Tədavülə yeni 3 qəpiklik buraxıldı
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsi həyata keçirilib.
BiG.AZ xəbər verir ki, bununla bağlı AMB məlumat yayıb.
Bildirilib ki, istehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı AMB tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 653 Tarix: 23 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇinə dağıdıcı "Noul" tayfunu yaxınlaşır - Xəbərdarlıq elan edilib
Çin "Noul" tayfunu ilə əlaqədar ölkədə narıncı xəbərdarlıq elan edib. Məlumata görə, tayfunun iyulun 25-i axşam saatlarından iyulun 26-sı səhərədək Quandun əyalətinin Çjuhay şəhəri ilə Futszyan əyalətinin Çjanpu rayonu arasındakı sahil zolağına çatacağı gözlənilir. Yerli vaxtla cümə günü saa
24.07.2026 238 Hansı ölkənin qızılı daha keyfiyyətlidir? - ZƏRGƏRDƏN AÇIQLAMA
Qızıl zinət əşyası alarkən alıcıların qarşısında ən çox rast gəlinən suallardan biri də budur: italyan, rus, türk, yoxsa ərəb qızılına üstünlük vermək daha məqsədəuyğundur? Bazarda bu qızıl növlərinin daha keyfiyyətli, daha dayanıqlı və ya daha sərfəli olduğu barədə müxtəlif fikirlər dolaşır. "İtalyan"
24.07.2026 378 Məşhur plastik cərrah şəxsi adasını 100 milyon dollara satır
Rio-de-Janeyro sahilləri yaxınlığında yerləşən, sahəsi 30 hektardan çox olan şəxsi ada 100 milyon dollara (75 milyon funt sterlinq) satışa çıxarılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Söhbət vaxtilə dünya şöhrətli plastik cərrah İvo Pitanquya məxsus olan Pitangu
24.07.2026 308 Rumıniya hava məkanını pozan PUA-nı F-16 qırıcısı ilə vurub
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi ölkənin hava məkanını pozduğu bildirilən pilotsuz uçuş aparatını məhv edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Danın açıqlamasına görə, insident yerli vaxtla saat 11:00 radələrində qeydə alınıb. O bildirib ki
24.07.2026 219 İlham Əliyev Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəlad
24.07.2026 228 "QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alara
24.07.2026 331 Səudiyyə Ərəbistanının Mülki Müdafiə Nazirliyi Yanbu əyalətində fövqəladə vəziyyət elan etdi
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti bildirib ki, Yanbu əyalətində Fövqəladə Hallar üzrə Milli Erkən Xəbərdarlıq Platforması vasitəsilə sakinləri potensial təhlükə barədə xəbərdar etmək üçün xəbərdarlıq edilib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafi
10:13 64 Rəngli makaronlar sağlamlıq üçün təhlükəlidirmi?
Son illər market rəflərində və restoran menyularında müxtəlif rənglərdə - yaşıl, qırmızı, qara, narıncı və bənövşəyi makaronlara daha çox rast gəlinir. Görünüşü ilə diqqət çəkən bu məhsullar istehlakçılarda maraqla yanaşı, müəyyən suallar da yaradır. Rəngli makaronlar hansı üsulla hazırlanır?. Onları
24.07.2026 472 Möhtəşəm XVII əsr hərbi gəmisi cəmi 20 dəqiqə xidmət göstərdi: 333 il sonra tapıldı
İsveç donanmasının yanacaq mühəndisi və arxeoloq Anders Franszen bir vaxtlar təxminən 400 il əvvəl itkin düşdüyü gündən etibarən isveçlilərin marağına səbəb olan gəmini aşkar edib. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" yazır. Tarix 1625-ci ildən başlayır. Həmin il İsveç kral
24.07.2026 222