"Fransanın anti-Azərbaycan siyasətinin ölkəmizə təsiri olmayacaq"-DEPUTAT

"Fransanın anti-Azərbaycan siyasətinin ölkəmizə təsiri olmayacaq"-DEPUTATAvropa Parlamenti uzun müddətdir ki, Azərbaycana qarşı "səlib yürüşü"nə çıxıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın uğur qazanması, iqtisadi məsələlərdə, regional münasibətlərdə yeni layihələrə start verməsi, Avropa Parlamentinin Cənubi Qafqazla bağlı olan siyasətində "baş ağrısına" çevrilib.

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

O, qeyd edib ki, Avropa Parlamenti müxtəlif və yalançı dəyərlər üzərində, özlərinə xas olan prinsiplər əsasında Cənubi Qafqazda olan hadisələrə münasibət bildirərək, müdaxilə edirlər. Burada Azərbaycanın inkişafının qarşısının alınması, Cənubi Qafqazın Avropa İttifaqından asılı vəziyyətə salınması əsas hədəfdir:

"Avropa Parlamentində müxtəlif siyasi məqsədləri və gücləri təmsil edən deputatlar var. Bu deputatlar daha çox Fransaya və bu ölkəyə yaxın dövlətlərin nümayəndələridir. Onlar da məhz Fransanın anti-türk və anti-Azərbaycan siyasətinə də dəstək məqsədilə müxtəlif qətnamələr qəbul etməklə prosesə müdaxilə etmək istəyirlər. Lakin onların qətnamələrinin heç bir əsası yoxdur. Çünki Azərbaycana qarşı irəli sürülən ittihamlar növbəti bizə qarşı başladılan böhtan kampaniyasının tərkib hissəsidir. Yalan və böhtan üzərində köklənmiş və erməni diasporunun sifarişi ilə yazılmış bu qətnamə sadəcə kağız parçasıdır. Ermənistanın Azərbaycana qarşı ittihamları Avropa Parlamentində ayrı-ayrı şəxslərin ağzından eşidilir. Görünən odur ki, bu proseslərin hamısı bir mərkəzdən idarə olunur.

Bu qətnamə Azərbaycanın daxili probleminə qarışmaq yox, inkişafına mane olmaq məqsədi daşıyır. Onlar istəyirlər ki, Cənubi Qafqazda gücsüz Azərbaycan olsun. Onsuz da Ermənistan zəif və onların alətinə çevrilmiş bir ölkədir. Gürcüstanda da ölkənin gücsüzləşdirilməsi üçün cəhdlər edirlər. Bu gün Gürcüstan höküməti milli və dövlət maraqlarına söykənərək çox düzgün bir siyasət yürüdə bilir. Ölkəni kənar müdaxilədən qorumağa çalışır.
Azərbaycan isə kifayət qədər güclü, hətta bəzi məsələlərdə təsirli xarici siyasət kursu yürüdən bir dövlətdir. Bu gün Fransa məhz bunu qəbul edə bilmir.

Azərbaycan Fransanın yeni müstəmləkəçilik siyasətinə qarşı çıxır. Bu da təbii ki, Fransanın maraqlarına zidd təşkil edir.
Fransa özünü demokratik dövlət kimi göstərsə də, siyasəti tamamilə anti-demokratikdir. Məsələn, Fransanın ərazisi olan Korsika adasında korsikan dilində danışmaq qadağandır. Bu da artıq çox mətləblərdən xəbər verir. Fransa çalışır ki, Avropa Parlamenti üzərindən anti-Azərbaycan qətnamələrinin qəbul olunmasına nail olsun. Bu siyasətin də Azərbaycana təsiri olmayacaqdır. Azərbaycanın artıq bu tipli qətnamələrə qarşı "immuniteti" formalaşıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 23 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 456
.

Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM

Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki

15.10.2026 332
.

Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq

Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl

13:12 173
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 160
.

Folqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə

Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli

15.10.2026 407
.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov

10:28 161
.

Məktəbə müdaxilə dövlətin gələcəyinə müdaxilədir!

Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi imkanları və siyasi mövqeyi ilə ölçülmür. Dövlətin həqiqi gücü həm də yetişdirdiyi nəslin biliyində, düşüncəsində, milli məsuliyyətində və hüquqi şüurundadır. Bu keyfiyyətlərin formalaşdığı əsas məkanlardan biri isə məktəbdir. Azərbaycan məktəbi dövlətçili

11:28 160
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 378
.

Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır

"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek

13:42 116
.