Aviaqəzaların sirli açarı - QARA QUTU NƏDİR?

Aviaqəzaların sirli açarı - QARA QUTU NƏDİR?Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması xəbəri gündəmi əhatə edib. Bu hadisə müasir aviasiyanın ən sirli və vacib elementlərindən biri "qara qutu"nun əhəmiyyətini bir daha ortaya qoydu. Təyyarə qəzası baş verəndə faciənin səbəblərini açmaq üçün əsas ümid onun üzərinə düşür. Bəs bu texnologiya necə işləyir və araşdırmalarda necə kömək edir?

Lent.az bu barədə araşdırma edib.

Bu sirli qutu necə yarandı?

"Qara qutu"nun tarixi İkinci Dünya Müharibəsi illərində başlayır. Həmin dövrdə Böyük Britaniya və ABŞ-da hərbi mühəndislər radar və naviqasiya sistemlərinin yaradılması üzərində işləyirdilər. Bu sistemlər təyyarələrdə quraşdırılıb və onların uçuşlarını izləmək üçün istifadə edilib. O vaxt heç kim qəza təhqiqatı üçün məlumatların qeydə alınması barədə hələ düşünmürdü, lakin texnoloji tərəqqi artıq müasir səs yazıcılarının yaradılmasına zəmin yaradırdı.
Eyni zamanda, Fransada mühəndis Fransua Gousseno Pol Boduin ilə birlikdə uçuş məlumatlarını qeyd etmək üçün cihazların ilk prototiplərini hazırlamağa başladı. Əvvəlcə foto plyonkadan istifadə etdilər, lakin müharibə zamanı fəlakətlərə daha yaxşı dözə bilən metal lentlərə keçdilər. Məlumatların real vaxt rejimində qeydə alınmasına ehtiyac var ki, qəza zamanı fəlakətdən əvvəl son anda nə baş verdiyini anlamaq mümkün olsun.

Bu cihazlar iki əsas hissədən ibarət olur:

1. Uçuş məlumatlarının qeyd cihazı

Bu bölmə təyyarənin texniki parametrlərini qeydə alır. Məsələn:

Sürət

Hündürlük

İstiqamət

Mühərriklərin vəziyyəti

Avtopilot sistemlərinin fəaliyyəti

2. Kabin səs qeyd cihazı

Təyyarə pilotlarının kabindəki danışıqları və digər səslər, məsələn, həyəcan siqnalları burada qeyd olunur.

Bəs bu qutu necə işləyir?

"Qara qutu"lar ekstremal şəraitdə də məlumatları qoruyub saxlamaq üçün nəzərdə tutulub.
Qutuların kənar qalınlıqları 6–7 mm, en və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12–13 santimetrdir. Qara qutular çox yüksək texnoloji proseslərlə istehsal edilir. Onların istehsalında istifadə edilən titan, polad və ya alüminium kimi materiallar xüsusi olaraq ekstremal şəraitə dözmək üçün seçilir.

Onlar yüksək temperatur (1,000°C-yə qədər), güclü zərbələr (3,400 g-ə qədər), dərin su təzyiqi (6,000 metr dərinliyə qədər) kimi şərtlərə dözümlüdür.

Qəza zamanı cihazın tapılmasını asanlaşdırmaq üçün ultrasəs siqnal yayıcı ilə təchiz olunur.

Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və dinlənilib.

Məşhur qəzalarda qara qutuların rolu

Turkish Airlines Flight 981 (1974)

Təyyarənin arxa yük qapısının açılması təzyiq itirilməsinə və struktur zədələnməsinə səbəb oldu.

Qara qutu sayəsində yük qapısının dizaynındakı çatışmazlıqlar müəyyən edildi.

Swissair Flight 111 (1998)

Təyyarədə qısaqapanmadan yaranan yanğın aviasiya nəqliyyatını idarəolunmaz hala gətirdi və nəticədə o, Atlantik okeanına düşdü.

Qara qutudan alınan məlumatlar yanğının səbəbini və onun təyyarənin elektrik sistemlərinə təsirini aşkara çıxardı.

Air France Flight 447 (2009)

Təyyarə Rio-de-Janeyrodan Parisə uçarkən Atlantik okeanına düşdü. Təyyarənin qalıqları və qara qutusu hadisədən iki il sonra okeanın dərinliklərindən tapıldı.

Qara qutudan alınan məlumatlar göstərdi ki, pilotlar təyyarənin sürət sensorlarından biri buzlandığı üçün avtopilotdan çıxıb. İnsan faktorları və təlimdəki boşluqlar qəzanın əsas səbəbi kimi müəyyən edilib.

Asiana Airlines Flight 214 (2013)

Boeing 777 təyyarəsi San-Fransisko hava limanında eniş zamanı sürətini düzgün tənzimləmədiyi üçün yerə çırpıldı.

Qara qutudan alınan məlumatlar göstərdi ki, pilot avtopilota güvənib və sürət nəzarətində səhv edib.

Malaysia Airlines Flight MH370 (2014)

Kuala-Lumpurdan Pekinə uçan təyyarə radar ekranlarından yox oldu və naməlum istiqamətə getdi. Təyyarənin qara qutusunun hələ də aşkarlanmaması qəzanın dəqiq səbəblərinin müəyyən edilməsində ciddi maneələr yaratdı.

Lion Air Flight 610 (2018)

Boeing 737 MAX təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra dənizə düşdü.

Qara qutudan alınan məlumatlardan bəlli oldu ki, təyyarənin Manevr Xüsusiyyətlərini Artırma Sistemi (MCAS) səhv məlumat alaraq onu qeyri-sabit hala gətirib.

Nəticədə Boeing 737 MAX təyyarələri dünya üzrə uçuşlardan çıxarıldı və MCAS sistemi yenidən dizayn edildi.

Qeyd edək ki, qara qutu əslində narıncı və ya parlaq rəngdə olur ki, qəzadan sonra tapılması asanlaşsın. Adının "qara qutu" olması texniki mənşədən gəlir, çünki bu cihaz ilk dəfə yaradıldıqda görünüşü qara rəngdə idi, ancaq sonradan rəngi dəyişdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1331   Tarix: 29 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 404
.

Kürən pişiklərin sirri açıldı - niyə əksəriyyəti erkəkdir?

Alimlər 60 ildən çoxdur araşdırılan bir suala cavab tapıblar: bəzi pişiklər niyə kürən doğulur və bu rəngə niyə daha çox erkəklərdə rast gəlinir? İki müstəqil tədqiqat qrupu bunun səbəbini izah edən genetik xüsusiyyəti müəyyənləşdirib. xarici mediaya istinadla xəbər verir ki, kəşf pişiklərin tük rəngin

15.10.2026 303
.

İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir

İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə

15.10.2026 216
.

Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni

15.10.2026 230
.

"44" filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video

"44" bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. "Qafqazinfo" xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib. Musiqinin ilkin yazısı ABŞ-ın "New York Production Studios" studiyasınd

15.10.2026 296
.

"Sülh hələ də kövrəkdir, onu qorumaq lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib. "Bi

15.10.2026 231
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

15.10.2026 319
.

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v

15.10.2026 315
.

Türkiyəyə dostluq, Azərbaycana təzyiq: bu aksiyaların əsl hədəfi nədir?

Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki qardaş ölkənin münasibətləri ətrafında müzakirələrə səbəb olub. Oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada məktəblərdə geyim qaydaları və hicabla bağlı məsələlər gündəmə gətirilib. Oktyabrı

10:51 0
.