"Bu işdə Zaurların, Xoşqədəmlərin, Elgizlərin rolu danılmazdır"

"Bu işdə Zaurların, Xoşqədəmlərin, Elgizlərin rolu danılmazdır"ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Sevinc Heydərova ilə bağlı iddia səsləndirib.

Axşam.az xəbər verir ki, jurnalist onun uzun müddətdir çalışdığı Respublika Diaqnostika Mərkəzindəki fəaliyyətinə son qoyulduğunu yazıb.

"Əldə etdiyim yeni məlumatları sizinlə bölüşmək istəyirəm: Plastik-cərrah kimi tanınan, amma əslində ixtisasca nevroloq olan və cəmi 9 günlük kurs keçərək plastik cərrah sertifikatı alan Sevinc Heydərova artıq Respublika Diaqnostika Mərkəzindən uzaqlaşdırılıb. Maraqlıdır ki, vaxtilə həmin mərkəzin rəsmi saytında ona 14 illik cərrah təcrübəsi aid edilmişdi. Ancaq bu "şedevr məlumat" artıq saytdan silinib. Bəlkə də, 14 ilin 9 günlə necə uzlaşdığını izah edə bilmədiklərindən belə bir addım atıblar…".

Q.Ataşova plastik-cərrahın piar olunmasında telekanalları günahlandırıb:

"Hadisələrin bu yerə gəlib çatmasında telekanlların "soft" düşüncə formalaşdıran proqramlarının - Zaurların hər ikisinin, Xoşqədəmlərin, Jalələrin, saxta həkimi efirə dəvət edib real üzünü göstərən İlqarların və Elgizlərin rolu danılmazdır. Çünki "1 nömrəli neyrocərrah", "böyrəyin atası", "ürəyin maması", "ciyərin xalasıoğlu" titullarını sadə xalqımıza sırıyanda həm də Sevinc xanım kimi ixtisaslı nevroloqun taleyini dəyişdilər".

Jurnalist qeyd edib ki, bəzi klinikalar sertifikatlı plastik-cərrahlarla işbirliyini dayandırıblar:

"Bu arada, butik klinikaların bəzi "yenilikləri" də diqqət çəkir. Bundan sonra ümumi cərrah ixtisası ilə plastik əməliyyatlar (üzgərmə, liposaksiya, renoplastika və s.) həyata keçirən həkimlərlə əməkdaşlıqlarını dayandırmağa başlayıblar. Amma onların sarğı dəyişmək üçün klinikaya gəlib-getmələrinə hələ ki, icazə verilir. Çünki kim sarğısız qalsın, elə deyilmi? Yeni xəstə qəbuluna isə qapılar bağlıdır. Ən maraqlısı isə odur ki, bəzi klinikalar plastik-cərrah sertifikatı olanlara (fərqi yoxdur, necə alınıb – qanuni, qeyri-qanuni, kurs sertifikatı ya da "tanışlıqla") əməkdaşlıq təklif edir. Və bu əməkdaşlıq təklifi olduqca "cəlbedicidir": Bizimlə işləyin, amma sizin adınızdan əməliyyatları bacaran-bacarmayan, hətta plastik-cərrah olmayanlar etsin. Əlbəttə, risklərin böyüklüyünü nəzərə alaraq, hələ ki, bu cür təklifə "bəli" deyən birinə rast gəlməmişik. Mövzunun ən qarışıq hissəsi isə Səhiyyə Nazirliyinin 8 avqust tarixli sərəncamıdır. Bu sənədə görə, həmin tarixdən ölkədə ixtisasdəyişmə dayandırılıb. Amma burada nazirliyin "zəngin təxəyyülü" işə düşür: məlum olur ki, oktyabrdan bu qadağaya baxmayaraq, plastik cərrah sertifikatı üç şəxsə təqdim edilib: Vüsal Abdullayev, Rəvan Əliyev və Boris.

Vüsal Abdullayevin sertifikatı ilə bağlı nazirliyə sorğu göndərilib və alınan cavab sadəcə bir şah əsəridir: Vüsal Abdullayev 2023-cü ilin oktyabrda sertifikasiya imtahanı üçün buraxılış alıb, amma maraqlıdır ki, imtahanda iştirak üçün 2024-cü ildə müraciət edib. Əmr qüvvəyə minənənədək belə hallar "istisna" təşkil edirmiş. Bəli, tam bir absurd".

Qeyd edək ki, Xalq artisti Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib. Buna səbəb müğənninin həkim tərəfindən uğursuz əməliyyat edilməsi olub. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.

Bir neçə müddət əvvəl isə Fərqanə adlı qadın "Səni axtarıram" verilişinə gəlib və S.Heydərovanın əməliyyatının uğursuz olduğunu deyib. O bildirib ki, əməliyyatından 10 ay keçib və üzündə izlər qalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1235   Tarix: 23 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanım yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayə

07.04.2026 329
.

"Rabitəbank" qanunları pozub - Mərkəzi Bankdan sərəncam

Mərkəzi Bank "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verilməsi barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, "Rabitəbank" ASC tərəfindən kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması faktı ilə bağlı Mərkəzi Banka yazılı bildiriş təqdim edilməməs

07.04.2026 215
.

Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq

07.04.2026 277
.

İran liderinin oğlu ilə bağlı iddia: huşsuz vəziyyətdədir

İranın Ali Liderinin oğlu Müctəba Xameneinin huşsuz vəziyyətdə olduğu və müalicə aldığı iddia edilir. xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb. Məlumata görə, nəşr ABŞ və İsrail kəşfiyyatına istinad edildiyi bildirilən və Fars körfəzindəki müttəfiqlərlə paylaşılan diplomatik sənədlə tanı

07.04.2026 275
.

İranda dəmir yolu körpüsü vuruldu, ölənlər var - Video - Yenilənib

İsrail İran vətəndaşlarını bir neçə saat ərzində qatarlardan istifadə etməməyə çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" sosial şəbəkəsində farsdilli hesabında təcili xəbərdarlıq paylaşılıb. "Təhlükəsizliyiniz naminə, bu andan etibarən yerl

07.04.2026 312
.

Bakıda fərdi evlərin bazarında durğunluq: Səbəb nədir?

Bakıda fərdi yaşayış evlərinin alqı-satqı bazarında ciddi durğunluq yaranıb. Bu barədə Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev məlumat verib. Ekspert son günlər aramsız yağan yağışlar nəticəsində bir çox fərdi evlərin su basmasının bazara mənfi təsir göstərdiyini bildirib:. "Əmla

07.04.2026 272
.

Küləklə bağlı - Xəbərdarlıq

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz

07.04.2026 323
.

Dünyanın ən böyük oteli - Neçə otağı var?

Dünyada elə bir otel var ki, o, lüksü ilə deyil, miqyası ilə heyrətləndirir - burada 7 mindən çox otaq var və o, hələ də dünya rekordunu qoruyur. xarici KİV-ə istinadla bildirir ki, söhbət Malayziyanın Genting Highlands kurort zonasında yerləşən "First World Hotel & Plaza"dan gedir. Ote

07.04.2026 288
.

Trampdan yeni bəyanat: "İrandan çıxmayacağıq" - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir vaxtda, Donald Tramp-ın son açıqlamaları diqqət mərkəzinə düşüb. Daha əvvəl İranla bağlı çıxışlarında ABŞ qüvvələrinin 2-3 həftə ərzində bölgədən çıxacağını istisna etməyən Tramp, bu dəfə fərqli mövqe sərgiləyib. O, Axios-a verdiyi müsahibədə ABŞ-ı

07.04.2026 379
.

TOP MP3