Makronun doğum günündə qalmaqal: Fransa prezidenti irqçilik və homofobiyada ittiham olunur
Fransa prezidenti Emmanuel Makron bu gün doğum gününü və gələn həftə Milad bayramını qeyd etməyə hazırlaşarkən, "Le Monde" qəzetində dərc olunan və sol müxalifətin etirazına, irqçilik, seksizm və homofobiya ittihamlarına səbəb olan məqalə ucbatından çətin günlər yaşaya bilər.
Bu barədə "Report" "Figaro"ya istinadən xəbər verir.
Mayott adasındakı dağıdıcı qasırğa və hökumət böhranından əlavə, "Le Monde" qəzetindəki son məqalə də Makron üçün narahatlıq yaradıb. Nəşrə görə, Fransa prezidenti əhalinin müxtəlif qruplarına - qaradərililərə, Məqrib mənşəli vətəndaşlara, eləcə də cinsi azlıqlara qarşı bir sıra təhqiramiz şərhlər səsləndirib.
Məqaləyə əsasən, Makron ölkədəki xəstəxanaların problemlərindən danışarkən bildirib ki, bunlar xəstəxanaların qəbul şöbələrində çox sayda "mamadu"nun (ölkədə qaradərililəri təhqir etmək üçün işlədilən jarqon ifadə) olması ilə əlaqəlidir. O, həmçinin Məqrib mənşəli fransızlara münasibətdə "rabzuz" kimi başqa bir jarqon ifadə işlədib və LGBT icmasına qarşı təhqiramiz şərhlər verib.
"Le Figaro"ya açıqlama verən Yelisey sarayı bu fikirləri "başqalarının dilindən danışılan" və "etibarlı hesab edilə bilməyən" iddi kimi qiymətləndirərək onları təkzib edib. Dövlət başçısına yaxın digər bir mənbə də "siyasi rəqiblər tərəfindən nəşrə ötürüldüyü aşkar olan fikirlərin fakt kimi təqdim edilməsinin təəccüblü olduğunu" bildirib.
Somma departamentindən olan deputat Fransua Ruffen isə qalmaqala "Burada hər şey var: irqçilik, homofobiya, seksizm", - deyə reaksiya verib. Milli Assmbleyadakı "Yenilməyən Fransa" partiyasının vitse-prezidenti Klemans Gette prezident Makron haqqında "bu irqçi ifadələr onun həmin vəzifəni tutmağa layiq olmadığını göstərir", - deyib.
Nor departamentindən olan deputat David Giro qeyd edib: "Əgər o fikirlər təsdiqlənərsə, bu, prezidentin istefasına çağırışların legitimlik yükünü daha da artıracaq".
Məqalədə həmçinin Lusi Kastets (NFP) və ekoloqların lideri Marin Tondelye kimi sol siyasi fiqurlar haqqında "şıltaq" kimi ifadələrin səsləndirildiyi də qeyd olunub. M.Tondelye bunun "son dərəcə şokedici homofob ifadələrə əlavə olunan seksist fikirlər" olduğunu bildirib.
Prezidentin əksər tərəfdarları baş verənləri şərh etməkdən hələlik çəkinirlər. Yalnız makronist deputat Qiyom Quffye prezidentə ünvanlanan fikirləri "nə demokratiyaya, nə də jurnalistikaya xidmət etməyən məsuliyyətsiz sensasiya axtarışı" adlandıraraq pisləyib.
Eyni zamanda, Yelisey sarayı da bəhs olunan iddiaları rəsmən rədd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 666 Tarix: 22 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu tarixlərdə məktəblərdə DƏRS OLMAYACAQ
Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq. "Unikal" xəbər verir ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. 2025-2026-c
10.01.2026 626 Azərbaycan daşıyıcılarının rəqabət qabiliyyətini zəiflədən amillər açıqlanıb
Tranzit təminatı ödənişləri, məsafədən asılı yol rüsumları, yanacaqla bağlı məhdudiyyətlər, eləcə də əlavə texniki baxış prosedurları nəticə etibarilə eyni istiqamətli nəqliyyat dəhlizlərində Azərbaycan daşıyıcılarının rəqabətliliyini zəiflədir. Bunu "Report"a müsahibəsində "Azərbayca
10.01.2026 161 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib
10.01.2026 159 Bakıda bu tarixədək KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Yanvarın 11-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncı xəbərdarlığ
00:59 73 Xaricdə tibb təhsili alan gənclər diplomlarını tanıtmaq üçün rezidentura oxumalıdırlar?
Xaricdə tibb təhsili almış azərbaycanlı gənclərin ölkə daxilində peşə fəaliyyətinə başlaması üçün bir sıra hüquqi və inzibati mərhələlər mövcuddur. Bu proses təkcə diplomun tanınması ilə yekunlaşmır. Belə ki, xarici ali təhsil müəssisəsini bitirmiş gənclər ilk növbədə diplomlarını Elm və Təhsil Nazirliyind
10.01.2026 156 Everestdəki dəniz fosilləri hardan gəlir? - Tapıntılar alimləri heyrətləndirdi
Yüksək hündürlükdə dəniz fosillərinin mövcudluğu yalnız təəccübləndirmir, həm də milyonlarla il ərzində Yer səthinin necə dəyişdiyini göstərir. Bəzi insanlar bu fosillərin dağ zirvələrində olmasını ani bir fəlakət, məsələn, böyük daşqınla izah edə bilərlər. Lakin əsl səbəb qədim dənizlər və Yer qabığını
10.01.2026 162 Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixlərdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. "Bununla bağlı FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əmə
10.01.2026 384 Azərbaycanda bu mənzillər BAHALAŞDI
İpoteka predmeti olan daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur. Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə hazırkı bazarda 200 min manat dəyərində daşınmaz əmlakın qiymətində son altı ayda beş-yeddi min manat arası artım müşahidə olunur. Qiymətlər isə mənzilin sahəsinə və yerləşdiy
10.01.2026 197 SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Şamaxı rayonunda zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin maqnitudası 3.8 olub. Yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub
10.01.2026 487