Müğənni Azad Şabanova kim qadağa qoydu?

Müğənni Azad Şabanova kim qadağa qoydu?"Atam mənə "səhvlərimi təkrarlama" deyirdi".

Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni Azad Şabanov deyib.

Atasının həyatındakı rolundan danışan müğənni bildirib ki, onun məsləhətlərindən çox faydalanıb:

"İnsanlarımızda belə bir xüsusiyyət var ki, "bilmirəm" sözünü söyləməyə çəkinirlər. Atam mənə həmişə "nəyisə bilmirsənsə soruş. Bilməmək ayıb deyil, çalış, səhvlərimi təkrarlama" deyirdi. Mən dərk edənə kimi dəfələrlə bu sözləri dedi. Onun məsləhətləri həyatda məni bir çox vəziyyətlərdən sığortalayıb, indi də buna davam edir".

Səs tellərində yaşadığı problemdən bəhs edən A.Şabanovun sözlərinə görə, həkimi ona bir ay danışmağa icazə verməyib:

"Pandemiya ərəfəsində əsəbdən səs tellərimlə bağlı problem yaranmışdı. Həkim də "sus, düzələcək" dedi. İlk həftə çətin idi, him-cim dili ilə məni yalnız ailəm başa düşürdü. Amma bir həftədən sonra çox rahat idim, əsəblərim də sakitləşmişdi. Hətta həkimə söylədim ki, kimsə soruşsa, daha bir ay susmalı olduğumu desin. Bilməzdim ki, belə bir təcrübə yaşayacağam. Təki xəstə olmayım, amma mənim üçün xoş bir sınaq idi. Bəzən həmin dönəm üçün darıxıram. İndi istəsəm də susmağı bacarmaram. Amma o zamanlar məcburi şəkildə bunu etdim".

Ətraflı süjetdə:


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1135   Tarix: 17 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

TOP MP3