun sözlərinə görə, Bakıya çox qar yağmadığı üçün sürücülərin əksəriyyətində belə hava şəraiti ilə bağlı təcrübə yoxdur:
"Nə olar, olar" deyib yola çıxanların arasında taksi sürücüləri də var. Belə sürücülər adi bir sürüşkən yolda özlərini itirirlər və nəticədə qəza baş verir. Ona görə də qarlı havada, yollar buz bağladığı zaman avtomobilinin xarakteristikasına, təkərlərinə güvənməyən sürücülər yola çıxmamalıdır".

Bəs bu cür hava şəraitində taksilərə ümid olan sərnişinlər? Onlar sifariş etdikləri taksinin etibarlı olub-olmadığını öncədən müəyyən edə bilərmi?

Nəqliyyat eksperti bildirib ki, vətəndaş bunu əvvəlcədən heç cür aydınlaşdıra bilməz:

"Sərnişin yalnız avtomobilə mindikdən sonra onun yollarda hərəkətini izləyə və nasaz olub-olmadığını başa düşə bilər. Ona görə də əsas məsuliyyət sürücülərin üzərinə düşür. Yola çıxmamışdan öncə avtomobil yoxlanmalı və ehtiyatlı sürülməlidir. Sürücülər özlərini düşünmürlərsə, heç olmasa daşıdıqları sərnişinlərin həyatına önəm versinlər".

Xatırladaq ki, ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1171   Tarix: 13 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bizim öz yolumuz var" - İlham Əliyev

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda "Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı b

20:11 158
.

Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?

Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim

14:49 239
.

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi - Yenilənib

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının yeni sədri seçilib. Axşam.az xəbər verir ki, qurultay çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 14 jurnalistdə

12:26 213
.

Məktəbin toxunulmazlığı - milli dəyərimiz, dövlətçilik məsuliyyətimiz!

Məktəb bir millətin yaddaşını gələcəyə daşıyan, onun düşüncəsini formalaşdıran və yeni nəsillərə həyat yolunu göstərən mühüm ocaqdır. Burada uşaqlar yalnız dərsliklərdən bilik almır, həm də cəmiyyətin bir parçası olmağı, məsuliyyət daşımağı, insanlara hörmət etməyi və Vətən qarşısında vəzifələrini dər

11:48 188
.

Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ

Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin

18:30 168
.

Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist - Axtarışa verildi

Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə müxtəli

15:08 251
.

Afaqın ailəsində toy

Aparıcı Afaq Gəncəlinin ailəsində xoş gün yaşanıb. Axşam.az xəbər verir ki, aparıcının qardaşı qızı ailə qurub. Afaq Gəncəli məclisə şou-biznes nümayəndələrini də dəvət edib. Gecədən görüntülər sosial şəbəkədə paylaşılıb

16:38 280
.

Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır

"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek

13:42 198
.

Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?

Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix

15:28 201
.