Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər

Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblərDekabr ayının 25-də dünyanın bütün ölkələrində Yeni il şənliklərinə hazırlıqların getdiyi bir vaxtda xalqımızı sarsıdan bir hadisə baş verdi. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.
Ölkə başçısı İlham Əliyev təyyarə ilə Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan zaman qəza barədə məlumat alan kimi dərhal Bakıya qayıtmaq barədə qərar qəbul edib və Bakıda hava limanında operativ müşavirə keçirib. Hələ yolda olarkən Prezidentin göstərişinə əsasən Dövlət Komissiyası yaradılıb və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilib. Dövlət Komissiyasənın üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.
Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda matəm elan edilib. Həmin gün ölkədəki bütün məscidlərdə və digər dini ibadət yerlərində qəza qurbanlarının xatirəsi yad edilib, dini məqasimlər keçirilib.
Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan sərnişinlər də ölkənin müxtəlif bölgələrində dəfn ediliblər.
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək bir sıra məsələlərə aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib: Əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir".
Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib.
Qeyd edildi ki, qəzaya uğrayan təyyarənin füzelyajının dəlik-deşik olması mühərrikə quş düşməsi versiyasını tamamilə gündəlikdən çıxardı. Dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. "Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir".
Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
Dövlətimizin başçısı bildirib: "Yenə də deyirəm, "qara qutu"lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək".
​Öz müsahibəsində dövlətimizn başçısı təyyarənin pilotları və ekipaj üzvlərinin fəaliyyətini xüsusi qeyd edib. "Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər". "Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu", - deyə dövlətimizin başçısı qeyd edib.
Öz müsahibəsində Prezident İlham Əliyev təyyarə qəzasının səbəbkarı olan Rusiya tərəfi qarşısında tələblərin açıq şəkildə bildirildiyini deyib. Dövlətimizin başçısı bildirib: "Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır".
Təyarə qəzasından sonra artıq AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıb. Buna səbəb Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanması, orada xüsusi əməliyyat rejimi tətbiq edilməsidir. Dövlət başçısının bildirdiyinə görə AZAL müddətsiz olaraq Rusiyanın yeddi şəhərinə öz uçuşlarını, həmçinin Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırıb. Bu da ilk növbədə təhlükəsizlik məsələləri ilə əlaqədardır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 661   Tarix: 29 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15.10.2026 313
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15.10.2026 230
.

Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir

Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli

15.10.2026 343
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15.10.2026 212
.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov

10:28 90
.

Mourinyo bu hücumçunu satmadı

"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal

15.10.2026 325
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15.10.2026 323
.

AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir

Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini

10:37 82
.

Psixi problemi olan gənclərin sayında İKİQAT ARTIM

Azərbaycanda 14-29 yaşlı gənclər arasında psixi və davranış pozuntuları ilə bağlı qeydə alınan göstərici son 10 ildə iki dəfəyə yaxın artıb. Bizim.Media Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2015-ci ildə bu göstərici 2 584 olduğu halda, 2025-ci ildə 5 133-ə çatıb. Qeyd edək ki

15.10.2026 318
.